Məhkəmə qərarları › İş №2(102)-5669/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5669/2021

19.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5669/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5669/21 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil və cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4059/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı “əmək müqaviləsinin ləğvinin qanunsuz hesab edilməsi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Bakı Peşə Məktəbi tərəfindən onun barəsində verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə 05 oktyabr 2020-ci il tarixli 64 nömrəli əmrin ləğv edilərək, onun böyük kitabxanaçı vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 oktyabr 2017-ci il tarixdə cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbi ilə onun arasında bağlanmış xxxxxxx000109 nömrəli əmək müqaviləsinə əsasən o böyük kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Əmək qanunveriliciliyinə əsasən işinə daim məsuliyyətli yanaşmış və daxili nizamintizama riayət etmişdir. Lakin bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra 05 oktyabr 2020-ci il tarixdə 64 nömrəli əmr əsasında onun ailə vəziyyəti nəzərə alınmadan işdən azad edilmişdir. Belə ki, müvafiq əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən işəgötürən əmək müqaviləsinin vaxtı bitdikdə işçinin iş fəaliyyətində hər hansı nöqsan olmadığı halda ailə vəziyyəti nəzərə alınmaqla əmək müqaviləsinin müddəti uzadılır. Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi zamanı, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilməlidir ki, cavabdeh təşkilat qeyd edilən halları nəzərə almadan əmək müqaviləsinin bitməsindən sui-isti fadə edərək vəzifəsi üzrə tam ixtisaslı olmağını nəzərə almadan onun əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. Qanunun şərhinə görə o tutduğu vəzifənin tam peşəkarıdır və bu barədə müvafiq sertifakı da vardır. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45ci və 47-ci maddələrində təsbit olunmuşdur. Həmin maddələrin analizi aşağıdakı nəticələrə gəlməyə imkan verir: Azərba ycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi müddətli əmək müqaviləsinin bağlanması imkanını nəzərdə tutur, lakin onun müddətinin 5 (beş) ildən artıq olmaması şərtini müəyyənləşdirir. Lakin cavabdeh təşkilat onunla əmək müqaviləsi bağlayarkən və həmin əmək müqaviləsini ləğv edərkən qanunun bu müddəalarını pozmuşdur. Müddətli əmək müqaviləsi bağlanan halda işçi və işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə müəyyənləşdirirlər. Qeyd edilməlidir ki, onun iki az yaşlı övladı vardır. Həyat yoldaşı da sözügedən cavabdeh təşkilatda işləyir, lakin əmək haqqı az olduğundan ailənin problemlərini (idarə edilməsi olduqca çətin olur) həll etmək az məvaciblə mümkün deyildir. Belə ki, cavabdeh onunla olan əmək müqaviləsini ləğv edərkən qeyd edilən halları nəzə rə almamış və onun hüquqlarını pozmuşdur. Bu barədə cavabdeh Peşə Təhsili Üzrə Dövlət Agentliyinə müraciət etsə də, müraciəti bu günə kimi cavabsız qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 fevral 2021-ci il tarixli, 2(005)-792/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 02 oktyabr 2017-ci il tarixdə 1 (bir) illik müddətli əmək müqaviləsinə əsasən 6 nömrəli Bakı Peşə Məktəbinə 0,5 ştat vahidi üzrə böyük kitabxanaçı vəzifəsinə qəbul edilmiş və 2 (iki) il ərzində bu vəzifə üzrə bir ildən bir müqavilə bağlanılmışdır. İddiaçı X2 təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil almışdır. Bir işçi olaraq təhsildə və tədrisdə keyfiyyətlilik, peşəkarlıq və yenilik prinsipinə uyğun olmadığından onunla müddətli əmək müqaviləsinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Müvafiq peşə məktəbi tərəfindən 1 (bir) ay öncədən ona yazılı xəbərdarlıq edilmişdir. Lakin İddiaçı yazılı məlumatı almaqdan imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 03 oktyabr 2020-ci il tarixində bitdiyindən və həmin gün qeyri-iş günü olduğundan 05 oktyabr 2020-ci il tarixində onunla bağlanılmış əmək müqaviləsinə (kontraktına) 05 oktyabr 2020-ci il tarixli 64 nömrəli əmr ilə xitam verilmişdir. Növbəti əmək müqaviləsinin bağlanması bilavasitə işəgötü rənin səlahiyyətləri çərçivəsində oluğdundan qeyd edilən əmək müqaviləsi iddiaçı şəxs ilə bağlanmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 35.4-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 45, 47, 68, 73-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmi lova, İlham Kərimli) 16 aprel 2021-ci il tarixli, 2(103)-4059/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbində böyük kitabxanaçı vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin 05.10.2020-ci il tarixli, 64 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsinə görə ləğv edilib. Müəyyən olunur ki, həqiqətən də iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olub, müqavilənin müddəti 03.10.2020-ci il tarixdə bitib, həmi n gün və ondan sonrakı gün qeyri-iş günü olduğundan 05.10.2020-ci il tarixdə işəgötürənin əmri ilə əmək müqaviləsinə xitam verilməsi əmr edilib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil Əlifafağa qızı) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bundan əlavə olaraq, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin halları müəyyən edilmişdir. Buradan göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinə zidd olaraq içşinin vəzifəsinin daimi olmağını nəzərə almadan işçi ilə əmək müqaviləsi bağlamışdır. Məhkəmə mübahisəyə baxdığı zaman müvafiq müqavilənin qanunauyğun olduğunu ilkin olaraq müəyyən et məlidir. Əmək Məcəlləsinə əsasən işgötürən iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamalı idi. Apelyasiya məhkəmə pozulmuş hüququ araşdırarkən müqavilənin ləğv edilməsi məsələsini araşdırmışdır. Nəticədə vətəndaşın ən önəmli olan əmək hüquqları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh 6 nömrəli Bakı Peşə Məktəbinin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 68.1. Əmək müqaviləsinə ya lnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2a. Əmək müqaviləsinni müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə

73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsasladırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bitdikdən sonra müddətin bitməsindən bir həftə keçməmiş əmək müqaviləsinni müddətinin qurtarması əsası ilə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Tələbində iddiaçı əmək müqaviləsinin ləğv edilməsinin əsassız olmasını, onun ailə vəziyyətinin nəzərə alınmadığını göstərmiş olsa da, kasasiya şikayətində onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı olmasını göstərmiş və bu dəlillə kasasiya şikayətini əsaslandırmışdır. Bu xüsusatın özü də kasasiya şikayətinin formal tərtib edildiyinin təsdiqidir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiy asının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-4059/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar