Məhkəmə qərarları › İş №2(102)-567/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-567/2019

11.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-567/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Ərizəçi vəkili Abdullayev Ehtibar Vaqif oğlunun, maraqlı şəxs YYYnin vəkili X2 iştirakı ilə, Ərizəçi “işləmək hüquqi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-2211/2018 nömrəli qətnaməsindən Ərizəçi və vəkili Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və tələbin dəqiqləşdirilməsi barədə ərizələr ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək onun sosial sığorta stajına daxil edilməsi üçün 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən 1998-ci ilə qədər Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləmişdir. Buna baxmayaraq onun işləməsi barədə əmək kitabçasında qeyd olunmamışdır. O, Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri ) zavodunda gözətçi işləməsi barədə Ucar rayon dövlət arxivinə müraciət etmiş, lakin həmin zavoda aid olan sənədlərin arxivə təhvil verilməməsi 26 fevral 2018-ci il tarixli, 28 nömrəli arayışda da öz əksini tapmışdır. Onun işləməsini qonşuları və onunla işləyən iş yoldaşları təsdiq edə bilərlər. Göstərilən səbəbdən hazırda ona pensiya təyin edilməsi üçün işlədiyi müddətlərin sosial sığorta stajına hesablanması mümkün deyildir. Buna görə də, həmin müddətlərin sosial sığorta stajına hesablanması üçün məhkəmə qətnaməsi tələb olunur. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 20 iyun 2018-ci il tarixli 2(063)506/2018 nömrəli qətnaməsi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Ərizəçi sosial sığorta stajına daxil edilməsi üçün 1992-1998ci illərd ə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməklə sosial sığorta stajına malik olması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən məruzəçi Gündüz Abbasov hakimlər Rövşən Rəfiyev, Elçin Hüseynov) 12.09.2018-ci il tarixli 2(107)-2211/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs YYY tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(063)-506/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılaraq Ərizəçi sosial sığorta stajına daxil edilməsi üçün 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməklə sosial sığorta stajına malik olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. Ərizəçi və vəkili Abdullayev Ehtibar Vaqif oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(107)-2211/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından və şahid ifadələrindən tam təsdiq olunur ki, ərizəçi həqiqətən də 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi peşəsində işləmiş, həmin işə düzələn vaxt əmək kitabçasını tapa bilmədiyindən zavoda təqdim edə bilməmiş, Ucar metal və ağac emalı məmulatları istehsalı zavodu bağlandıqdan və onun bazasında başqa müəssisə yarandıqdan bir müddət sonra əmək kitabçasını taparaq həmin müəssisəyə təqdim etmiş, lakin həmin müəssisə əmək kitabçasının 1992-ci ildə Ucar metal və ağac emalı məmulatları istehsalı zavodunun rəhbərliyi tərəfindən doldurulmasını əsas göstərməklə əmək kitabçasını qəbul etməkdən və orada qeydlərin aparılmasından imtina etmişdir. Prosessual məsələlər Ərizəçinin vəkili Abdullayev Ehtibar Vaqif oğlu kassasiya şikayətini müdafiə edərək şikayətin dəlilərinə uyğun izahat vermişdir. Maraqlı şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin 12.09.2018-ci il tarixli 2 (107)-2211/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Ərizəçi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş. Lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi ərizəçinin apellyasiya şikayətini təmin etməyib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Ucar Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 28 nömrəli, 26 fevral 2018-ci il tarixli arxiv arayışına əsasən Ucar metal və dirlik alətləri zavodunun 1992-1998-ci illərə dair arayış xarakterli (əmr kitabları, əmək haqqı) sənədləri arxivdə saxlanılmır. DSMF-in Ucar rayon şöbəsinin ərizəçiyə ünvanladığı 70/81 nömrəli, 25 aprel 2018-ci il tarixli məktuba əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sən ədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ərizəçinin 1992-1998-ci illərdə Ucar metal və dirlik alətləri zavodunda işləməsi əmək kitabçasında qeyd olunmamışdır. Həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün ona mülki qaydada məhkəməyə müraciət etməsi təklif edilmişdir. DSMF-in Ucar rayon şöbəsinin 70/1832 nömrəli, 20 iyun 2018-ci il tarixli məktubuna əsasən şöbədə qeydiyyatda olmuş Ucar metal ağac emalı zavodu 1994-cü ildə 1 il, 1995ci ildə 1 il, 1996-cı ildə 1 il, 1997-ci ildə 1 il, 1998-ci ildə 9 ay, 1999-cu ildə 4 ay, 2000-ci ildə 3 ay, 2001-ci ildə 6 ay, 2002-ci ild ə isə 4 ay şöbəyə B1 hesabatlarını təqdim etmişdir. Ərizəçi məxsus AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən onun müəyyən yerlərdə işləməsi həmin əmək kitabçasında öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, ərizəçi 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işlədiyini iddia edir. Lakin iş materialları ilə onun 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməsi öz təsdiqini tapmır. Belə ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Ərizəçinin də AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçası vardır, həmin əmək kitabçası 1985-ci i ldən doldurulmağa başlanmış, müəyyən müəssisələrdə işləməsi həmin əmək kitabçasında ardıcıl və müfəssəl olaraq qeyd edilmişdir. Ərizəçinin sonuncu iş yerindən ərizəsinə əsasən işdən azad olunması da 29.08.1991-ci il tarixi ilə yazılmışdır. Belə olan halda, onun 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işlədiyi halda, bunun mövcud olan əmək kitabçasına qeyd edilməməsi ağlabatan deyildir. Ərizəçi məhkəmə iclasında Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda işə daxil olan vaxt əmək kitabçasını tapa bilmədiyindən Zavoda təqdim edə bilmədiyini, sonradan əmək kitabçasının tapıldığını, lakin 1992-1998-ci illərdə zavodda gözətçi işləməsinin əlavə edilməsi üçün əmək kitabçasını səhlənkarlığı ucbatından Zavoda təqdim etmədiyini göstərmiş, məhkəmə kollegiyası ərizəçinin həmin izahını da ağlabatan və inandırıcı hesab etməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsimaraqlı şəxs DSMF-nin Ucar rayon şöbəsinin nümayəndəsi X5 metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunun bağlandığını, onun mövcud olduğu ərazi və inzibati binada (bazasında) başqa müəssisənin yaradıldığına dair izahatını nəzərə alaraq qeyd etmişdir ki, əgər həmin müəssisənin bazasında başqa bir müəssisə yaradılıbsa, deməli yeni yaranmış müəssisənin Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunun hüquqi varisi olması ehtimal oluna bilər. Belə olan halda iddiaçı 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları isteh salı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməsini təsdiq etmək üçün özünə məxsus olan əmək kitabçasını yeni yaradılmış müəssisəyə təqdim edə bilər və ya həmin müəssisədən sözügedən zavodda vaxtilə işləməsi barədə sənədlər əldə etmək imkanından yararlana bilər. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən iki nəfər şahidin ifadələrini əsaslanmaqla ərizəni təmin etməsini düzgün hesab etməmiş və yuxarıda göstərilənlərə əsasən ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həm in Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Lakin ərizəçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda işə daxil olan vaxt əmək kitabçasını tapa bilmədiyindən Zavoda təqdim edə bilmədiyini, sonradan əmək kitabçasının tapıldığını, lakin 1992-1998-ci illərdə zavodda gözətçi işləməsinin əlavə edilməsi üçün əmək kitabçasını səhlənkarlığı ucbatından Zavoda təqdim etməmişdir. Bu isə adı çəkilən qaydaların 3.2-ci bəndində əks olunmuş üzrlü hal hesab edilə bilməz. Eyni zamanda, iş üzrə müəyyən edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədi başqa qaydada, yəni Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunun hüquqi varisi olan təşkilata müraciət etməklə, əldə etmək mümkündür. Bu hallar isə, 1992-1998-ci illərdə Ucar metal və ağac emalı məmulatları istehsalı (Ucar metal və dirlik alətləri) zavodunda gözətçi işləməsi faktının müəyyən edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə yol vermir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gələrkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız dır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)-2211/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbu l edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar