Məhkəmə qərarları › İş №2(102)-5643/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5643/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5643/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdeh və 3-cü şəxslərin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1429/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri MKTD-nin 151 MKİS-in 20.02.2020-ci il tarixli, 41 saylı arayışına əsasən İddiaçı həqiqətən ünvan 1 ünvanında məskunlaşmışdır. ünvan 2.03.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19.07.2015-ci il tarixdə 1786 saylı qeydi ilə bağlanmış nikah ləğv edilmiş, 24.05.2016-cı il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 05.06.2020-ci il tarixli, 1169 saylı arayışına əsasən Mirzəyev X8 rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə 20 ünvanında müvəqqəti məskunlaşmış dır. Ailə tərkibi: arvadı: X6, oğlu: Cavabdeh, Mirzəyev Kənan, nəvəsi: X4, Mİrzəzadə Dəniz Kənan qızı. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X10 ilə birlikdə məcburi köçkün kimi məskunlaşdığı ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh Bakı şəhərində, 2015-ci il tarixində evlənmişlər. Birgə nikahdan 21.05.2016-cı il təvəllüdlü X10 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyindən boşanmaq qərarına gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin 02.03.2020-ci il t arixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Qeyd edir ki, o, Zəngilan rayonundan məcburi köçkündür və ailə qurduğu vaxtdan Nərimanov rayonu Hidayətzadə küçəsi mənzil 20-də yerləşən binada cavabdehin valideyinləri ilə birgə yaşamış, bu mənzil onlara məcburi köçkün kimi məskunlaşmağı üçün dövlət tərəfindən verilmişdir. Hazırda həmin mənzildə 6 nəfər şəxs müvəqqəti məskunlaşmışdır. Bu ünvanda hal-hazırda keçmiş qayınanası, qayınatası və oğlanları Sənanla birlikdə yaşayırlar. Cavabdehlə birgə nikah dövründə birlikdə yaşadığı bu mənzildə azyaşlı uşağı ilə yaşamağına icazə vermir, bununla da onun hüquqlarını pozur. Valideynlərinin evi olduqca şəraitsiz bir evdir. Onun yaşamaq üçün başqa yerdə evi olmadığı üçün azyaşlı uşağı ilə valideynlərinə yük olmuşdur. Məhz bu səbəbdən birgə nikah dövründə yaşadığı Nərimanov rayonu, Hidayətzadə 20 ünvanında yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə köçürülməyi və həmin evə yaşayış hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, o, həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, həmin vaxt iddiaçının həmin evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamış, ona məxsus olan bütün cehiz əşyaları həmin evdə yerləşdirilmiş, göstərdiyi əşyaların gəlin köçdüyü evə gətirməyi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməyini təsdiq edən amillərdən biridir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1785/2020) iddia təmin olunaraq, İddiaçı azyaşlı övladı X10 ilə birlikdə ünvan 6 ünvanına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikili iddiaçı ilə cavabdehin yaşayış yeridir. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə qənaətini onunla formalaşdırır ki, qarşı tərəf mübahisəli tikiliyə iddiaçıdan üstün hüquqa malik deyil. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə fa ktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov, A.Tanrıverdiyev, iş № 2(103)-1429/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaransa da, onunla Cavabdeh arasında olan nikaha xitam verildiyindən və iddiaçı ilə üçüncü şəxs Şirin Mirzəyev arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanmır, bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Eyni zamanda, kollegiya bildirir ki, rayon məhkəməsi həmin yaşayış sahəsinin (tikilinin) hüquqi statusunu düzgün müəyyən etməmiş, ona özbaşına tikili kimi münasibət bildirmişdir. Halbuki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 05.06.2020-ci il tarixli, 1169 saylı arayışı, eləcə də 151 saylı MKİS-in 27.07.2020-ci il tarixli arayışı ilə müəyyən olunur ki, həmin tikili (uşaq bağçası) Bakı şəhər İcra Hakimiyyətinin MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Birliyinin balansında olan qanuni tikilidir. Bundan əlavə, rayon məhkəməsi tərəfindən başqa bir pozuntuya yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edildi ki, iddiaçının köçmək istədiyi mənzil dövlət tərəfindən cavabdehə yox, onun atası Şirin Mirzəyevə müvəqqəti məskunlaşmaq üçün 2004-cü ildə təqdim edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız keçmiş ərini, yəni Cavabdeh qeyd etmişdir (i/v 4). Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair məsələ onların hüqu qlarının pozulması ilə nəticələnməklə həll edildiyindən, keçmiş ailə üzvü olan iddiaçı ilə Cavabdeh arasında nikah pozulduğundan və iddiaçı ilə mənzilin sahibi Şirin Mirzəyev arasında başqa razılaşma olmadığından hazırkı iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1429/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh və 3-cü şəxslər X11 və Mizrəyeva Nargilə Hüsü qızı kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1429/2021 nömrəli 31 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və 3-cü şəxslərin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-n in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.1.1-ci maddəsinə əsasən mülkihüquq subyektlərinin qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. bərabərliyini mülki Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyy ətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsin in mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddə sində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1429/2021 nömrəli iş üzr ə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar