Məhkəmə qərarları › İş №2(102)-566/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-566/2023

18.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-566/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin prosessual normaların tələblərinə cavab verməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi) və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7741/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları – 22 oktyabr 2012-ci il təvəllüdlü X1 və 25 may 2016-cı il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(003)2629/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ramilə Xəzri) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(103) -7741/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakim Rafael Eyvazov (sədrlik edən və məruzəçi), hakimlər Şərafət Məmmədova, Fuad Babayev)

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı, iddiaçı tərəfindən fiziki imzalanmış, skan edilərək yerləşdirilmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) riayət etmədən (konkret formaya riayət edilməməklə yanaşı, dəlillər qanunvericiliyin tələblər inə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması və s. göstərilməmişdir) vermiş, birinci instansiya məhkəməsi isə şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.7 və 363-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçı apellyasiya şikayətini Asan imza dan istifadə edərək elektron kabinetinə yerləşdirməklə vermişdir. Qanun bunu tələb edir, qanun elektron kabinetin hansı bölməsindən istifadə edərək apellyasiya şikayətinin verilməli olduğunu göstərmir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanunsuz və əsassızdır; - MPM-ə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilən zaman əsas 2 tələbə riayət edilməlidir: 1) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formaya uyğun verilməli; 2) apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə sertifikatlaşdırılmış e lektron imza vasitələrindən istifadə edilməklə verilməlidir. Apellyasiya şikayətindən göründüyü kimi iddiaçı həmin apellyasiya şikayətini həm MPM-də göstərilən Əlavə 2-yə uyğun formada tərtib etmiş, həm də özünə məxsus Asan imzadan istifadə edərək Elektron məhkəmə sistemində olan elektron kabinetindən vasitəsilə vermişdir. Yəni verilmiş apellyasiya şikayəti MPM-in tələblərinə tam uyğundur; - apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi düzgün deyil, vətəndaşın məhkəmələrə çatımlılığının məhdudlaşdırılması və vətəndaşın konstitusion məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

11. Kassasiya şikayətində qərardadı iddiaçı tam mübahisələndi rib. Bu baxımdan kollegiya məhkəmə aktını tam yoxlayır.

12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətini qeyri-mümkün sayarkən iki əsasa – şikayətin iddiaçı tərəfindən fiziki imzalanmaqla skaner edilərək yerləşdirilməsinə və şikayətin MPM-in 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməməsinə istinad etmişdir.

14. Məhkəmə kollegiyası şikayətin fiziki olaraq imzalanması ilə bağlı apellyasiya instansiyasının mövqeyi ilə razılaşmır. Belə ki, elektron məhkəmə sisteminə baxış k eçirilərkən müəyyən edildi ki, iddiaçı apellyasiya şikayətini 27 oktyabr 2022-ci il tarixdə elektron imzası ilə imzalayıb.

15. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini elektron imza ilə imzalaması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsası göstərməklə MPM-in 10-1.3 və 10-1.7-ci maddələrini düzgün tətbqi etməmişdir.

16. Bununla belə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyrimümkün sayarkən həmçinin şikayətin MPM-lə müəyyən edilmiş formada verilməməsinə də (2 saylı Əlavədə müəyyən olunmuş) istinad etmiş və göstərmişdir ki, şikayətin dəlilləri qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması və s. göstərilm əmişdir.

17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şikayətin MPM ilə müəyyən edilmiş formada verilməməsi (2 saylı Əlavədə müəyyən olunmuş) barədə gəldiyi nəticəni isə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də apellyasiya şikayətinin MPM-in 2 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir.

18. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş formada (2 saylı Əlavədə müəyyən olunmuş) verilməsidir, belə olan halda, şikayətin forma tələblərinə əməl edilməməsi əsası ilə qeyrimümkün sayıl ması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

19. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7741/20 22 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar