Məhkəmə qərarları › İş №2(102)-567/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-567/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X16, X29, X26, X27 və X8 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Borc müqaviləsinə əsasən pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və X30 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2635/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X16, X29, X26, X27 və X17 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 26 may 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı qızından 4000 manat pul almışdır. 27 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı qızından 5200 manat pul almışdır. 28 may 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı qızından 3000 manat pul almışdır. 25 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Şahbazov Zabit Dursun oğlu İddiaçı qızından 5000 manat pul almışdır. 27 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən X1 qızından 10000 manat pul almışdır. 29 fevral 2020-ci il tarixli müqaviləyə əsasən X3 qızından 4000 manat pul almışdır. 08 may 2020-ci il tarixli müqaviləyə əsasən X2 qızından 3000 manat pul almışdır. 07 iyun 2020-ci il tarixli müqaviləyə əsasən X36 oğlu İddiaçı qızından 5000 manat pul almışdır. 14 iyul 2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı qızından 5000 manat pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı qızı cavabdehlər Cavabdeh1, u və Cavabdeh3 qızına qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonunculardan 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı cavabdehlər və na qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonunculardan 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı cavabdehlər Şahbazov İsrayıl Tofiq oğlu və Əliyev Mehman Teyib oğluna qarşı rayon məhkəməsinə verd iyi iddia ərizəsində sonunculardan 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı cavabdehlər Cavabdeh1 və X18 qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonunculardan 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı cavabdehlət Cavabdeh1 və qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonunculardan 4000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı cavabdeh və na qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonunculardan 10000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd iaçı cavabdeh na qarşı rayon məhkəməsinə verdiyi iddia ərizəsində sonuncudan 14200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə bütün iddialar bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı qızı bildirmişdir ki, Cavabdeh1 onun uzaq qohumudur. 26 may 2018-ci ildə İsrayıl onlara gələrək ferma yaratmaq üçün ona pul lazım olduğunu demişdir. Hər ehtimala görə onunla müqavilə bağlamış və 4000 manat pul vermişdir. İsrayıl 6 ay müddətinə pulu qaytaracağını demişdir. Həmçinin İsrayıl pulu qaytaranda üzərində ona hədiyyə verəcəyini də bildirmişdir. 27 noyabr 2018ci ildə İsrayıl yenə onlara gələrək heyvan və ot almaq məqsədi ilə eyni qayda və e yni şərtlərlə 5200 manat pul almışdır. 28 may 2019-cu ildə İsrayıl atası Tofiq, anası Əntiqə xanım onlara gələrək toy etmək məqsədi ilə ondan 3000 manat pul almışlar. Eyni qaydada müqavilə bağlamış və imza etdirdikdən sonra pulu vermişdir. Sonuncular pulu toydan sonra qaytaracağını demişlər, lakin toydan sonra pul yığılmadığını deyərək verməmişlər. 14 iyul 2019-cu ildə İsrayıl yenə onlara gələrək atasının xəstə olduğunu və onu həkimə aparmaq üçün 5000 manat pul lazım olduğunu demişdir. Həmin pulu verərək onunla yenə müqavilə bağlamışdır. 25 sentyabr 2019-cu ildə İsrayıl Zabitlə onlara gələrək özü zamin qalmış və Zabit üçün 5000 manat pul istəmiş və həmin məbləğdə olan pulu onlara verərək müqavilə bağlamış və imza etdirmişdir. Eyni qaydada və eyni şərtlərlə 27 yanvar 2020-ci ildə Elivnə 1 0000 manat, 29.02.2020-ci ildə Vüqara 4000 manat, 08.05.2020-ci ildə Elsevərə 3000 manat, 07.06.2020-ci ildə Mehmana 5000 manat pul vermişdir. Həmin şəxslər və İsrayılla müqavilə bağlayaraq pulu vermişdir. İsrayıl onlara zamin qalmış və sonuncuların ona yaxın və qohum olduğunu demişdir. İsrayıl və digər şəxslər ondan aldıqları puldan heç bir məbləğ qaytarmamış, İsrayılın atasına məxsus olan pensiya kartı ona verilməmiş, sonuncunun bu barədə dedikləri doğru deyildir. Məhkəməyə təqdim etdiyi müqavilələri qarşı tərəf özləri imza etmişlər. Birinci instansiya məhkəməsində cavabdeh qismində izahat verən Cavabdeh1 Tofiq oğlu bildirmişdir ki, verilmiş iddiaların heç birini qəbul etmir. 2016-ci ilin sentyabr ayında Əliyevadan 1000 manat pulu 10 faizə almış və atasına məxsus pensiya kartını ona verm işdir. Atası “Kapital Bank” ASC-dən həmin vaxt 200 manatdan çox pensiya almış, lakin sonradan pensiyası artmışdır. Kartı yə verərkən sonuncu hər ay kartdan 100 manat faiz kimi pul çıxaracağını, qalan pulu isə qaytaracağını demişdir. Oktyabr ayında pulun qalan məbləğini istəyəndə verməkdən imtina etmişdir. Bu qayda ilə kart də 03.02.2021-ci ilə kimi qalmış və hər ay pul çıxarmışdır. 2017-ci ilin iyul ayının 25-də yə zəng edərək 500 manrat pul lazım olduğunu demişdir. həmin 500 manrat pulu ona 10 faizə vermişdir. 25 sentyabr 2019-cu ildə Zabitlə nin evinə getmiş və Zabit dən 2000 manat pul 10 faizə almışdır. Özü də zamin qalmış və bu barədə kağıza imza etmişlər. Amma 5000 manat olmamış, ona təqdim olunmuş 5000 manat pul alması barədə kağızda imza və yazı ona məxsus deyildir. Zabit pul götürə ndən sonra ona vermişdir. Hər ay həmin pula görə faiz kimi 200 manat pulu dekabr 2020-ci ilə kimi yə vermişdir. Eyni qaydada 27.01.2020-ci ildə Elsevərlə gedib 2000 manat, 29.02.2020-ci ildə Vüqarla gedib 2000 manat, 08.05.2020-ci ildə Elsevərlə gedib 1500 manat, 07.06.2020-ci ildə isə Mehmanla gedib 2000 manat pul almışlar. Həmin pullara görə özü zamin qalmış, sonuncuların adına yazılmış pulları özü alaraq istifadə etmişdir. Ona təqdim olunmuş müqavilələrdəki imzalar və imza qarşısındakı yazılar ona məxsus deyil, istər özü və istərsə onunla birlikdə dən pul götürən şəxslərin heç biri nin təqdim etdiyi müqavilələrdəki imza və yazıları həmin şəxslər icra etməmişlər. Bütün bunlara baxmayaraq ekspertiza üçün imza və yazı nümunələrini verməkdən imtina edir. onun atasına məxsus olan kartdan uzu n müddət pul çıxarmış, həmin pulların hesablanaraq, nəticədə nin ona borclu olması müəyyən olunacaqdır. Birinci instansiya məhkəməsində izahat verən digər Cavabdeh2 oğlu bildirmişdir ki, oğlu 2016-cı ildə dən 1000 manat pulu 10 faizə almışdır. Ona görə də "xxxx" dan aldığı pensiya kartını ona vermişdir. Pensiyası 200 manatdan çox olmuş və həmin kartdan 2021-ci ilin fevral ayına kimi istifadə etmişdir. həmin kartdan hansı məbləğdə pul çıxarması barədə məlumatı yoxdur. həmçinin oğluna ayda 10 faiz pul ödəmək şərti ilə 500 manat pul da vermişdir. İstər özü, istərsə oğlu və arvadı dən başqa pul almamışlar. Eyni zamanda 2000 manat, Elsevərin isə 1500 manat pul dən götürüb İsrayıla verdiyini bilir. İsrayılın yə 1500-2000 manat arası borcu qalar, bankomatdan onun adından çıxartdığı pullar çıxılma qla ilə hesablaşmağa hazırdırlar. Ona görə də verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh3 qızı əri Cavabdeh2 oğlunun dediklərini bir daha təsdiqləmişdir. Birinci instansiya məhkəməsində cavabdeh qismində izahat verən bildirmişdir ki, 08 may 2020-ci ildə İsrayılla olan razılağa əsasən birlikdə nin yanına getmiş,nin tərtib etdiyi sənədə imza edərək ondan 10 faiz pul ödəməklə 1500 manat pul alaraq İslrayıla vermişdir.İsrayıl həmin pulları özü qaytaracağını demişdir. Aralarında tərtib olunmuş müqavilədə 3000 manat yazılmasının səbəbini bilmir.İsrayıl 2021-ci ilin fevral ayına kimi öz cibindən faiz ödəmişdir.İsrayılın hansı məbləğdə borclu qalması barədə məlumatı yoxdur, ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. Birinc i instansiya məhkəməsində cavabdeh qismində izahat verən bildirmişdir ki, 07 iyun 2020-ci ildə İsrayılla olan razılağa əsasən birlikdə nin yanına getmiş, nin tərtib etdiyi sənədə imza edərək ondan 10 faiz pul ödəməklə 2000 manat pul alaraq İslrayıla vermişdir. İsrayıl həmin pulları özü qaytaracağını bildirmişdir. Aralarında tərtib olunmuş müqavilədə 5000 manat yazılmasının səbəbini bilmir.İsrayıl 1400 manat qaytardığını, 600 manat isə qaldığını ona demişdir.Əsas borc ödənilməmiş qalmışdır. İsrayıla görə pulu alıb ona vermişdir. Birinci instansiya məhkəməsində cavabdeh qismində izahat verən X35 oğlu bildirmişdir ki, 29 fevral 2020-ci ildə İsrayılla olan razılağa əsasən birlikdə nin yanına getmiş,nin tərtib etdiyi sənədə imza edərək ondan 10 faiz pul ödəməklə 2000 manat pul alaraq İslrayıla vermişdir. İsrayıl hər ay birbişia yə faiz pulu kimi 200 manat vermişdir.Əsas borc 2000 manat isə ödənilməmiş qalmışdır. Aralarında bağlanmış müqavilədə nin 4000 manat yazmasına baxmayaraq onlara 2000 manat vermişdir. Səbəbini soruşduqda sonuncu girov üçün ona heç nəyin verilmədiyindən 4000 manat yazdığını bildirmiş, 2000 manat pulu qaytardıqdan sonra müqaviləni cırıb tullayacağını demişdir. Pulun ödənildiyini hesab edərək iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh qismində izahat verən X31 oğlu bildirmişdir ki, 27 yanvar 2020-ci ildə İsrayılla olan razılağa əsasən birlikdə nin yanına getmiş,S əbirənin tərtib etdiyi sənədə imza edərək ondan 10 faiz pul ödəməklə 2000 manat pul alaraq İslrayıla vermişdir. İsrayıl hər ay birbişia yə faiz pulu kimi 200 ma nat vermişdir. Aralarında bağlanmış müqavilədə 10000 manat yazmasına baxmayaraq onlara 2000 manat vermişdir. Səbəbini soruşduqda sonuncu girov üçün ona heç nəyin verilmədiyini və həmin səbəbdən 10000 manat yazdığını bildirmiş, 2000 manat pulu qaytardıqdan sonra müqaviləni cırıb tullayacağını demişdir. nin dedikləri doğru olmadığı üçün iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh qismində izahat verən X34 oğlu bildirmişdir ki, 25 sentyabr 2020-ci ildə İsrayılla birlikdə nin yanına getmiş,nin tərtib etdiyi sənədə imza edərək ondan 10 faiz pul ödəməklə 2000 manat pul alaraq İslrayıla vermişdir. İsrayıl hər ay birbişia yə faiz pulu kimi 200 manat vermişdir. Aralarında bağlanmış müqavilədə 4000 manat yazmasına baxmayaraq onlara 2000 manat vermişdir.Səbəbini soruşduqda sonuncu girov üçün ona heç nəyin verilmədiyini və həmin səbəbdən 4000 manat yazdığını bildirmiş, 2000 manat pulu qaytardıqdan sonra müqaviləni cırıb tullayacağını demişdir. Lakin hazırda müqavilədə isə 5000 manat yazıldığını görür. yə verilmiş faizlərin əsas borca hesablandığını qeyd edərək verilmiş iddianın rədd olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (hakim Ağarza Səmədov) 2 (057)-426/2021 nömrəli 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi Cavabdeh2 və Cavabdeh3 qızına qarşı rədd, Cavabdeh1 oğluna qarşı hissədə isə qismən, digər cavabdehlərə qarşı olan hissədə isə təmin edilmiş, və oğlundan müştərək qaydada 3000 manat, Cavabdeh1 və X36 oğlundan müştərək qaydada 5000 manat, və X9 müştərək qaydada 5000 manat, oğlundan müştərək qaydada 4000 manat, və ndan m üştərək qaydada 10.000 manat, ndan 13642 manat alınıb Əliyeva qızına verilməsi, cavabdehlər,,, oğlu və X31 oğlundan müştərək qaydada iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 27,60 manat alınıb Əliyeva qızına verilməsi qət edilmiş, Cavabdeh1 oğluna qarşı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılmış sübutlara obyektitv qiymət verərək belə hesab edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi müqavilələrdəki tarixlərdə müqavilədə qeyd olunmuş məbləğlərdə cavabdehlərə pul vermişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehlər isə öhdəliklərini tam icra etməmişlər. Cavabdehlər iddiaçıdan müqavilədə qeyd olunan məbləğdə pul almadıqlarını bildirsələr belə, bu barəd ə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər, iddiaçı da onların dediyi ilə razılaşmamışdır. Cavabdehlər aldığı puldan faiz və ya digər şəkildə bir hissəsini qaytarmış olsalar belə, iddiaçı onların dediyi ilə razılaşmamış, cavabdehlər də bu barədə məhkəməyə sübut təqdim etməmişlər. Lakin Cavabdeh2 özünün pensiya kartını iddiaçıya verdiyini göstərmiş, həmin kartdan iddiaçının gəlini və nəvəsi ayrı-ayrı vaxtlarda plastik kart vasitəsi ilə cəmi 3558 manat pul çıxarmaları müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, həmin məbləğ iddiaçının tələb etdiyi məbləğdən çıxılmalıdır. İddiaçı pulu faizə vermədyini bildirmiş, lakin cavabdehlər bununla razılaşmamış və həmçinin iddiaçının pulu faizə verməməsini məhkəmə də inandırıcı hesab etməmişdir. Bütün bunlarla yanaşı iddiaçı pulu f aizə vermədiyini bildirdiyi üçün Cavabdeh2 plastik kart vasitəsi ilə onun pensiyasından çıxarılan 3558 manatı məhkəmə Cavabdeh2 tərəfindən ödənilmiş hesab edərək həmin məbləğin sonuncuya qarşı verilmiş iddia tələbindən çıxılmasını əsaslı hesab etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı Cavabdeh2 digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3000 manat tələb etdiyindən Cavabdeh2 plastik kart vasitəsi ilə ödənilmiş məbləğin 3558 manat olmasını və digər cavabdehlərin Cavabdeh2 ve Cavabdeh3 Cavabdeh2la ailə üzvü olmasını nəzərə alaraq İddiaçı hər üç şəxsə qarşı vermiş olduğu iddia həmin hissədə təmin olunmamalıdır. Cavabdeh2 tərəfindən ödənilmiş 3000 manatdan artıq olan 558 manatın onun oğlu Cavabdeh1 qarşı verilmiş iddia tələbinə aid edilərək həmin məbləğ Cavabdeh1 qarş i verilmiş iddia tələbindən çıxılmalıdır. Cavabdehlərin imzaladığı borc sənədinin iddiaçıda olması bir daha onu göstərir ki, cavabdehlər iddiaçının qarşısında olan öhdəliyini icra etməmişlər. Cavabdehlər öhdəliyi icra etmiş olsaydılar, onda borc sənədini geri almalı idilər. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X10, X23, X13, X14, X6 nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Zaur Allahyarov sədrlik edən və məruzəçi, Zeynal Zeynalov və Müşfiq Həsənov) 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkə məsinin qətnaməsi qismən, zaminə qarşı hissədə ləğv edilmiş, cavabdehlər X7 3000 manat, X20 5000 manat, X9 5000 manat, X11 4000 manat, X5 10000 manat və Cavabdeh1 13642 manatın alınıb İddiaçı qızına verilməsi, Cavabdeh1 qarşı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən zaminliklə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericilik zaminlik müqaviləsinin əsas müqavilə ilə yanaşı ayrıca bağlanmasını tələb etdiyi halda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, onlar formal mülahizələrdən ibarət olduğundan əsaslı sayıla və təmin edilə bilməz. Cavabdehlər Cavabdeh1, X22, X29, X26, X27 və X6 nümayəndəsi və vəkili Həfiəli Elman Tahir oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh1 müqavilədəki 5000 manat pulun alınması barədə yazıların ona məxsus olmadığını bildirməsinə baxmayaraq məhkəmə bu hissədə çəkişmə prinsipini pozaraq sübutu düzgün qiymətləndirməmişdir. Ümumiyyətlə müqavilələrdəki imzaların ona məxsus olmamasını bildirməs inə baxmayaraq məhkəmə müqavilələrdəki məbləğin təmin olunması barədə qətnamə çıxarmış və imzanı qəbul etməyən cavabdehlərdən pulun tutulması təmamilə əsassızdır. Müqavilə şərtlərinə dair heç bir müddəa göstərilməmişdir. Belə ki müqavilədən qaytarılma vaxtı görünmür ki, nə vaxt icra olunub qurtaracaq. Müqavilə etibarsız müqavilədir və cavabdehlər tərəfindən qəbul edilməmiş və müqavilədə göstərilən və etiraf edilən məbləğlərlə razılaşdırılmamış və həmin etiraf etdikləri pulları ödədiklərini bildirmişlər. Məhkəmə iddia tələblərini bir icraatda birləşdirərək baxarkən prosessual normların tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. İddia tələbi borc müqaviləsi üzrə pul tələbidir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış sadə yazı müqaviləyə istinad edib. Cavabdeh iddiaya etiraz kimi həmin müqavilələrdəki imzanın və yazıların ona məxsus olmamasını bildirsə də, məhkəmələr ekspert rəyinə əsasən imzaların cavabdeh tərəfindən icra edilməsini müəyyən etmişlər. Bununla da cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hal təkzib edilmişdir. Belə olan halda, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin maddələrini düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının disp ozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olmaqla iddianın təmin edilməsinə əsas verdiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinən nəticə də düzgün olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilməsi barada şikayətin dəlilləri əsassızdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öh dəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə t utulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Sadalanan normalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında sadə yazılı formada borc müqaviləsi bağlanmışdır. Cavabdehlər izahatlarında müqavilədəki imzaların onlara məxsus olmamasını qeyd etmişlər. Lakin işdən görünür ki, məhkəmə xəttşunaslıq ekspertizasının keçirilməsi üçün xətt nümunələrini verməkdən imtina etmişlər. MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizay a gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin etibarsız olması və digər dəlillərini əsassız hesab edir. Müqavilədə pulun qaytarılması vaxtının göstərilməməsi və bununla da müqavilənin etibarsız olması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əgər öhdəliyin icrası m üddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərin dən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllə 427.1, 427.2, 427.3, 427.4-cü maddələr). Göründüyü kimi, öhdəliyin icrası müddəti təyin edilməyibsə kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, Müqavilədə öhdəliyin icra müddətinin göstərilməməsi müqavilənin etibarsızlığı üçün əsas deyidir. Mülki işlərin bir icraatda birləşdirilməsinin prosessual pozuntu olması barədə kassasiya şikayətinin dəlilinin məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPM-nin 43.1-ci maddəsinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlər dən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Baxılan işdə iddia tələbləri bir biri ilə əlaqəlidir. Belə ki, eyni iddiaçının müxtəlif cavabdehlərlə eyni şəxsin iştirakı ilə bağldığı borc müqavilələrinə dair tələblərdir. Ona görə də, birinci instansiya məhkəməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün iddiaçının tələblərinə bir icraatda baxmaqda düzgün qənaətə gəlmiş, prosessual normaların pozulması halı müəyyən edilmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2635/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar