Məhkəmə qərarları › İş №2(102)-567/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-567/2021

12.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, X1, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7na qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdehlər Cavabdeh6, Cavabdeh7 nun, Cavabdeh1, sonuncunun və digər cavabdehlər Cavabdeh9, Cavabdeh5 və Cavabdeh7 vəkili X6 o ğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1607/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İmişli rayonu Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli 7 saylı qərarı ilə, 01 may 2004-cü il tarixli 25 saylı müqavilə əsasən həmin bələdiyyənin ərazisində olan 40,0 hektar örüş torpaq sahəsi 45 il müddətinə İddiaçı icarəsinə verilmişdir. 01 may 2004-cü il tarixli 25 nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi məqsədli təyinatı üzrə istifadə olunması üçün 45 il müddətə İddiaçı icarəsinə verilmiş, hər il üçün 800 manat icarə haqqı müəyyən edilmişdir. İddiaçı icarəsində olan 40 ha otlaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh9, X4, Cavabdeh4, X5, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tərəfindən zəbt olunaraq qanunsuz istifadə olunmağa başlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, İddiaçı adına hər-hansı bir torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, X1, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7na qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən 40 hektar icarəsində olan örüş-otlaq sahəsindən çıxarılmaları və vurduqları maddi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun və məhkəmə xərclərinin müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qulubəyli kəndində yaşayır və İmişli rayonu Qulubəyli bələdiyyəsinin 11 aprel 2004-cü il tar ixli 7 saylı qərarı ilə, 01 may 2004-cü il tarixli 25 saylı müqavilə əsasında 40,0 ha örüş torpaq sahəsini 45 il müddətə icarəyə götürmüşdür. Lakin həmkəndliləri Cavabdeh1, Cavabdeh9, X4, Cavabdeh4, X5, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 örüş otlaq sahəsini vaxtaşırı olaraq öz heyvanlarını salıb otarır, otu məhv edirlər. 2019-cu ildə də bu vəziyyət davam etmişdir. Bununla cavabdehlər ona 5.000 manat məbləğində maddi ziyan vurmuşlar. Bu barədə yerli orqanlara, İmişli rayon Aqrar İnkişaf Mərkəzinə məlumat vermiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Örüşünün məhv olması üzündən heyvanlarını həmin sahədə otara bilmir, ot almaqla əlavə xərcə düşür. Cavabdehlər iddiaya etiraz edərək bildirmişdirlər ki, İmişli rayonunun Qulubəyli kəndində yaşayır və fərdi təsərrüfatında mal-qara saxl ayırlar. Əvvəl mal-qaralarını başqa kəndin ərazisində otarmışlar. Yaşadıqları İmişli rayonunun Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan örüş yerlərinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin uzunmüdətli icarəsinə verilməsi səbəbindən şəxsi təsərrüfatlarda saxlanılan heyvanların otarılmasında çətinliklər yaranmış və səksən iki nəfərin imzası ilə İmişli rayonunun əvvəlki İcra başçısına edilən müraciətlərdən sonra örüş sahələri bələdiyyə mülkiyyətinə qaytarılaraq camaatın istifadəsinə verilmişdir. Keçmiş icra başçısı onlara demişdir ki, “bələdiyyənin bütün icarə müqavilələri ləğv olunacaq, gedin mal-qaranızı həmin örüşlərdə otarın”. Bundan sonra onlar İddiaçı icarəsində olan torpaq sahəsində mal-qaralarını otarmağa başlamışlar. Onlar İddiaçı icarəsində olan torpaq sahəsini özbaşına otarmayıbl ar. İmişli rayonunun Qulubəyli bələdiyyəsinin 40,0 ha örüş ərazisinin 45 il müddətə icarəyə verilməsi haqqında İddiaçı ilə bağladığı 01 may 2004-cü il tarixli 25 saylı müqavilə qanunaziddir. Onlar həmin müqavilənin ləğv edilməsi barədə bələdiyyəyə müraciət etdikdə bələdiyyə sədri də müqavilənin ləğv olunduğunu demişdir. Lakin onlar özləri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyiblər. Hazırda İmişli rayonunun Qulubəyli bələdiyyəsinin İddiaçı ilə bağladığı 01 may 2004-cü il tarixli 25 saylı müqavilənin ləğv olunduğunu güman edirlər. İmişli Rayon Məhkəməsinin 2(036)-2652/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, X1, Cavabdeh4, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 na qarşı “torpaq sahəsind ən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2, 47.3, 47.6, 56.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 706.2, 337.1, 337.3, 239.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının cavabdehlərin İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən 40 hektar torpaq sahələrindən çıxarılmalarını tələb etməsi haqlı deyildir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə İmişli Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən İmişli rayonu Qulubəyli bələdiyyəsi mübahisə predm eti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov və Nüsrət Mirzəyev) 2(106)-1607/2020 saylı, 21 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2652/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh9, X4, Cavabdeh4, X5, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 na qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” id diası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh9, X4, Cavabdeh4, X5, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 nun İmişli rayonu Qulubəyli bələdiyyəsi ilə bağlanmış 01 may 2004-cü il tarixli 25 saylı icarə müqaviləsinə əsasən 45 il müddətinə İddiaçı icarəsinə verilmiş, İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən 40 hektar örüş-otlaq torpaq sahəsindən çıxarılmaları, qətnamə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən maddi ziyanın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq mülki iş materiallarını tədqiq edərək aşağıdakı sübutları müəyyən etmişdir: 01 may 2004-cü il tarixli 25 nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Qulubəyli b ələdiyyəsinin 11 aprel 2004-cü il tarixli, 07 saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi məqsədli təyinatı üzrə istifadə olunması üçün 45 il müddətə İddiaçı icarəsinə verilmiş, hər il üçün 800 manat icarə haqqı müəyyən edilmişdir. İş materiallarında olan, 01 may 2004-cü il tarixli 25 nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikası DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmiş planın və 05 oktyabr 2004-cü il tarixli Aktın surətindən görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan əlavə edilmiş planda yeri təyin olunmuş 40,0 ha örüş torpaq sahəsi yerində ölçülərək İddiaçı təhvil verilmişdir. İş materiallarında olan, İmişli rayonu Qulubəyli bələ diyyəsinin 01 iyul 2020-ci il tarixli 01 saylı arayışından görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin Qulubəyli kənd sakini İddiaçı Qulubəyli bələdiyyəsi ilə 01 may 2004-cü il tarixdə bağladığı torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi hal-hazırdaki vaxta qədər qüvvədədir. Qulubəyli kənd sakini İddiaçı verilmiş 40,0 ha torpaq sahəsi örüş kimi 45 il müddətinə istifadəsinə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli, **********61 saylı məktubundan görünür ki, İddiaçı adına hər-hansı bir torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barə də məlumat aşkarlanmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı icarəsində olan 40 ha otlaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh9, X4, Cavabdeh4, X5, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tərəfindən zəbt olunaraq qanunsuz istifadə olunmağa başlanmışdır. İddiaçıla İmişli rayonu Qulubəyli bələdiyyəsi arasında 40,0 hektar örüş torpaq sahəsinin 45 il müddətinə iddiaçıya icarəyə verilməsi barədə 01 may 2004-cü il tarixli 25 saylı müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyatdan keçməsə də, hazırda qüvvədə olmaqla ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Cavabdehlərin isə qeyd olunan torpaq sahəsindən istifadəyə hər hansı hüquqları yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddia ərizəsində də iddiaçıya cavabdehlər tərəfindən 5.000 manat ziyan vurulması qeyd olunsa da, iddiaçı və onun nümayəndəsi apellyasiya məhkəməsinin iclasında verdikləri izahatlarında cavabdehlərdən zərəri tələb etmədiklərini, yalnız cavabdehlərin torpaqdan çıxarılmalarını xahiş etdiklərindən, iddia qismən təmin edilməli, cavabdehlər iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmalı, qətnamə zərər tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 16.3, 47.2, 66.1, 66.2, 67,.4, 68, 84.1, 84.3, 84.6, 111.1, 111.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 159, 164.1, 164.2, 238.1, 238.3, 239.1, 239.2-ci maddələrinə və İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Qərarlarına istinadla əsaslandırmışdır. Cavabdeh9 kassasiya şika yəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21.07.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri mübahisəyə düzgün hüquqi qiymət verməmiş və mübahisəli məsələləri ətraflı araşdırmadan İddiaçı mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə çəkişməsi ədalətlə aparılmamış və cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar qiymətləndirilməmişdir. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Hakimlər mühü m əhəmiyyəti olan bütün faktiki halları tam araşdırmayaraq, yekun nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator Cavabdeh9 və digər cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 vəkili X6 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxslərin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərd ar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 16.3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə”qanunvericiliklə müəyyən edilmiş qaydada”hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyət ə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qa nunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh9 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. A pellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, mübahisəli torpaq sahəsi Bələdiyyənin qərarı və onun əsasında bağlanmış icarə müqaviləsi əsasında iddiaçının qanuni istifadəsindədir. İddiaçı müqavilə əsasında ona məxsus olan sahiblik və istifadə hüququndan istifadə edərək, onun icarəsində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edə, qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Kassasiya şikayətinin örüş sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması və Bələdiyyə tərəfindən qanunsuz olaraq uzunmüddətli icarəyə verilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər Bələdiyyə qərarının və icarə müqaviləsinin qanuniliyi barədə iddia çərçivəsində araşdırıla bilər. Bələdiyyə qərarı və icarə müqaviləsi qüvvədə olduğundan iddiaçının torpaq sahəsinə sahibliyinin qanunsuz olması qənatinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cava bdeh9 qarşı iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1607/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi iddianın Cavabdeh9 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar