Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-566/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Hacıbala oğlunun cavabdeh X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-566/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 15 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Hacıbala oğlunun vəkili Babayev Bəxtiyar Rəhim oğlunun, Cavabdeh və vəkili Səmədov Müşfiq Ədalət oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Hacıbala oğlunun cavabdeh Cavabdeh qarşı “ alqı-satqı müqaviləsindən əldə ol unmuş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1771/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı xxx iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Mersedes Benz E- 300” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 8500 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 iddiaçının qızı Samirə Muradovanın keçmiş həyat yoldaşıdır. Samirə Muradova ilə Elburus Muradov xx.xx.2000ci il tarixdə rəsmi nikaha giriblər, onların birgə nikahdan iki uşaqları olub. Samirə Muradova ilə Elburus Muradov arasında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulub.
3. İddiaçı mülkiyyətində olan “Mersedes Benz E- 300” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə 1 illik etibarnamə ilə X4 vermişdir. Etibarnamə xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur.
4. İddiaçı etibarnamə ilə cavabdehə avtomobilə dair bütün hərəkətləri etmək, o cümlədən sərəncam hüququnu da etibar etmişdir.
5. Cavabdeh xxx ailədə olan münaqişələri və bunun nikahın pozulması ilə nəticələnəcəyini qabaqcadan bilib, iddiaçının belə olarsa, etibarnaməni ləğv edəcəyini yəqin edib, tez-tələsik avtomobili xx.xx.2018-ci il tarixdə 8500 (səkkiz min beş yüz) manata öz qardaşı oğlu X1. Babək isə alqı-satqı yolu ilə aldığı avtomobili təkrar etibarnamə ilə əmisi xxx idarə etmək üçün vermişdir.
6. İddiaçı bu alqı-satqıdan xəbərsiz olduğundan etibarnamə verdiyi Bakı şəhər 52 saylı notariat orqanına gedib xx.xx.2018-ci ildə etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Etibamamə ləğv olunsa da, bilmişdir ki, artıq yeznəsi, iş üzrə cavabdeh olan Elburus Muradov xx.xx.2018-ci il tarixdə etibarnamə üzrə ona məxsus avtomobili öz qardaşı oğlu Babək Muradova formal olaraq satmışdır.
7. Bundan sonra iddiaçı Şirvan şəhər Məhkəməsində cavabdehlər X4, X6 və Azərbaycan Respublikası DİN-i BDYPİ-nin X7 X10 şöbəsinə qarşı "xx.xx.2017-ci il tarixdə verdiyi etibarnamənin və bunun əsasında b ağlanmış xx.xx.2018-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, avtomobilin ona qaytarılması” barədə iddia qaldırmış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1450/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ona görə ki, avtomobilin alqı-satqı müqaviləsi verilmiş etibarnamə səlahiyyətləri əsasında qanuni sayılmışdır.
8. Cavabdeh avtomobili etibarnamə əsasında qohumu X6 xx.xx.2018-ci il tarixdə özünün də məhkəmə iclasında etiraf etdiyi kimi 8500 manata satsa da, həmin pulu mülkiyyətçi olaraq iddiaçıya qaytarmamışdır.
9. İddiaçının avtomobilin alqı-satqısı barədə müqavilənin etibarsızlığı barədə iddiası uğursuz olduğu üçün, iddiaçı hazırki iddia tələbini irəli sürüb və avtomobilin tam qanuni mülkiyyətçisi kimi, etibar etdiyi şə xsin onun adından etdiyi hərəkətlərin nəticəsi olaraq alqısatqı əməliyyatından əldə olunan 8500 manat pulun ona verilməsini cavabdehdən tələb edir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi 152.1, 152.8 və 157.2-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı etiraf etməyərək, göstərib ki, qeyd edilən avtomobili öz pulu ilə alıb, amma iddiaçı Bakı şəhərində qeydiyyatda olduğu üçün avtomobili iddiaçının adına sənədləşdirib. Sonra da avtomobili satıb, pulunu ailəsinə xərcləyib.
12. Şirvan şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(032)-408/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X2 8500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Hacıbala oğluna verilməsi qət dilmişdir. (hakim Ziya Əliyev)
13. Birinci in stansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, mübahisəli “Mercedes Benz E200” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xxx mülkiyyətində olsa da, avtomobil kürəkəni olan X3 istifadəsində olmaqla ona xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər etibarnamə vermişdir. Həmin etibarnamə ilə X4 avtomobili idarə etmək, bağışlamaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək səlahiyyəti verilmişdir. Cavabdeh ona verilən bu səlahiyyətlərdən istifadə edərək avtomobili X6 xx.xx.2018-ci il tarixdə satmışdır.
14. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, İddiaçı Hacıbala oğlunun cavabdehlər X5, X8 və DY P-yə qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Şirvan şəhər Məhkəməsinin 2(032)-1450/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməyib və həmin işdə hazırki iş üzrə cavabdeh olan Elburus Muradov avtomobili 8500 manata satmasını etiraf edib.
15. Həmçinin birinci instansiya məhkəməsi respublikada həmin növ avtomobillərin qiymətini nəzərə alaraq hesab edib ki, avtomobil qanuni yolla mülkiyyətçinin mülkiyyətindən çıxdığı üçün cavabdehdən 8500 manat pulu alınıb iddiaçıya verilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 362.1, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd e dilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına, maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmiş, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
19. Belə ki, qeyd edilən avtomobilin alınmasına iddiaçının heç bir vəsait xərcləməməsi barədə Şirvan şəhər Məhkəməsinin 2(032)-1450/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli və 2(032)-82/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnamələri var. Birinci instansiya məhkəməsi həmin qətnamələrə istinad etsə də, orada göstərilən hallara məhəl qoymamışdır. Halbuki Şirvan şəhər Məhkəməsinin 2(032)-1450/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli Şirvan Apellyasiya Mə hkəməsinin 2(106)-471/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanıb. Şirvan Apellyasiya Məhkəməsində araşdırma zamanı müəyyən edilib ki, avtomobilin pulunu Elburus Muradov ödəyib..
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1771/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-408/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi) Qəzənfər Kərimov, Zəki Babayev)
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh mübahisə olunan avtomobili öz şəxsi vəsaiti hesabına əldə etdiyini, ona görə də həmin avtomobili sataraq ailə ehtiyacları üçün sərf etdiyini göstərsə də, istinad etdiyi halı, yəni mübahisə olunan avtomobili şəxsi vəsati hesabına əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
22. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 567, 646.1 və 646.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndəriməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının poz ulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı xxx vəkili xxx kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1.Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
31. Belə ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-471/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əhəmiyyət verməməsini dəlil kimi irəli sürmüşdür.
32. Apellyasiya məhkəməsi isə cavabdehin həmin dəlilinə qiymət verməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-471/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş işin hallarının hazırki işə aid olub-olmaması, aid olduğu halda həmin qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşıyıb-daşımamasını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
33. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayət ində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
34. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
35. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsi istinad etdiyi Mülki Məcəllənin 646.1 və 646.2.-ci maddələrinin hazırki mübahisə ilə hər hansı əlaqəsini q ətnamədə göstərməmiş, daşınmaz əşyaların alqı-satqısı ilə bağlı ilə bu normaların tətbiqini hazırki mübahisənin həlli baxımından əsaslandırmamışdır.
36. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1771/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.