Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-564/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-564/22 (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Bakı şəhəri, 07 fevral 2022-ci il 07.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4871/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli q ətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İddiaçı 50000 ABŞ dolları və 16000 manat məbləğində pul alması barədə iki ədəd iltizam vermişdir.
2. Mübahisə həmin pulun qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 50000 ABŞ dolları və 16000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh yazmış olduğu 30.08.2016-cı il tarixli iltizama əsasən iddiaç ıdan 40.000 ABŞ dolları və 14.000 manat məbləğində, 30.09.2016-cı il tarixli iltizama əsasən isə 10.000 ABŞ dolları və 2000 manat məbləğində, ümumilikdə isə cəmi 50.000 ABŞ dolları və 16.000 AZN manat məbləğlərində borc pul götürmüşdür.
5. Borc götürərkən cavabdeh qəbz yazaraq bildirmişdir ki, borc pul götürdüyü pulları iddiaçının tələbi ilə istənilən vaxtı qaytarmağa hazırdır, bunun müqabilində yeni tikilən binada olan evinin çıxarışını girov verir, bu borc müddətində həmin evi satmayacaqdır.
6. Buna baxmayaraq, cavabdeh yazmış olduğu iltizamlar üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək bu günədək iddiaçıya hər hansı bir məbləğdə borcun qaytarmasını təmin etməmişdir.
7. Borc öhdəliyinin yerinə yetirilməsindən ötrü iddiaçı cavabdehə dəfələrlə mobil telefon zəngləri etmiş, cavabdehin q eydiyyatda olduğu ünvana 19.03.2020-ci il tarixdə, 29.04.2020-cı il tarixdə pulun qaytarılması barəsində poçt vasitəsi ilə bir neçə dəfə xəbərdarlıq məktubları göndərmişdir.
8. İddiaçı dəfələrlə cavabdehlə zəngləşmiş, işlədiyi 174 saylı məktəbə gedib görüşmüş, pulunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə and içərək müxtəlif bəhanələr gətirməklə iddiaçını aldadıb pulunu geri qaytarmamışdır
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 425.1 və 445-ci maddələrinə istinad etmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-406/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 50000 (əlli min) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsinə uyğun) və 16000 (on altı min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Adilə Paşayeva)
11. Birinci instansiya məhkəməsi işdə olan 30.08.2016-cı və 30.09.2016-cı il tarixli iltizamlara əsasən müəyyən edib ki, iddiaçı cavabdehə ayrı-arılıqda iki dəfəyə, ümumilikdə cəmi 50000 ABŞ dolları və 16000 manat məbləğində pul vermişdir. Aldığı pulu geri qaytarmağı öz öhdəsinə götürən cavabdeh bu barədə yazılı iltizama qol çəkmişdir. Bundan başqa, iltizamda borcu ödəyə bilməyəcəyi təqdirdə borcunun mülkiyyətində olan evə yönəldilməsinə razılıq verdiyini də qeyd etmiş, lakin sonradan məlum olmuşdur ki, qeyd olunan evin sənədi saxta olub.
12. Birinci instansiya məhkəməsi hesab edib ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq olunmalı və Mülki Məcəllənin 739 və 7 40.2-ci maddələrinin tələbinə görə iddia tam təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi cinayət işinin rədd olunması barədə qərarda cavabdehin İddiaçılə Camalov Aqil adlı şəxsi tanış etməsi, borcu Camalov Aqilin götürməsi, Aqil pulu ödəmədikdə isə məcburən onun əvəzinə iltizama imza etməli olması barədə izahatını inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, göstərilən halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh yalnız Aqil Camalov adlı şəxslə iddiaçını tanış edib. Borcu cavabdeh deyil, Aqil Camalov adlı şəxs iddiaçıdan alıb; - A.Camalov pulu ödəmədiyindən cavabdeh iltiza m imzalamağa məcbur qalmışdır.
16. Cavabdeh apellyasiya baxışnda istinad edilən iltizamları iddiaçının hədəsi altında Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin qarşında yazdığını bildirərək, həm də iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4871/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-406/2021 saylı, 03 fevral 2021-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
18. Apellyasiya instansiyası birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd edib ki, iddiaçının Cavabdeh qarşı tələbi sonuncunun yazdığı və borcun etirafı mahiyyətində olan yazılı iltizamdan irəli gəlir. Cavabdeh apellyasiya şikayətində borc pul götürmədiyini irəli sürsə də, bu halı təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatında cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə mövqeyi belə olub ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə birinci instansiya məhkəməsinə təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Halbuki, birinci instansiya məhkəməsində keçirilən iclaslar barədə cavabdehin qeydiyya t ünvanı üzrə lazımi qaydada məlumatlar (bildirişlər) göndərilmiş, həmçinin, cavabdeh özü də apellyasiya icraatı zamanı məhkəmə iclasında birinci instansiya məhkəməsində hazırki iş üzrə olan icraat barədə məlumatlı olduğunu bildirmiş, ayağının sınması ilə bağlı məhkəmə iclaslarına getmədiyini qeyd etmiş, poçt vasitəsi ilə də hər hansı bir ərizə göndərməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cava bdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - iddiaçıdan borcu Aqil Camalov adlı şəxs almış, lakin A.Camalov pulu qaytara bilmədiyi üçün iltizamı cavabdeh imzalamağa məcbur olmuşdur; - iddia müddətinin tətbiqi barədə ərizə versə də, apellyasiya məhkəməsi heç bir əsas olmadan həmin ərizəyə münasibətdə guya bildirişlərin cavabdehə çatmamasına istinad etmişdir. Faktiki olaraq cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, bununla da müddətin tətbiqi barədə ərizə vermək imkanından məhrum olmuşdur. Məktubların çatması heç də cavabdehin məhkəmə barədə məlumatlı olması demək deyil. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtı nda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
30. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı iltizamlara istinad etmişdir. Cavabdeh həmin pulun başqa şəxsə verilməsini, iddiaçının həmin şəxsdən pulunu ala bilmədiyi üçün onun bu iltizamları yazmağa məcbur edilməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
32. İddia müddətinin tətbiq barədə ərizənin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili əsassız sayır. Əvvəla, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətini tətbiq barədə ərizənin qəbul edilənliyi ilə bağlı məsələlərə qiymət verib və müəyyən edib ki, birinci instansiya məhkəməsində keçirilən iclaslar barədə cavabdehin qeydiyyat ünvanı üzrə lazımi qaydada məlumatlar (bildirişlər) göndərilmiş, cavabdeh özü də apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsində hazırki iş üzrə olan icraat barədə məlumatlı olduğunu bildirmiş, ayağının sınması ilə bağlı məhkəmə iclaslarına getmədiyini qeyd etmiş, poçt vasitəsi ilə də hər hansı bir ərizə göndərməmişdir.
33. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, cavabdeh iddia müddətinin tətbiq barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmin ərizənin üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməməsi əsasları da müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası bununla bağlı diqqəti Azərbaycan Respubl ikasi Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə də çəkir. Konstitusiya Məhkəməsinin həmin iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
35. Hazırki işdə isə apellyasiya məhkəməsi müəyyən edib ki, cavabdehə birinci instansiya məhkəməsindəki iclaslar barədə lazmi qaydada xəbər verilib, cavabdeh məlumatlı olub, lakin ayağı sındığı üçün məhkəmə iclaslarına getməyib, poçt vasitəsi ilə də belə bir ərizə vermək hüququndan istifadə etməyib. göndərməmişdir hətta yazılı eti.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4871/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.