Məhkəmə qərarları › İş №2(102)-5667/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5667/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5667/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5667/21 (Açar sözlər: evə köçürülmə, barışıq sazişinin təsdiqi, işə üzrə icraata xitam ) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(103)-1753/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3855/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakim M.Rüstəmli) Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti v ermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1753/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-385/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh kassasiya şikayəti (Vəkil) vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil göstərdi ki, iddiaçı ilə cavabdeh arasında razılıq əldə olunub, barışıq sazişi bağlanıb. Sazişə görə cavabdeh ümumilikdə iddiaçıya 4000 manat pul verir. Bunun 2000 manatını cavabdeh iddiaçıya 29 iyul 2021-ci il tarixdə notarial qaydada verib. Qalan 2000 manatı cavabdeh iddiaçıya məhkəmədə verməyi öz öhdəsinə götürür, bunun müqabilndə iddiaçı iddiadan imtina edir. Bu səbəbdən barışıq saziş inin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş edir. Barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona və təmsil etdiyi şəxsə aydındır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh da eyni məzmunlu izahat verdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı göstərdi ki, cavabdehlərlə razılıq əldə olunub. Cavabdehlə 4000 manata razılaşıb. Həmin məbləğin 2000 manatını cavabdeh verib, qalan 2000 manatını məhkəmədə verəcəyinə söz verib. Bu səbəbdən iddiadan itmina edir, bundan sonra cavabdehə qarşı belə bir tələbi olmayacaq. Barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçıya barışıq sazişi üzrə 2000 manatı təqdim etdi, iddiaçı həmin məbləği qəbul edərək, barışıq sazişinin arxasında müvafiq qeyd aparıb imzaladı. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: İddiaçı:

1. İddiadan imtina edir.

2. Gələcəkdə cavabdehə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi” ilə bağlı bu iddianın və bu iddia ilə bağlı hər hansı tələblərinin, eyni zamanda pul tələbinin irəli sürülməməsini öz öhdəsinə götürür. Cavabdeh:

1. Etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilə birlikdə verdiyi kassasiya şikayətindən imtina edir.

2. Bu barışıq sazişi imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən sonra İddiaçı ümu milikdə 4000 (dörd min) manat (29 iyul 2021-ci ildə notariat kontorunda verilmiş 2000 (iki min) manat nəzərə alınmaqla), məhkəmədə 2000 (iki min) manat məbləğində pul verməyi öz öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam ver ə bilər. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1753/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə t ərəfindən təsdiq edilməsi eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı:

1. İddiadan imtina edir.

2. Gələcəkdə cavabdehə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “1 May” Yaşayış Massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi” ilə bağlı bu iddianın və bu iddia ilə bağlı hər hansı tələblərinin, eyni zamanda pul tələbinin irəli sürülməməsini öz öhdəsinə götürür. Cavabdeh:

1. Etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilə birlikdə verdiyi kassasiya şikayətindən imtina edir.

2. Bu barışıq sazişi imzalandıqdan və məhkəmə qaydasında təsdiq edildikdən sonra İddiaçı ümumilikdə 4000 (dörd min) manat (29 iyul 2021-ci ildə notariat kontorunda verilmiş 2000 (iki min) manat nəzərə alınmaqla), məhkəmədə 2000 (iki min) manat məbləğində pul verməyi öz öhdəsinə götürür. İddiaçı İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1753/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar