Məhkəmə qərarları › İş №2(102)-5663/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5663/2022

05.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5663/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qismən ödənişli sosial məzuniyyətdən istifadə qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müddətsiz əmək müqaviləsinə xitam verilməsi və əmək haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyul 2022-ci il ta rixli, 2(103)-4729/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 may 2014-cü il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank, hal-hazırda ləğv prosesindədir) Mərkəz filialının “kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, 23 oktyabr 2017-ci il tarixdə Bankın “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin baş mütəxəssisi vəzifəsinə, xx.xx.2018-ci il tarixdə “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin müdiri vəzifəsinə, xx.xx.2019-cu il tarixdə “Korporativ bankçılıq” Departamentinin müdiri vəzifəsinə təyin olunmuş, həmin sazişlə rə əsasən iddiaçıya hər ay 1176 manat, xx.xx.2018-ci il tarixli sazişə əsasən 1538 manat, xx.xx.2019-cu il tarixli sazişə əsasən 1438 manat, xx.xx.2019-cu il tarixli sazişə əsasən 1661 manat, xx.xx.2020ci il tarixli Sazişə əsasən 2219 manat məbləğində əmək haqqının işəgötürən tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinə dair xx.xx.2020-ci il tarixli sazişə əsasən iddiaçının aylıq əmək haqqı 2555 manat müəyyən edilmişdir.

2. İddiaçıya xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək 126 günlük sosial məzuniyyət verilmiş, xx.xx.2020-ci il tarixli əmrə əsasən məzuniyyət müddəti xx.xx.2021-ci il tarixinə uzadılmışdır. Daha sonra, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, sosial məzuniyyətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3 i l müddətinə uzadılmasını xahiş etmişdir. Həmin ərizə əsasında işəgötürən xx.xx.2020-ci il tarixli əmri ilə uşağa qulluq etmək üçün iddiaçıya xx.xx.2023-cü il tarixədək qismən ödənişli sosial məzuniyyət vermişdir. İddiaçının xx.xx.2019-xx.xx.2020-ci illər üzrə istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompensasiyanın məbləğinə dair tələbi “Banklar haqqında” Qanunun 76 və 82-ci maddələrinə uyğun olaraq qeydə alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarına əsasən Bank müflis elan edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Banka verilmiş lisenziya ləğv edilmişdir. Həmin qərarla Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Bankın ləğvedicisi qismində təyin edilmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə ləğv prosesində olan Bankın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevə “qismən ödənişli məzuniyyətin ləğv edilməsi və işdə olması ilə bağlı əmrin verilməsinə dair” ərizə ilə müraciət etmiş və 04 oktyabr 2021-ci il tarixdən qismən ödənişli məzuniyyət hüququnun dayandırılması və həmin tarixdən etibarən işdə hesab edilməsi ilə bağlı əmr verilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2021-ci il tarixdə Bank tərəfindən təhvil alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla hazırda ləğv prosesində olan Bank arasında imzalanmış 12 may 2014-cü il tarixli əmək müqaviləsinin və ona xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cü il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin "xxxx" bəndinə əsasən ləğv edilməsi və buna uyğun olaraq 4343,50 manat məbləğində işdənçıxma müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının 2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər istifadə etmədiyi 40 gün əmək məzuniyyətinin əvəzi olaraq 3362 manat məbləğində vəsaitin kompensasiya edilərək ödənilməsi və xx.xx.2021-ci il tarixindən iddia ərizəsinin verildiyi tarixə qədər boşdayanma halına görə 6066 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onun la əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ləğv prosesində olan Bankın Baş Ofisinə yaxınlaşaraq, xx.xx.2020-ci il tarixdən ona verilmiş qismən ödənişli sosial məzuniyyət hüququnun ləğv edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən onun işdə olması ilə bağlı əmrin verilməsi üçün şifahi qaydada müraciət etmişdir. Həmin an ləğv prosesində olan X3 İdarəedilməsi departamentinin mütəxəssisi bunun mümkün olmadığını bildirmişdir. İddiaçı bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə səlahiyyətli nümayəndə ilə görüşmək istədiyini bildirsə də, bu baş verməmiş və iddiaçını ləğv prosesində olan Bankın səlahiyyətli nümayəndəsinin müavini olan Tural qəbul etmiş və analıq məzuniyyətində olması səbəbindən onunla imzalanmış əmək müqaviləsinə xitam verilməsinin, həmçinin, Bank ləğv olunduğ undan əvvəlki vəzifəyə bərpa edilməsinin mümkün olmamasını, əmək müqaviləsinə xitam verilsə belə ona heç bir kompensasiya məbləğinin ödənilməyəcəyini bildirmişdir. Halbuki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsini məhdudlaşdıran heç bir norma mövcud deyildir. Müəssisənin ləğvi ilə əlaqədar işçi ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman ona ödənilməli olan işdənçıxma müavinətinin məbləği Əmək Məcəlləsinin 132-ci maddəsinin 2-ci bəndi və 177-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməlidir. Bundan əlavə, iddiaçı Bankın müflis elan olunmasından əvvəlki dövr üzrə istifadə etməli olduğu, lakin istifadə etmədiyi məzuniyyət hüququna malik olmuşdur ki, həmin məzuniyyət günlərinin ümumi həcmi 40 gün təşkil edir. Bundan başqa, hazırkı i ş üzrə iddiaçı xx.xx.2021-ci il tarixdə işdə olmağı ilə bağlı xx.xx.2021-ci il tarixində ərizə yazsa da, həmin ərizə nəzərə alınmamaqla bərabər, iddiaçının işdə olması ilə bağlı əmrin rəsmiləşdirilməsi həyata keçirilməmiş, eyni zamanda onunla imzalanmış əmək müqaviləsinə xitam verilməməklə faktiki olaraq qazancından məhrum edilməsinə səbəb olmuşdur. İşəgötürən qismində çıxış edən ləğvedici iddiaçını məcbur etmişdir ki, əmək münasibətlərinə ya könüllü şəkildə özünün ərizəsi əsasında xitam verilsin, yaxud məcburi qaydada qismən ödənişli sosial məzuniyyət hüququnu davam etdirsin ki, bu hal əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmaqla bərabər, iddiaçıya psixoloji basqı tətbiq etməklə nəticələnmiş, eyni zamanda onu qazanc əldə etməsindən məhrum etmişdir. Bu hal isə işəgötü rənin qismində ləğvedicinin təqsiri ucbatından boşdayanma halı hesab edilməlidir. Hazırkı mərhələdə cavabdehin təqsirli hərəkəti onun qismən ödənişli məzuniyyət hüququna dair verilmiş əmrin ləğv edilməməsində, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin nəzərə almamasında ifadə olunur ki, bu hərəkətsizlik birbaşa işəgötürənin təqsiri ucbatından ortaya çıxmışdır.

7. Məhkəmə iclasında cavabdeh Bankın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə istinad etməsi tamamilə yanlışdır. Hal-hazırda Bankın müəyyən fəaliyyəti və hüquqları saxlanılmaqla, ləğvedicinin təyin etdiyi istiqamətdə və qanunvericiliyə uyğun olaraq bankın ləğvi ilə bağlı prosesə başlanılmışdır. Bu istiqamətdə ləğvedici tərəfindən bankın xərcl ərinin, o cümlədən, əmək haqlarının bankın maliyyə vəziyyətinə uyğun olaraq optimallaşdırılması, fəaliyyətində zərurət görülməyən struktur bölmələrinin və iş yerlərinin ixtisar prosesi həyata keçirilməkdədir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olduğu dövr ərzində vəzifəsi üzrə hər hansı bir işçi onun əvəzinə işlərin görülməsinə cəlb edilməmiş, eləcə də onun sosial məzuniyyətdən geri qaytarılması üçün əsaslar yaranmamışdır. Bundan əlavə, Əmək Məcəlləsinin 137-ci maddəsinin 4-cü bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geri çağırılması yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilən məsələdir. Buna görə də, müəssisə ləğv edilmədiyi üçün iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi və bundan irəli gələn müav inətin verilməsi qanunla mümkün deyildir. İddiaçının xx.xx.2019-xx.xx.2020-ci illər üzrə istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompensasiyanın məbləğində dair tələbinin “Banklar haqqında” Qanunun 76 və 82-ci maddələrinə uyğun olaraq qeydə alınmışdır. İddiaçının yalnız xx.xx.2020-xx.xx.2020-ci il tarixə əmək məzuniyyəti yaradan dövrü qalmışdır və bu isə öz növbəsində Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinin tələbi yarandığı halda ödəniləcəkdir. Həmçinin, iddiaçının işəgötürən tərəfindən boşdayanma halına görə pul istəməsi yanlış və qanunsuz tələbdir. Belə ki, iddiaçının yazılı ərizəsi əsasında onun sosial məzuniyyəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır və bu barədə müvafiq əmr hazırkı dövrə qədər qüvvədədir. İddiaçıya hər ay üçün uşağın üç yaşınadək qulluğa görə işəgötü rənin Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi protokol əsasında müavinət ödənilir. Bundan başqa, iddiaçıya ləğv prosesində olan X4 Departamentinin Pərakəndə əməliyyatlar şöbəsinə aparıcı mütəxəssis vəzifəsində işə davam etməsi şifahi qaydada təklif olunmuşdur. Göründüyü kimi işəgötürən tərəfindən qəbul edilmiş 98-2/20 saylı, xx.xx.2020-ci il tarixli əmrin qüvvədə olması birbaşa işəgötürən üçün hüquq yaradan amildir və iddiaçıya başqa vəzifə təklif edilməsi işəgötürənin təqsiri üzündən onun aylıq qazancından məhrum edilməsi kimi qəbul edilə bilməz. Nümayəndə qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi X2 bildirmişdir ki, iddiaçının müraciəti əsasında araşdırma aparılmış və müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Nümayəndə məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

9. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 11 may 2022-ci il tarixli, 2(006)-1434/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilməmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müəssisə ləğv edilmədiyindən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsi və bununla əlaqədar müvafiq müavinətin verilməsi mümkün deyildir. Eləcə də, iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinin əvəzi olaraq kompensasiyanın ödənilməsi tələbi hazırkı vəziyyətdə təmin edilə bilməz, çünki onun əmək müqaviləsinə xitam verilməmişdir. Bundan əlavə, iddiaçının Əmək Məcəlləsinin 146 -cı maddəsinin 2-ci bəndinə istinad edərək həmin Məcəllənin 169-cu maddəsinə əsasən işəgötürən tərəfindən boşdayanma halına görə pul istəməsi əsassızdır. Belə ki, iddiaçının ərizəsi əsasında, onun sosial məzuniyyəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır və bu barədə müvafiq əmr hazırkı dövrə qədər qüvvədədir.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci bəndinə, 127-ci maddəsinə, 132-ci maddəsinin 1-ci bəndinə, 137-ci maddəsinin 4-cü bəndinə, 144-cü maddəsinin 2-ci bəndinə, 146-cı maddəsinin 2-ci bəndinə, 169-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiy a şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2(103)4729/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qey d edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi MPM-in 14.2, 76.1, 76.2, 217.3, 217.4-maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kifayət qədər əsaslar gətirilsə və lazımı sübutlar təqdim edilsə də, cavabdeh tərəfindən həmin sübutları inkar edən və ya ləğv edən sübutlar təqdim edi lməmişdir. Məhkəmə qeyd edilən sübutların qiymətləndirilməsi və onlara hüquqi qiymət verilməsi zamanı lazımi qiymət verməmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutların hansı səbəbdən qəbul edilməməsini kifayət qədər əsaslandıra bilməmişdir. Həmin sübutlardan ən əsası və iddianın əhəmiyyətliliyini nəzərdə tutan, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə həm cavabdehə, həm də cavabdehin ləğvedicisinə ünvanlanmış “sosial məzuniyyətin ləğv edilməsi və işə çıxmaq barədə əmrin verilməsi” ərizəsidir. Hazırkı iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində həmin ərizə nəzərə alınmamış və hansı səbəbdən cavabdehin ərizəyə münasibətdə hərəkətsiz qalması aydınlaşdırılmamışdır. Halbuki iddiaçı həm ərizəni, həm də ərizənin çatdırılmasına dair xəbərnaməni məhkəməyə təqdim etmişdir. Cavabdeh isə bununla bağlı münasibət bildirməmiş, əksini sübut edən sənədi təqdim etməmişdir. Bundan əlavə məhkəmə hazırkı iş üzrə cavabdehin iddiaçının çalışdığı departamentin mövcud olub-olmaması, həmin departamentin tərkibindəki digər işçilərlə bağlanmış əmək müqavilələrinin davam edib-etməməsi kimi məsələlərə dair təqdim edilmiş sübutların qiymətləndirilməsini də düzgün həyata keçirə bilməmişdir. Qətnamə işin hallarına və tərəflərin mənafeyinə uyğun əsaslandırılmamışdır. Mövcud vəziyyətdə hüquqi müəyyənlik prinsipi pozulmuş, işin ədalətli həllinə maneçilik yaradılmış və iddiaçının Konstitusiya məhkəmə müdafiəsi hüququ lazımı qaydada təmin edilməmiş, iddiaçı tərəfindən irəli sürülmüş arqumentlər cavabsız qalmış, qanunvericilik aktlarında nəzərdə tutulmuş normalar düzgün tətbi q edilməmiş və əsaslandırıla bilməmişdir. İş üzrə bir neçə iddia tələbi mövcud olsa da, məkəmə yalnız bir iddia üzərindən digərlərinin əhəmiyyətsizliyini vurğulamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

20. Maddə 125, 1-ci hissə. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

21. Maddə 127, 1-ci hissə. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qan unvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

22. Maddə 127, 2-ci hissə. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

23. Maddə 132, 1-ci hissə. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr daxil edilir.

24. Maddə 137, 4-ci hissə. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.

25. Maddə 144, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

26. Maddə 146, 2-ci hissə. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

27. Maddə 169, 1-ci hissə. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsasən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

39. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsi əmək məzuniyyətindən geri çağırma ilə bağlı münasibətləri tənzimləyir. Baxılan işin mübahisəsiz müəyyən edilən halına görə iddiaçı öz ərizəsi ilə uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Əmək Məcəlləsinin qeyd olunan hüquq münasibətini tənzimləyən 127-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq isə uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

40. Normadan göründüyü kimi, qanunverici uşağa qullu qla bağlı sosial məzuniyyətə çıxmış işçinin öz seçiminə görə bu hüququndan tam və ya hissə-hissə istifadə etmək imkanını tanıyır. Lakin həmin müddəa artıq bu imkandan tam istifadə etmiş işçinin işəgötürənin razılığı olmadan istədiyi vaxt işə qayıtmaq hüququna malik olması kimi şərh oluna bilməz və bu halda işçinin vaxtından əvvəl işə qayıtması işəgötürənin razılığı olduğu halda mümkündür. Çünki işçi uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyət hüququndan tam (uşağın üç yaşınadək) istifadə etdiyi halda işəgötürən müvafiq iş yerinin müvəqqəti tutulması ilə bağlı tədbirlər görə, müddətli əmək müqaviləsi ilə həmin vəzifəyə başqa şəxsi işə götürə, yaxud həmin vəzifələrin icrasını başqa şəxsə həvalə edə bilər.

41. Bu baxımdan hazırkı iş üzrə uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyət hüququndan tam istifadə etmiş iddiaçının vaxtından əvvəl - xx.xx.2021-ci il tarixdə cavabdehə “sosial məzuniyyətin ləğv edilməsi və işə çıxmaq barədə əmrin verilməsi”nə dair yazılı ərizə ilə müraciət etməsi işəgötürən (cavabdeh) üçün onun işə başlamasını təmin etmək vəzifəsi yaratmır. Cavabdeh daha əvvəl iddiaçının yazılı ərizəsi əsasında verimiş və qüvvədə olan əmrə əsasən onu xx.xx.2023-cü il tarixədək məzuniyyətdə hesab etməkdə haqlıdır.

42. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4729/2022 nömrəli mülki iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar