Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-565/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Lətifovnaya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən məcburi qaydada çıxarılma, sənədlərin dəqiqləşdirilməsi, torpağın ölçülüb təhvil verilməsi, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-503/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Lətifovna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları JN-0393, KOD-40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayonunun Turaclı kəndində yerləşən 1.86 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir bölməsinin 21.06.2019-cu il tarixli, 2483 saylı arayışdan görünür ki, İddiaçı erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır. Hal-hazırda Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 2a, mənzil 50-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli, 10/2292 saylı rəyindən görünür ki, JN-0393, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilində istifadə etdiyi torpaq sahəsi 1.41 hektardır. Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsi Cavabdeh Sabir qızının istifadəsində olan torpaq sahəsinə, qalan 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşür. Həmin torpaq sahəsinin kompleks yerquruluşu layihəsi, çıxarış və naturada vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd olunur ki, mübahisəli torpaq sahəsinə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, pay torpaqlarının bölgü layihəsi) Mərkəzə təqdim olunmadığından ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Sabir qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Sabir qızının ona məxsus olan Qax rayonu Turaclı kəndində yerləşən 0,40 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, həmin torpağın ölçülüb ona verilməsi, 10000 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın Cavabdeh Sabir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayon Dövlət Notariat Kontorunun 02.06.2002-cı il tarixli 4Ə-5 5 saylı alqı-satqı müqaviləsi ilə o, Qax rayonu Turaclı kəndində 1.86 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair onun adına Kod 40317018 saylı JN: 393 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və həmin dövlət aktı Qax rayon Torpaq şöbəsində kitabda 27 yanvar 2004-cü il tarixdə 11448 nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsi Kod 40317018, JN: 393 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun xüsusi mülkiyyətidir və torpağın bütün vergilərini o ödəyir. Lakin həmin torpağın 0.40 ha hissəsindən qanunsuz olaraq Cavabdeh Sabir qızı istifadə edir, otunu, fındığını yığır və s. və həmin torpaqdan çıxmır. Uzun müddətdir ki, cavabdeh onun fındıq bağından istifadə edib, fındıq məhsulu götürüb və ona maddi ziyan vurmuşdur. Bu müddət ərzində cavabdeh in ona vurduğu maddi ziyan 10000 manatdan da çoxdur. Cavabdehdən 10000 manat maddi və 1500 manat mənəvi ziyan tələb edir. Cavabdeh Sabir qızına dəfələrlə həmin torpaqdan çıxması barədə xəbərdarlıq etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin həmin torpağa heç bir hüququ yoxdur, o istəyir ki, zorla həmin torpağı ondan alsın. Cavabdeh onun hüquqlarını pozur, qanuni əsaslarla ona məxsus olan torpaqdan istifadə etməyə qoymur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev, iş № 2(024)-06/2020) iddia qismən təmin edilərək, Cavabdeh Sabir qızının İddiaçı mülkiyyətində olan Qax rayonu Turaclı kəndində yerləşən 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək İddiaçı verilməsi, iş üzrə hər biri 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərclərinin Cavabdeh Sabir qızından alınaraq aşağıdakı hesaba köçürülməsi (Büdcə təsnifatının kod-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az 41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, HesabAZ34GCTRE********************), iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-0393, KOD-40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonunun Turaclı kəndində yerləşən 1.86 ha pay torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərə findən zəbt olunduğunu əsas gətirərək cavabdehin həmin hissədən məcburi çıxarılması, həmin torpağın ölçülüb ona verilməsi, 10000 manat maddi ziyanın və 1500 manat mənəvi ziyanın Cavabdeh Sabir qızından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün İddiaçı əvvəlki ekspertiza rəyi ilə razılaşmadığı üçün onun vəsatəti ilə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 15 sentyabr 2020-ci il tarixli, 10/2292 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə JN-0393, KOD 40317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilində istifadə etdiyi torpaq sahəsi 1.41 hektar olması, Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin 956 kv.m hissəsi Cavabdeh Sabir qızının istifadəsində olan torpaq sahəsinə, qalan 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşdüyü, həmin torpaq sahəsinin kompleks yerquruluşu layihəsi, Çıxarış və naturada vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilməsi göstərilmişdir. Ona görə də, iddia tələbinin həmin hissəsi ekspert rəyinə uyğun olaraq təmin edilərək cavabdeh zəbt etdiyi iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi ölçülərək iddiaçıya verilməlidir. Təl əbin həmin hissəsi təmin edildiyi üçün iş üzrə hər biri 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat ekspertiza xərcləri Cavabdeh alınaraq müvafiq hesaba ödənilməlidir. İddia tələbinin “10000 manat maddi ziyan və 1500 manat mənəvi ziyan tələbi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbində haqlı olmamış və həmin tələbi əsassızdır. Belə ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Sübutetmə yükü üzərinə düşən İddiaçı tərəfindən isə cavabdehin ona necə və hansı məbləğdə ziyan vurması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Lətifovna birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi işin hüquqi və faktiki hallarını tam araşdırmamış, yalnız iddiaçı tərəfin mənafeyinə əsaslanmışdır. Mülki iş üzrə iştirakı olmadan iki dəfə özbaşına ekspertiza keçirilməsini təmin etmiş, mülki mübahisəyə baxılması qaydasının pozulması ilə nəticələnən qətnamə qəbul edərək məhkəmə müdafiəsi hüququndan istifadəyə imkan yaratmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. İşə baxan məhkəmə nəzərə almamışdır ki, “Hüq uqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış və plan ölçüyə əsasən, Qax rayonu, Turaclı kənd ərazisində yerləşən 1.4074 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Yəni İddiaçı mülkiyyətində olan, Turaclı kəndində yerləşən torpaq sahəsi ilə qonşu torpaq sahəsi onun mülkiyyətindədir. Onun mülkiyyətində olan torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə sərhəd boyunca kanal vasitəsi ilə ayrılmışdır. Mülkiyyətində olan torpaq sahəsinin plan ölçüsünə əsasən iddiaçı ilə sərhədi düzdür. Hansı ki, dəfələrlə mütəxəssis tərəfindən yerində yoxlama aparılmışdır. Görünən odur ki, iddiaçı ilk öncə 0.40 ha torpaq sahəsini ondan tələb etsə də, ikinci ekspert rəyindən sonra tələbini dəyişmiş, mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin cizgisi daxilin də istifadə etdiyi törpaq sahəsi 1.41 hektardır, torpaq sahəsinin 3291 kv.m hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşdüyü üçün ondan 956 kv.m torpaq sahəsi tələb etmişdir. İşə baxan məhkəmə onun mülkiyyət hüququnu pozaraq 956 kv.m torpaq sahəsi hissəsində tələbi təmin etmişdir. İddiaçının mülkiyyətində 1.86 ha torpaq sahəsi var, rəyə əsasən hal-hazırda istifadə etdiyi torpaq sahəsi 1.41 hektardır. Buradan belə məlum olur ki, istifadə oluna bilinməyən torpaq sahəsi 0.45 hektardır. Lakin tələb 0.40 ha olmuşdur. Həmin istifadə olunmayan 0.45 ha torpaq sahəsindən 0.3291 ha hissəsi su arxları, kanala və digər mülkiyyətçilərin torpaq sahələrinə düşmüş və qalan 0.0956 ha hissəsi guya onun tərəfindən zəbt olunmuşdur. Ona görə də Qax Rayon Məhkəməsinin 14 oktyabr 20 20-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunmuş hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov, iş № 2(107)-503/2021) Cavabdeh Lətifovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(024)-06/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X2 MMC-nin 03 iyun 2021-ci il tarixli, 153 nömrəli rəyindən görünür ki, Kompleks Yerquruluşu Layihəsi əsasında mübahisəli torpaq sahəsi üzrə naturada və ərazi nin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində Qax rayonu, Turaclı kəndinin ərazisində yerləşən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (kod-40317018, JN-393) əsasən İddiaçı mülkiyyətində olan 1.86 ha torpaq sahəsinin həmin Dövlət Aktının planında (cizgisində) 16.9997 ha və 0.1629 ha olmaqla planşetdə göstərilən ölçü və koordinatları faktiki olaraq yerində mövcuddur. Lakin bu torpaq sahəsinin 0.3405 ha hissəsi qonşu istifadəçisi Cavabdeh Lətifovnanın RX seriyalı ******* saylı çıxarışla mülkiyyətində olan 1.4074 ha torpaq sahəsinin 085894 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatları daxilində yerləşir, yəni üst-üstə düşür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi həmin rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh Lətifovna (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)503/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin olunduğu hissəsində ləğv edib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilə r. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh Lətifovna kassasiya şikayəti vermiş, qətnaməni qismən - iddia tələbinin təmin olunduğu hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə qismən yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaş ına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torp aq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüquq haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Lətifovna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-503/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-565/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-565/2022
18.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver