Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5639/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı qarşı yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3692/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv metr sahəsi olan mənzilə dair X5 ilə Cavabdeh MTK arasında bağlanmış 02 mart 2010-cu il tarixli müqaviləyə əsasən mənzilin dəyəri 83500 manat müəyyən edilməklə mənzil Cavabdeh MTK mənzili C.Nağıyevə təhvil verməyi, sonuncu isə müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 02 mart 2010-cu il tarixli maliyyə arayışa əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 83500 manat C.Nağıyev tərəfindən ödənilmişdir. Bundan sonra X5 ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək h əmin mənzilin X4 adına sənədləşməsinə icazə verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv metr sahəsi olan mənzilə dair X6 ilə tarixli Cavabdeh MTK arasında bağlanmış 02 mart 2010-cu il tarixli müqaviləyə əsasən mənzilin dəyəri 113560 manat müəyyən edilməklə mənzil Cavabdeh MTK mənzili V.Məmmədova təhvil verməyi, sonuncu isə müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 02 mart 2010-cu il tarixli maliyyə arayışına əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 113560 manat V.Məmmədov tərəfindən ödənilmişdir. 3. 23 aprel 2011-ci il tarixli müqaviləyə görə Cavabdeh MTK (bundan sonra cavabdeh) ilə İddiaçı (bundan sonra iddiaçı) ara sında bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv metr olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilənin ümumi məbləği 66800 manat müəyyən edilmiş və MTK tərəfindən verilmiş 23 aprel 2011-ci il tarixli maliyyə arayışına görə məbləğ tam olaraq ödənilmişdir. 4. 06 dekabr 2013-cü il tarixli ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək V.Məmmədov sözügedən mənzili satmaq qərarına gəldiyini bildirmiş və mənzilin Maraqlı şəxs adına rəsmiləşdirilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal rayonu, M. Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv metr sahəsi olan mənzilə dair Maraqlı şəxs ilə Cavabdeh MTK arasında 06 noyabr 2013-cü il tarixli müqavilə bağlanmaqla Cavabdeh MTK həmin mənzili Maraqlı şəxs təhvil verməyi, Maraqlı şəxs isə mənzilin dəyəri olan 62000 manatı ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 06 noyabr 2013-cü il tarixli arayışa əsasən isə müəyyən edilir ki, mənzilin dəyəri 62000 manat Maraqlı şəxs tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh ilə bağladığı 23 aprel 2011-ci il tarixli yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 66800 manat ödədiyi və tikilərək təhvil ver ilməli olan Yasamal rayonu, Xiyabani küçəsi ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi və mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 23 aprel 2011-ci il tarixdə yaşayış sahəsi haqqında müqavilə bağlayaraq ünvan 1ndə tikilməkdə olan yaşayış binasına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilən kooperativ binasının 2-ci mərtəbəsində, binanın 2 saylı girişi, 4 otaqdan ibarət 122 nömrəli 167 kv.m yaşayış sahəsinin tikintisi haqqında müqavilənin şərtlərini tam icra edərək almışdır. 23 aprel 2011-ci il tarixdə cavabdeh tərəfindən verilmiş “Maliyyə arayışı”-na əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2 girişi, 2- ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsindən ibarətdir. Eyni zamanda yaşayış sahənin ümumi dəyəri 66800 manat göstərilir. Əlavə edilən sənədlərdən də göründüyü kimi cavabdehin 23 aprel 2011-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunur ki, müqaviləyə əsasən 66800 manat onun tərəfindən ödənilmişdir. Yəni aralarında bağlanmış müqavilə şərtləri onun tərəfindən yerinə yetirilmiş, ödəniş tam şəkildə aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan yaşayış sahəsindən istifadə edə bilmir. Belə ki, mübahisəli yaşayış sahəsinin istifadəsinə maneçilik yaradılaraq, ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2015/2021 nömrəli iş üzrə 5 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzil tikintisi ilə bağlı 23 aprel 2011-ci il tarixdə imzalanmış müqaviləyə əsasən mənzilin ümumi dəyəri 66800 manat məbləğində dəyərləndirilmiş, iddiaçı, payçı tərəfindən cavabdehə mənzilin dəyəri 66800 manat məbləği ndə pul tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də xx.xx.2011-ci il tarixli müqavilənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab olunmalıdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanunsuz olmuşdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 427.2, 442, 443.1 və 445.2.-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair » 25 oktyabr 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.
12. Birinci instansiya məhkəməsinin qərardadı ilə Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi tanınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Maraqlarına toxunulan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edən zaman iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli müqaviləyə və xx.xx.2011-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Eyni zamanda sözügedən mənzillə bağlı nə Ağır Cinayətlər Məhkəməsində, nə də Korrupsiya İdarəsində zərərçəkmiş kimi heç kimin ərizəsi olmadığı halına istinad etmişdir. Halbuki həmin mənzil 2013-cü il tarixində xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə ilə cavabdeh tərəfindən ona satılmışdır. xx.xx.2013-cü il tarxili maliyyə arayışına əsasən də mənzilin tam satış məbləğini, yəni 62000 (altmış iki min) manat məbləğində pulu cavabdehə ödəmişdir. 2013cü il tarixindən də həmin 122 saylı mənzildə yaşayır. Mübahisəli mənzil fərdi müəyyən edilən əşyadır və təqdim etdiyimi sübutlardan da göründüyü kimi, mübahisəli mənzil onun mülkiyyətinə verilib. Belə olan halda iddiaçının həmin mənzili cavabdehdən geri tələb etmək hüququ aradan qalxıb. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, cavabdehin dələduzluqda təqsirləndirilən keçmiş rəhbərlərinin aparılan cinayət işində s özügedən 122 saylı mənzilə üzrə dələduzluq edilməsi ilə bağlı ittiham elan edilməmiş, 122 saylı mənzilə dair müqavilə və maliyyə arayışına cinayət işinin materiallarında rast gəlinməmişdir. Ağır Cinayətlər Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin soruğusuna cavab olaraq ünvanladığı məktubunda yuxarıdakı faktların qeyd olunması, özlüyündə 122 saylı mənzil ilə bağlı dələduzluq halının baş verməməsinə və mənzilin sadəcə İddiaçı satılmasına dəlalət etmir. Çünki cavabdeh ilə əlaqəli şəxslər olan X1 və X2 Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-61/2021 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir. Məhkəmə baxışının davam etdirilməsi o deməkdir ki, iş üzrə yeni hallar ortaya çıxa bilər və Yasamal Rayon Məhkəməsi bu faktı gözdən qaçırmışdır. Daha sonra, Mənzil Tikinti Kooperativləri ilə bağlı ümumi praktikaya əsasən, MTK-ların bir mənzili bir neçə şəxsə satması halına çox rast gəlinir və cavabdehin, onun rəhbər şəxslərinin barəsində davam edən cinayət işinin olması halında birinci instansiya məhkəməsi sadəcə iş materialları ilə kifayətlənməməli və hətta 122 saylı mənzilə baxış keçirməli idi. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, 122 saylı mənzilin komendantı iddiaçıya mənzilə daxil olmağa icazə verməmiş və məhkəmə sənədi tələb etmişdir. Buradan belə nəticə çıxır ki, İddiaçı məhkəmə baxışından əvvəl həmin mənzildə olmuş, mənzilin başqa şəxsə satıldığını bilmiş, lakin bu halı məhkəmədən gizlətmişdir. Öz qətnaməsində iddiaçının həmin mənzildə olmasını qeyd edən məhkəmə də bu faktı gözd ən qaçırmış, komendantın onu niyə içəri daxil olmağa imkan yaratmaması halını ətraflı araşdırmamışdır. Beləcə də açıq şəkildə Maraqlı şəxs hüquqlarına toxunan bir məhkəmə qərarı qəbul edilmişdir. İddianın mahiyyəti "mənzilə dair maneələrin aradan qaldırılması"ndan ibarət olduğu üçün işə baxan birinci instansiya məhkəməsi bu maneələrin həqiqətən də mövcud olmaqla onun kim və ya kimlər tərəfindən yaradılmasını təsdiq edən sübutlara qiymət verməli idi. Bunun üçün isə iddia qaldırılanda cavabdehin nümayəndəsinin iştirakı təmin edilməklə mənzilin faktiki kimin sahibliyindən olub-olmaması, mənzildə təmir-işlərinin aparılmasını, aparıldığı təqdirdə kimin və ya kimlərin tərəfindən bunun həyata keçirilməsini araşdırmalı və müəyyən edilmiş hallara qanunvericiliyə uyğun surətdə hüquqi qiymət verilməl i idi. Məhkəmə bu məlumatı mübahisəli mənzilə baxış keçirməklə də, əldə edə bilərdi. Cavabdeh bildirir ki, iddiaçıya həmin mənzilin ona satıldığını, tərəfindən təmir aparılaraq orada yaşadığını deyiblər. İddiaçı qəsdən bununla bağlı məhkəməyə məlumat verməyib. Bununla yanaşı, iddiaçının müqaviləsindəki tarixin onunla bağlanan müqaviləyə münasibətdə daha əvvələ aid olması hələ həmin müqavilənin daha əvvəl bağlanmasına dəlalət etmir. Bu hal, mötəbər sübutlarla təsdiq edilməlidir. Bütün qonşular, ən əsası isə, cavabdeh bu mənzilin ona satıldığını, 2013-cü ildən bu mübahisə çıxan dövrədək hər hansı şəxsin həmin mənzillə bağlı hər hansı tələb irəli sürmədiyini bildirmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3692/2022 n ömrəli iş üzrə 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv metr olan mənzilə dair 23 aprel 2011-ci il tarixli müqavilə bağlanmamışdan əvvəl həmin mənzil digər şəxsin, yəni X3 mülkiyyətində olmuş, sonuncu həmin mənzili 02 mart 2010-cu il tarixxli müqaviləyə əsasən 113560 manat ödəməklə əldə etmişdir. Sonradan bu mənzil 06 noyabr 2013-cü il tarixli müqavilə görə Maraqlı şəxs mülkiyyətinə keçmiş, Maraqlı şəxs mənzilin dəyəri olan 62000 manatı ödəməklə mənzilə yiyələnmiş, hal-hazıra kimi mənzildə yaşayır. Belə olan ”Yeni Yasamal” MTK-nın mənzili İddiaçı satmaq, sonnucu ilə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbi təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 390.1, və 399.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tə ləbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, 2 mart 2010-cu il və 6 noyabr 2013-cü il tarixli müqavilələrdə baş mühasib və satış üzrə menecerin imzalarının olmaması faktı araşdırılmamış, eləcə də iddiaçının təqdim edilmiş maliyyə arayışına əsasə mənzili əldə etməsi nəzərə alınmamış, cavabdeh tərəfindən iddiaçının mənzilə sahiblik etməsinə qarşı yaradılmış süni maneələr düzgün qiymətləndirilməmişdir.
20. İddiaçı şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157, 385, 386, 399, 427, 442, 443 və 445, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
24. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətna mə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraqaq hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2- ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3692/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.