Məhkəmə qərarları › İş №2(102)-5641/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5641/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5641/2020 23.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 XXX oğluna və Cavabdeh2 qarşı iş Açar sözlər: əsassız varlanma, kəsici müddət, hüququn pozulmasının məlum olduğu vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 XXX oğlunun vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1021/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 XXX oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx xxxxxx 2008-ci il tarixdə ev satmaq adı ilə aldadaraq ondan aldıqları 24500 ABŞ dolları, 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları olmaqla, cəmi 40670 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 2008-ci il tarixdə o, qardaşı X8, dayısı X4 və dostu X5 iştirakları ilə razılaşdı qları 24500 ABŞ dolları məbləğində pulu Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi 12 ünvanında 2 otaqdan ibarət fərdi yaşayış evində cavabdehlərə verməklə həmin evi satın alsa da, Cavabdeh1 XXX oğlunun keçmiş gəlini XXX a həmin evin ona məxsus olduğunu, qaynatasının bu evi satmağa ixtiyarı olmadığını və verdiyi pulu qaynatasından geri tələb etməsini bildirməklə evin ona təhvil verilməsinə maneçilik törətmişdir. Cavabdehlər aldıqları pulu 11 ildir ki, ona qaytarmayıblar, cavabdehlərin keçmiş gəlini artıq evi başqa şəxsə satıb. Cavabdeh1 XXX oğlunun iddiaya etirazının əsası ondan ibarət olmuşdur ki, mülkiyyət sənədi olmayan mübahisələndirilən evi 24500 ABŞ dollarına baş etibarnamə əsasında iddiaçıya satmış, evi boşaldaraq açarları ilə birlikdə iddiaçıya təhvil vermişlər. Sonradan həmin evə kiminsə daxil olub yaşamasına və evin satılmasına o, cavabdehlik daşımır. Eyni zamanda, cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçı tərəfindən iddia müddətinin keçdiyini bildirmiş, iddia müdətinin tətbiq edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər. İddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Abşeron rayon 1 saylı dövlət notariat kontorunun verdiyi xx xxxxxx 2018-ci il tarixli reyestrdə 7E/31-13633 nömrə ilə qeyd olunmuş baş etibarnaməyə əsasən Cavabdeh2 X6 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və etibarnamədə göstərilən bütün hərəkətləri yerinə yetirmək səlahiyyəti verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş şahidlər ifadələrində mübahisələndirilən evin 24500 ABŞ dollarına iddiaçıya satıldığını, evin iddiaçıya təhvil verildiyini, lakin sonradan evin cavabdehlərin gəlini tərəfindən zəbt edildiyini bildirmişlər. Qax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(024)264/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.2, 373.2, 374.1, 375.1, 375.2, 377.1-ci maddələrinə istinad etməklə cavabdehlərin ərizəsi əsasında iş ü zrə iddia müddətini tətbiq edərək iddia tələbini rədd etmiş, qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi - xx.xx.2008-ci il tarixdən on il üç ay 25 gündən sonra məhkəmədə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2557/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh1 XXX oğlundan 24500 ABŞ dollarının (Azərbaycan manatı məzənnəsi ilə) tutularaq idd iaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 367.1, 368, 372, 425.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh mübahisəli ev barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətində olmamışdır. Yəni hər hansı bir alqı-satqı müqaviləsinin tərəfi ola bilməzdi. Belə ki, qeyd edilən daşınmaz əmlak hər hansı bir şəxsin adına qeydə alınmamışdır. Həmçinin Cavabdeh1 XXX oğlunun iddiaçıdan 24500 ABŞ dolları alması işin mübahisə edilməyən halıdır. İşin bu halı həm iş materialları, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatla təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər hər hansı bir müqavilə tərəfi olmadığından mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, qanunv ericilik iddia müddətinin hansı halda tətbiq edilməli olduğunu müəyyən etmişdir. İş üzrə müəyyən edilən hallar isə hazırkı işdə müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, mübahisəyə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş, qeyd etmişdir ki, iddiaçı 2008-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində fərdi yaşayış evi almaq məqsədi ilə qardaşı X8, dayısı X4 və dostu X5 iştirakları ilə Xırdalan şəhərində Cavabdeh1 XXX oğlu ilə görüşmüş və həmin evin qiymətini 24500 ABŞ dollarına razılaşmış, həmin evdə pulu Cavabdeh1 XXX oğluna vermişdir. Digər Cavabdeh2 isə hər hansı bir pul vəsaitinin verilməsi sübuta yetirilməmişdir. Ona görə də kolleg iya hesab etmişdir ki, 24500 ABŞ dolları məbləğində pul (Azərbaycan manatı məzənnəsi ilə) Cavabdeh1 XXX oğlundan alınaraq iddiaçıya verilməlidir. Həmçinin, Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi 11 il ərzində həmin məbləğə görə əldən çıxmış fayda üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hər il üçün 6 % hesabı ilə 16170 ABŞ dolları pulun cavabdehlərdən alınması hissəsində təlmin edilə bilməz. Belə ki, cavabdeh tərəf bununla bağlı hər hansı bir öhdəlik daşımamış, eyni zamanda iddiaçı iddianın bu hissəsini təmin edilməsi üçün hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddia bu hissədə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh1 XXX oğl u əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini ona qaytarmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-431/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) Cavabdeh1 XXX oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qeyd edilən daşınmaz əmlak hər hansı bir şəxsin adın a qeydə alınmasa və cavabdehin mübahisəli ev barədə alqı-satqı müqaviləsi bağlamaq səlahiyyətində olmasa da, tərəflər arasında məhz evin alqı-satqısı ilə bağlı pul verilib-alınması faktı mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə iddia müddətinin tətbiq edilməsinin yolverilməz olmasına dair düzgün nəticəyə gəlməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi onun digər, yəni Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə əsasən gəldiyi nəticəsi ilə ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddianın əsasını əsassız varlanma təşkil edir, yəni iddiaçı cavabdehdən bu əsasla əldə etdiyi pulunu geri istəyir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 XXX o ğlunun əsassız varlanmış şəxs olduğundan iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalı olması ilə bağlı nəticəsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırsa da nəzərə almamışdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmasını nəzərə almamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apelyasiya instansiyası məhkəməsinin 2(107)-1021/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlsə də iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin gerçək hallarına görə, iddiaçının tələb etdiyi pul məbləği borc olaraq verilməmiş, yəni tərəflərin aralarında borc müqaviləsi bağlanmamışdır. İddiaçı ev almaq niyyətində olmuş, cavabdeh oğlunun evini satmaq istədiyini bildirmiş, iddiaçı həmin evi almaq istədiyindən, evin qiymətini 24500 ABŞ dollarına razılaşmışlar və iddiaçı həmin məbləği cavabdehə vermişdir. Göründüyü kimi, tərəflərin arasında borc müqaviləsindən və ya hər hansı digər müqavilədən irəli gələn münasibətlər yaranmamışdır. Tərəflər hər hansı müqavilə üzrə tərəf deyillər. Hab elə, cavabdehlər sözügedən ev barəsində sərəncam vermək, o cümlədən alqı-satqı və ya digər müqavilə bağlamaq səlahiyyətində olan şəxslər deyillər. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlər də həmin evə dair alqısatqı müqaviləsi üzrə tərəf ola bilməzdilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almayaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmiş, bununla da səhvə yol vermişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmşdir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin LVİİİ fəslində nəzərdə tutulmuş əsassız varlanmaya uyğun gəlir. Kollegiya Mülki Məcəllənin 1091.1, 1091.2, 1093, 1095-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunverici əsassız varlanma ilə bağlı tələblərə iki illik kəsici müddət müəyyən etmişdir. İddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulmasını 2008-ci ildə bilmiş, hazırkı iddianı isə 2019-cu ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 10 il sonra qaldırmışdır. İddiaçının cavabdehə qarşı tələbi əsaslı olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab etmiş, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş obyektiv və hərtərəfli araşdırılmamış, maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir. Məhkəmələr tərəfindən işə baxılarkən iddiaçının şikayət ərizələri üzə aparılmış araşdırmalar nəzərə alınmamışdır. Əslində hazırkı iş üzrə evin satılması mübahisəsiz olduğu, hətta bu məqsədlə qanuni əsaslarla etibarnamə verildiyi üçün pulun veriməsinə qanuni əsas olub. Tərəflərin niyyəti evin alqı-satqısı olub və bu məqsədlə pul alınıb və etibarnamə verilib. Bu baxımdan mübahisəyə əsassız varlanmaya dair normalar tətbiq oluna bilməz. Həmçinin iddiaçının hüququnun pozulduğunu bildiyi vaxt onun şikayətləri üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi vaxtdır (2017-ci ilin sentyabr ayı). Lakin məhkəmə bu halı da nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştir ak edən Cavabdeh1 XXX oğlunun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Ma ddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qərarı...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyən ləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müdd ətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçıdan əmlak (pul) əldə etməsi üçü n nə qanuni, nə də müqavilə əsası olmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 146 və 178.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız (əhəmiyyətsiz) sayılır. Eyni zamanda yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Bu baxımdan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikilinin satılması barəsində müxtəlif şəxslər arasında şifahi razılaşmanın əldə olunması və bu niyyətlə pul alınmasının nə qanuni, nə müqavilə əsası yoxdur. Belə razılaşma tərəfləri arasında ümumi xarakterli etibarnamə verilməsi də mövcud münasibəti qanuna uyğun alqı-satqı kimi qiymətləndirməyə əsas vermir. Beləliklə apelysiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091.1-ci maddəsini mübahisəyə düzgün tətbiq etmişdir. Eyni zamanda Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qanunun mənasına görə əsassız varlanma obyektini qaytarmaq hüququnun məhrum olana məlum olması ilə bu müddətin axımı başlayır. Məhrum olanın hüququnun müdafiəsi üçün məhkəməyə deyil, başqa orqanlara müraciət etməsi, o cümlədən, hüquq mühafizə orqanlarına şikayət verməsi qeyd olunan müddətin axımının qarşısını almır. Nəzərə al ınmalıdır ki, əsassız varlanma tələbləri üzrə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Baxılan iş üzrə iddiaçı özü iddia ərizəsində ev almaq niyyətinə xx xxxxxx 2008-ci il tarixdə cavabdehlərə 24500 ABŞ dolları məbləğində pulu verdikdən bir neçə gün sonra evə getdiyini, Cavabdeh1 XXX oğlunun keçmiş gəlini XXX XXXanın həmin evin ona məxsus olduğunu, qaynatasının bu evi satmağa ixtiyarı olmadığını və verdiyi pulu qaynatasından geri tələb etməsini bildirdiyini qeyd etmişdir. Bu baxımdan hazırkı iddia tələbi üzrə tələb etmə müddətinin axımının həmin tarixdən deyil, iddiaçının şikayətləri üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi vaxtdan (2017-ci ilin sentyabr ayı) hesablanmalı olduğu barədə kassasiya şikayətinin dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1021/2020 nömrəli iş üzrə xx xxxx 202 0-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar