Məhkəmə qərarları › İş №2(102)-5664/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5664/2022

13.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5664/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və məcburi iş buraxmaya müddətinə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4715/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə 13 dekabr 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 5 oktyabr 2018-ci il tarixdə bağlanmış (həmin tarixdə qüvvəyə minmişdir) PERSORD18- 07985 saylı əmək müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra- cavabdeh və ya Bank) Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul edilmişdir.

2. X3 X2 tərəfindən imzalanmış 21-1082 saylı, 10 noyabr 2021-ci il tarixli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə 10 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, onun Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə bərpa olunması və 10 noyabr 2021-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan əmrin çıxarılmasına əsas kimi 04 noyabr 2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair" akt göstərilmişdir. "Yoxlamanın nəticələrinə dair" 04 noyabr 2021-ci il tarixli akta əsasən guya o, kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəlikləri pozmuşdur. Onunla cavabdeh qurum arasında, yalnız əmək müqaviləsi bağlanmış, kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı bir razılaşma bağlanmamışdır. Bu səbəbdən də hansı razılaşmanın tələblərini pozduğu və bu pozuntunun nədən ibarət olması ona aydın deyil. Bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamışdır. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə öz xahişiylə işdən çıxmaqla bağlı ərizə yazaraq bankın İnsan Resursları Departamentinə təqdim etmiş və bu barədə öz işlədiyi Plastik Kartlar Departamentin müdir müavini XXXa məlumat vermişdir. Bundan təxminən 5-6 gün sonra XXX ona zəng edərək banka məxsus hard diskin onda olub-olmadığını soruşduqda, o, işlətdiyi hard diskin özündə olduğunu bildirmişdir. Bundan da 2-3 gün sonra şöbə müdiri XXX ona hard diski gətirməyini tələb etmiş, o, İnformasiya Təhlükəsizliyi Departamentinin, İnsan Resursları Departamentinin və işlədiyi Plastik Kartlar Departamentinin müdirlərinin iştirakı ilə hard diski təhvil vermişdir. Onlar ondan hard diski nəyə görə bankdan kənara çıxarmağı və iş kompüterini nəyə görə şifrələdiyi barədə izahat yazmağını tələb etmişdilər. O izahat yazaraq hard diski orada olan şəxsi məlumatlarının və öz vəsaitiylə aldığı, banka aid olmayan kompüter proqramlarının şəxsi kompüterinə köçürməyi səbəbindən apardığını, iş kompüterini isə o, işdə olmadığı müddət ərzində kompüterə başqa şəxslərin daxil olmasının qarşısını almaq üçün şifrələdiyini bildirmişdir. Həmin vaxt hard disk xüsusi proqram vasitəsi ilə yoxlanılmış və hard diksdən heç bir məlumatın silinmədiyi aşkar olunmuşdu. Bundan təxminən bir həftə sonra İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri onu yenidən çağıraraq ondan hard diskdə olan iki faylın şifrəsini soruşmuşdu. O da həmin faylların şifrəsinin hard diskdə olan mətn faylının içərisində olduğunu bildirmiş, həmin vaxt hard diskdə fayllar yoxlanılmış və fa yllarla bağlı heç problemin olmadığı aşkar edilmişdir. Bundan bir müddət sonra X3 sədr müavini XXX onu çağıraraq hard diskdə aşkar olunan banka aid məlumatların hansı əsaslarla onda olduğunu soruşmuş, o da təxminən iki il əvvəl Plastik Kartlar Departamentinin müdiri XXXnın və müdir müavini XXXun göstərişi ilə iş kompüterində olan əməliyyat sisteminin surətini hard diskə köçürdüyünü, məlumatların bir surətini də XXXa verdiyini, əməliyyat sisteminin içərisində hansı məlumatların olduğunu bilmədiyini demişdir. Bundan sonra XXX həmin hard diski başqa nə zaman bankdan kənara çıxardığını soruşduqda, o işlədiyi vəzifənin xüsusiyyəti ilə əlaqdar olaraq bankomatların proqram təminatları da həmin hard diskdə olduğundan bankın işi ilə bağlı həmin hard diski hər zaman özüylə gəzdirdiyini bildirmişdi r. Bundan sonra 10 noyabr 2021-ci il tarixdə işdən azad olunmağı barədə əmr ona təqdim olunmuş, həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onunla bank arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində göstərilmişdir ki, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.Yuxarıda da qeyd etdiyi kimi onda olan banka məxsus hard diski tutduğu vəzifənin xüsusiyyətləri ilə əlaqdar bankın işi ilə bağlı hər zaman özüylə gəzdirmişdir. Həmin hard diskdə olan bankın müştərilərinə aid plastik kartların məlumatları yoxlanılarkən, həmin kartların bəzilərinin istifadə müddətinin çoxdan bitdiyi, aktiv olan kartlarla isə hər hansı qeyri-qanuni əməliyyatların aparılmadığı müəyyən olunmuşdur. Bir daha qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamış, banka aid olan kommmersiya sirri təşkil edən məlumatları hər hansı formada yaymamış, əmək fəaliyyəti nəticəsində işəgötürən hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasını əsaslandırarkən, hard diskdən heç bir məlumatın silinmədiyini və fayllarda heç bir problem olmadığına istinad etmiş və bildirmişdir ki, banka məxsus hard diski, tutduğu vəzifəsinin xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özü ilə gəzdirmişdir və bu səbəbdən, bağlanmış əmək müqaviləsind ə nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, habelə bank sirrinin pozulması üzrə öhdəliklərini pozmamışdır. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilə bilməz. Etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir. Bu məsələlərə aiddir. A) Bankda saxlanılan və Banka məxsus məlumatlar Bankın sahəsindən kənara çıxarılması qadağan edilmişdir, b) Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilmir, c) ümumi parolun başqa bir şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolun dəyişilməsi və bu barədə X1 üzrə İnzibatçısına məlumat verilməməsi üzrə öhdəliklərini yerinə yetirilməmişdir. Bankın işi üçün tələb olunmadığı halda elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatların Ba nkın sahəsindən kənara çıxarılmasının qadağan edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu qadağa pozulmuşdur. Bank qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.1 və 5.0.2-ci maddələrinə əsasən hüququ var ki, kommersiya sirrinin rejimini müəyyən etsin, habelə həmin sirlərdən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını müəyyən etsin və tətbiq etsin. İlk növbədə, iddiaçının kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı razılaşma olmadığı iddiasına cavab olaraq qeyd edilməlidir ki, tərəflər arasında 09 iyul 2020-ci il tarixində Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşma ("Razılaşma") imzalanmışdır. "Kommersiya sirri haqqında" Qanunun 10-cu maddəsi kommersiya sirr i rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinin ("Əmək Müqaviləsi") 7.4-cü bəndində, Razılaşmada və Davranış Kodeksində müəyyən etmişdir. Bildirilir ki, iddiaçının bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatları ilə yüklü edilmiş hard diski Bankdan kənara çıxarması həmin məlumatları cavabdehin nəzarətindən kənara çıxarması hesab olunur. Belə olduğu halda həmin məlumatların kənara çıxarılması cavabdehin həmin məlumatlar üzərindəki kommersiya sirri rejiminə əməl edilməsinə nəzarət edə bilməməsinə səbəb olur. Bu da cavabdehin Kommersiya sirri haqqında Qanunun 5-ci mad dəsində qeyd edilən hüquqlarının pozulması deməkdir. Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." Lakin iddiaçı öz iddia ərizəsində də qeyd etdiyi kimi, banka məxsus hard diski “hər zaman özü ilə gəzdirmişdir". İddiaçı bunu onunla əlaqələndirmişdir ki, bu, onun işinin xüsusiyyəti Hə əlaqədardır və buna hüququ vardır. Bununla əlaqədar qeyd edilir ki, Bank sirri və kommersiya sirri təşkil edən məlumatların hər bir halda bankda saxlanılması vacibdir. Bankın işi üçün tələb olunduğunu əsas gətirərək, işçinin müvafiq kommersiya sirri təşkil edən məlumatları özü ilə hər zaman gəzdirməsi isə aşkar surətdə kommersiya sirrinin po zuntusu sayılmalıdır. Eyni qaydada, İşçinin yalnız işinin xarakterini ümumi olaraq əsas gətirməklə müvafiq hard diski Bankdan kənara çıxarması da kommersiya sirri rejiminin, o cümlədən Əmək Müqaviləsinin 7.4-cü bəndinin pozuntusu deməkdir. Həmçinin, Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndi işçinin evdən işlədiyi vaxt kommersiya sirlərindən istifadə qaydalarını müəyyən etmişdir. Həmin bəndə əsasən işçilər müştərilərin şəxsi və məxfi məlumatlarını qanunvericiliyə müvafiq qaydada qorumalı və istifadə etməlidir. Bütün bunlardan isə aydın görünür ki, Bank heç bir zaman iddiaçıya bu kateqoriya məlumatları, xüsusilə də bank tərəfindən mühafizə altına alınmalı olan bu cür kommersiya sirlərini şəxsi və ya kənar elektron poçt ünvanına göndərməsinə, habelə Bankın nəzarətindən kənara hər hansı bir yolla çıxarılmasına icazə verməmişdir.İddiaçı isə bütün bu qaydaları pozmuş və kommersiya sirlərini Bankın nəzarətindən kənara çıxarmışdır. Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilməməsinə baxmayaraq iddiaçı tərəfindən bu qadağa pozulmuşdur. İddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, hard diski özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi səbəbindən aparmışdır. İlk növbədə qeyd edilir ki, iddiaçı iddia ərizəsinin əvvəlində, həmçinin izahatında hard diski özü ilə aparmasının səbəbi kimi, "özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi"ni, iddia ərizəsinin başqa bir yerində isə buna səbəb kimi, "onun işinin xüsusiyyət i ilə əlaqədar zərurət olduğu"nu qeyd etmişdir və bu özlüyündə ziddiyyət yaradır. İddiaçı 05 oktyabr 2018-ci il tarixində Bankın "İnformasiya Təhlükəsizliyi" Qaydalarını imza etməklə həmin Qaydaların ikinci bəndindən irəli gələrək "Banka məxsus informasiya aktivlərindən yalnız bankın biznes məqsədləri üçün istifadə etməsi"-nə dair vəzifəni öz öhdəliyinə götürmüşdür. Həmçinin, Davranış Kodeksinin "Şəxsi biznes fəaliyyəti və digər məşğulluq" bəndi işçinin iş vaxtı ərzində fəaliyyət qaydasını müəyyən etmişdir. Həmin bəndə əsasən işçi Bank üçün iş vaxtında hər hansı özəl iş yerinə yetirməməli və Bankın elektron rabitə alətlərindən şəxsi mənfəət üçün istifadə etməməlidir. Lakin, İddiaçı öz iddia ərizəsində Banka məxsus olan hard diskdən öz şəxsi məlumatlarının saxlaması və banka aid olmayan kom püter proqramlarını şəxsi kompüterinə köçürmək məqsədi ilə istifadə etdiyini qeyd etmişdir. Beləliklə, işçinin iş vaxtı ərzində Banka məxsus olan kompüterə Banka aid olmayan proqramların yüklənməsi, daha sonra Banka məxsus hard disk vasitəsi ilə kənara daşınaraq şəxsi kompüterinə köçürməsi açıq şəkildə qeyd olunan vəzifə öhdəliklərinin pozuntusu hesab olunur. 6. 12 noyabr 2021-ci il tarixli Aktla müəyyən olunur ki, kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan iddiaçı ona təqdim olunan İS20210000 saylı, 04 noyabr 2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir.

7. İş materiallarında olan 09 iyul 2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, Bank ilə iddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.

8. İş materiallarında olan izahatda iddiaçı qeyd edir ki, “D” diskində və xarici sərt diskin içində şəxsi xarakterli məlumatlar olduğundan, onlara parol qoyulmuşdur. “C” diskində həmçinin şəxsən tərəfindən, bankomatların tam diaqnostikası üçün köçürülmüş və bank təqdim etdiyi proqramların standart dəstinə daxil olunmamış proqramlar var. Sistem faylları “C” sistem diskin xassələrini dəyişmək cəhdi zamanı avtomatik silinmişlər. Xarici daşıyıcı şəxsi məlumatların surətə aldığına görə evdə idi. Xəstəxanadan sonra məzuniyyətdə olduğundan və tutduğu vəzifəni azad etmək istəyi haqqında yazılı bildirişə görə və nəticədə bu kompüterdən gələcək məqsədlərində istifadə etmək lazım olmadığından, kompüterin nasaz olduğu haqqında məlumat verməmişdir

9. Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2022-ci il tarixli e-2(004)-2193/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin olunmuşdur.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 11 oktyabr 2021-ci il tarixdə, saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır. İddiaçı bu halı izahatında onun işi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Lakin iddiaçının qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizlin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirm əməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış və cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışdığından, onun əmək funksiyalarının icrası ilə bağlı hard disk daima onun yanında olmuş, işlədiyi müddət ərzində buna qarşı hər – hansı irad bildirilməmişdir. Qeyd olunanları cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir. Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv ed ilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatlarının yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2, 70, 71.2, 72, 76.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2 və 41.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bank apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsinin 9cu səhifəsində qeyd etmişdir ki, “işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxl ama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz”. Belə bir yanaşma irəli sürməklə məhkəmə Kommersiya sirri haqqında Qanunun kommersiya sirrinin yayılması barədə 2.0.7-ci bəndinin tələblərini pozmuşdur. Hazırkı işdə də İddiaçı kommersiya sirlərinin olduğu hard diski Bankdan kənara çıxarmış və bununla da kommersiya sirrinin rejimini riayət olunması üzrə öhdəliklərini pozmuşdur. Belə ki, İddiaçı həm Əmək Müqaviləsinin 7.4-cü bəndini, həm də əməl etməyi üzərinə götürdüyü Davranış Kodeksinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, kommersiya sirrinin sahibi Bank, kommersiya sirrinin konfidenti isə İddiaçı olmalı idi. Lakin Kommersiya sirri haqqında Qanunun 2.0.5-ci bəndindən aydın olur ki, konfident hesab oluna bilməsi üçün İddiaçı həmin sirləri qanuni əsaslarla əldə etməli idi. Hazırkı işdə isə İddiaçı kommersiya sirlərini açıq-aşkar qeyri-qanuni üsullarla, yəni kommersiya sirrinin rejimini pozmaqla əldə etmişdir. Beləliklə, hazırkı məsələdə İddiaçının həmin kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə, İddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. Belə olan halda isə İddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla və həmin sirləri yayaraq əldə edən “başqa şəxs” hesab olunmalıdır. Bu isə o deməkdir ki, İddiaçı kommersiya sirrini yaymışdır. Məhkəmə öz qətnaməsində İddiaçının “xx.xx.2021-ci il tarixdə Banka məxsus hard diski şifrələməsini, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarmas ını işin mübahisəsiz halı” olaraq qiymətləndirmiş, bununla belə, bu halları “yayılma” faktı kimi yetərli hesab etməmiş, əlavə sübutların təqdim olunmasının zəruriliyini bildirmişdir. Həmçinin məhkəmə yuxarıdakı faktları “mübahisəsiz hallar” olaraq qeyd etsə də, bunu “əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək” kimi qiymətləndirməmişdir. Nəticə etibarilə, məhkəmə Kommersiya sirri haqqında Qanunun 2-ci və xüsusilə də 2.0.7-ci bəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığını qətnamədə qeyd etmişdir. Məhkəmə İddiaçının hərəkətləri nəticəsində Banka məxsus kommersiya sirlərinin yayılmadığını və buna görə də İddiaçının əmək müqaviləsinin ləğvinin Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbləri ödənmədiyi üçün əsassız olduğunu hesab etmişdir. Bu yanaşma heç bir halda qanuna müvafiq hesab edilə bilməz. Belə ki, kommersiya sirləri qeyri-maddi nemət hesab olunurlar. Şəxsin kommersiya sirləri ilə əlaqədar olaraq sahiblik etdiyi tək element həmin sirlər üzərindəki hüquqlarıdır. Kommersiya sirri üzrə bu hüquqlar yalnız kommersiya sirrinin sahibinə və müqavilə əsasında verilmiş konfidentə məxsusdur. Tərəflər arasındakı həmin müqavilə kommersiya sirrinin rejimini müəyyən edir. Bu rejimin, yəni kommersiya sirrinin rejimini müəyyən edən müqavilənin şərtlərinin pozulması birbaşa kommersiya sirrindən qanunsuz istifadə və kommersiya sirrinin sahibinin hüquqlarının pozulması hesab olunur. Hal-hazırda isə iddiaçı kommersiya sirri rejimini pozmuşdur. O, kommersiya sirlərini ehtiva edən hard diski Bankın nəzarətindən kənara çıxarmaqla Əmək Müqaviləsinin 7.4-cü bəndini və Dav ranış Kodeksinin tələblərini pozmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 6 iyul 2022-ci il tarixli, 2(103)-4715/2022 nömrəli qətnaməsi ilə (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2, 70, 71.2, 72, 76.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2 və 41.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 10, bənd “D”. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.

21. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

22. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Maddə 72, bənd “D”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

24. Maddə 199, bənd “E”. İşəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

25. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.

27. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

28. Maddə 967.3 Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehs al, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

30. Maddə 2.0.3. kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.

31. Maddə 2.0.4. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs;

32. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.

33. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

35. Maddə 41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.

36. Maddə 41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları ban kın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdı rılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

49. Belə ki, məhkəmələr iddianı təmin edərkən ona əsaslanmışlar ki, məhkəmə baxışı zamanı Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatlarının iddiaçı tərəfindən yayılması, məlumatın başqa şəxslərə açıqlanması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilmədiyi üçün iddiaçının işdən azad olunması qanunsuz olmuşdur.

50. Eyni zamanda məhkəmələr iddiaçının 11 oktyabr 2021-ci il tarixdə, saat 13:16da Banka məxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halı kimi qəbul etmişlər.

51. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki, “Bankın işi üçün tələb olunmadığı halda İş çi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz."

52. Tərəflər arasında bağlanmış 9 iyul 2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, Bank ilə iddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur.

54. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

55. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır.

56. Müştəri məlumatlarının sirri isə özlüyündə “kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri” ehtiva edir.

57. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu k ommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

58. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

59. Bank iddiaçı ilə əmək müqaviləsi bağlayarkən müqaviləyə 7.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ il ə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz."

60. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

61. Ona görə işə yenidən baxılarkən məhkəmə iddiaçının kommersiya sirri ilə bağlı əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini pozub-pozmaması halını toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməklə müəyyən etməlidir.

62. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbə r tutaraq məhkəmə kollegiyası Qərara aldı Cavabdehin kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4715/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar