Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5666/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna xitam verilməsi 02.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4375/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 26.12.2014-cü ildə kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən bank Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla 100000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Həmin kreditin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh arasında 25.12.2014-cü l tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh mülkyyətində olan Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyindən İddiaçı QSC borcun tutulması və tutmanın ipoteka predmetinə yönəld ilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 74/2018 saylı, 21 may 2018ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər X6, X5, Cavabdeh və X1 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən cəmi 130 753,94 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi, tutmanın Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, ev 1b ünvanındakı 3 otaqlı, 60 kv.m yaşayış sahəsi, 37.7 kv.m yardımçı sahəsi, 97.7 kv.m ümumi sahəsi olan 13 saylı mənzilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi qət edilmşdir. Qətnamə qanuni qüv vəsini almış və icraya yönəldilmişdir.
5. Bundan sonra keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil İddiaçı QSC-nin mülkiyyətinə keçmiş və ona 03.02.2020-ci il tarixli çıxarışın verilmişdir.
6. Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzil İddiaçı QSC-nin mülkiyyətinə keçsə də Cavabdehn hal-hazırda həmin mənzildə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, B akı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X3, Cavabdeh və X2 müştərək qaydada 130753.94 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, ev lb ünvanında, 13 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.09.2018ci il tarixli 2( 103)-9033/2018 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(102)- 1230/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan mənzil İ ddiaçı QSC-nin mülkiyyətindədir. Cavabdeh mənzildə bu günə kimi hələ də qeydiyyatdadır. Bununla da cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 09 fevral 2021-ci il tarixli, 2(011)-205/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzilindən istifadə hüququnun itirililməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, məhəllə 2316, 1b saylı evin, 13 saylı mənzili hazırda İddiaçı QSC-nin adına mülkiyyət hüququ ilə qeydiyyatda alındığından və hazırda mülkiyyətində olduğundan, Ca vabdeh hem bir hüquqi əsas olmadan həmin mənzildə qeydiyyatda qalması, iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cu, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 218.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4375/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və N.Cəfərov) cavabdeh X4 tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(011)-205/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret göstərməmişdir. Belə ki, apellyasiya şikayətində göstərdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü, lakin o, bu halların həqiqətən mövcudluğuna dair şikayətinə heç bir mötəbər dəlil əlavə etməmişdir. Göründüyü kimi, cavabdeh qətnamənin əsassızlığını və qanunsuzluğunu yalnız şəxsi mülahizəsindən irəli gələn fikir olaraq s öyləyir.
15. Bundan başqa cavabdeh mübahisə predmeti olan mənzili hər hansı bir problem olmadan iddiaçıya ona görə təhvil verməlidir ki, iddiaçı ipoteka predmeti olmuş həmin mənzili hərracın nəticələri olaraq əldə etmiş və hazırda da mülkiyyətindədir. Düzdür, cavabdeh bu halı, yəni hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu və buna görə də hərracın yekunlarına dair protokolu mübahisələndirdiyini göstərsə də, buna dair şikayətinə heç bir sübut əlavə etməmişdir. Çünki, bəyan etdiyinə dair sübut təqdim etmək və həmin halı sübut etmək yükü onun üzərinə düşürdü. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəm ənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdehin artıq başqasının mülkiyyətində olan mənzildə heç bir əlaqəsi olmamalıdır. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili izahat veərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb gös tərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
26. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
27. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14. 2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (maddə 81)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-4375/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.