Məhkəmə qərarları › İş №2(102)-5668/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5668/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5668/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 09.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X3, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1666/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 28 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmışdır. Birgə nikahdan iki övladları - 19 may 2016-cı il təvəllüdlü X4 və 09 sentyabr 2017-ci il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra bir müddət mübahisəli mənzildə yaşadığından ora qeydiyyata düşmüşdür. Daha sonra Cavabdeh xidməti işi ilə əlaqədar bir müddət X qalmışlar. Daha sonra aralarında münasibətlər pozulduğundan iddiaçı uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə məskunlaşmışdır. Mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşən mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X) qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və iki azyaşlı övladları – 19 may 2016- cı il təvəllüdlü X1 və 09 sentyabr 2017-ci il təvəllüdlü X2 məcburi köçkün kimi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmışdır. Birgə nikahdan iki övladları - 19 may 2016-cı il təvəllüdlü X4 və 09 sentyabr 2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olmuşdur. Lakin cavabdehlərin valideynlərinin ailələrinin şəxsi işinə qarışması nəticəsində ailə münasibətləri soyumağa başlamışdır. 2020-ci ilin yanvar ayının əvvəllərindən cavabdehdən ayrı yaşayır və müxtəlif ünvanlarda iki azyaşlı uşağı ilə birlikdə kirayədə qalır. 5 aya yaxındır ki, cavabdeh onların yaşayışları ilə maraqlanmır və kirayə pullarını ödəmir. Cavabdehlə aralarında olan nikah pozulmayıb. Hər iki uşağı tez-tez xəstələnir və müalicə alırlar. Lakin cavabdeh 5 aydır ki, ona və doğma uşaqlarına heç bir maddi köməklik etmir. Hətta məcburi köçkün ailəsi olduqları üçün çörək pullarını da alıb mənimsəyirlər. Cavabdeh Qusar rayonunda yerləşən sərhəd dəstəsində kapitan rütbəsində xidmət aparır. Zabit olsa da, ailəsinə və iki azyaşlı övladına heç bir qayğı göstərmir. Kirayə ev pulunu ödəyə bilmir, daimi yaşayış yerləri yoxdur. Mənzil vəziyyəti çox ağır və dözülməzdir. Hesab edir ki, onun, cavabdehin və iki azyaşlı uşağının məcburi köçkün kimi qeydiyyat yerləri ünvan 1 ünvanı olduğundan 19 may 2016-cı il təvəllüdlü X4 və 09 sentyabr 2017-ci il təvəllüdlü X5 ilə birlikdə o, məhkəmə qaydasında həmin ünvana köçüb yaşamalıdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(005)2232/2020 nömrəli (hakim V.Quliyev) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birgə nikahda olan tərəflər ünvan 1 ünvanında yerləşən mənzilə bərabər hüquqla qeydiyyatda olduğundan iddia təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 70, 91.1.6, 91.2, 107-ci, Mülki Prossesual Məcəllənin 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1666/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimnaov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları ilə birlikdə cavabdehlə eyni şərtlər ilə mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən yararlanmaq hüququ var. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar iddiaçının uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə mane olan hallar deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

14. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni dən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

17. Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəllə

19. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. (maddə 70)

20. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçi rən orqanın qərarı əsasında həyata keçirilir. (maddə 91.2)

21. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. (maddə 107) Mülki Prossesual Məcəllə

22. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

23. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

24. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

25. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır.

31. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1666/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar