Məhkəmə qərarları › İş №2(102)-5663/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5663/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5663/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-301/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs X oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli müqavilə üzrə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh-ya məxsus binanın 1-ci girişinin 5-ci mərtəbəsində 27 nömrəli, 2 otaqdan ibarət üm umi sahəsi 99 kv.m. təşkil edən mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 14400 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, 31 manat dövlət rüsumunun, cəmi 34431 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(001)- 4309/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m. olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 13 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qərarı ilə Cavabdehnın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-301/2021 nömrəli, 16 mart 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(001)- 4309/201 7 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh-ya qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 18 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbə, ümumi sahəsi 99 kv.m. olan 2 otaqdan ibarət 27 nömrəli mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh-ya, İddiaçı və X oğluna qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabanı küçəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından 20 aprel 2014-cü il tarixli müqavilə əsasında aldığı 1-ci giriş, 5-ci mərtəbədə, sahəsi 99,0 kv.metr təşkil edən 27 nömrəli m ənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 18 yanvar 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və X oğlu arasında bağlanılmış 01 may 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, ona məxsus 27 nömrəli mənzili özbaşına zəbt etmiş X oğlunun və onunla yaşayan ailə üzvlərinin mənzildən çıxarılmaqla mənzilin Şahin Aslanova təhvil verilməsi öhdəliyinin Cavabdehnın üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X oğlu kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehlər 15 manat dövlət rüsumu ödəməli olduğu halda, 10 manat dövlət rüsumu ödəmişdir. Həmçinin kassasiya şikayətində apell yasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun (şikayət verilərkən qüvvədə olan redaksiyada): Maddə 8.1.2. İddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Maddə 8.4.1. Apellyasiya və kassasiya şikayətləri üzrə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı h issədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs X oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3 və 408.1.5-ci maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Maraqlı şəxs X oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)301/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Ba

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar