Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Suraxanı Rayon İcra Şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Suraxanı rayon İcra şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(*03)-947/2023 nömrəli *0 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *3 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin *2 avqust 2009-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *3 mart 2008-ci il tarixli qətnaməsi 3200 manat nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək həmin pulun *000 manat məbləğində müəyyən edilməsi, kredit müqaviləsinin təminatı kimi * iyun 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş və İddiaçı məxsus Bakı şəhəri, Suraxani rayon, Yeni Günəşli qəsəbəsi, ev *4* ünvanında 38,3 kv metr olan, 3 otaqlı 63 saylı mənzildə yaşayanların hüquqlarına xi tam verilməklə evdən çıxarılmaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34694,67 ABŞ dolları əsas borcun və 2*54,3 ABŞ dolları faiz borcu və 584,9* ABŞ dolları dəbbə pulu olmaqla cəmi 37433,88 ABŞ dolları və 30.*0.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanədək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minəndən sonra icraya yönəldilmişdir.
2. Suraxanı rayon İcra şöbəsinin sifarişi (Bakı Apelyasiya Məhkəməsinin *2.08.2009-cu il tarixli, 2(*03)-37*7/2009 saylı icra vərəqəsi) əsası nda "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmiş, nəticədə *5.05.20*6-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, *4* saylı evin 63 saylı mənzili 427*3 manata ipoteka saxlayan "xxxx" ("xxxx") İKB ASC-yə satılmışdır. 3. "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protokol Suraxanı Rayon İcra Şöbəsinin 3 iyun 20*6-cı il tarixli məktubu ilə X3 göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Suraxanı rayon İcra şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, *5 may 20*6-cı il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev *4*, mənzil 63 ünvanında yerləşən ona məxsus yaşayış sahəsinə dair keçirilən hərrac nəticələrinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X* götürdüyü kreditin təminatı kimi ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y\s *4* saylı evin ipoteka predmeti kimi tanınması ilə razılığa gəlmişdir. Lakin əsas borclu tərəfindən pul "xxxx" İKB ASC-yə ödənilmədiyindən, tələb Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən ona məxsus sözügedən ipoteka predmetinə yönəldilmişdir. Belə ki, həmin icra vərəqəsinə əsasən, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34694,67 A BŞ dolları əsas borcu və 2*54,30 ABŞ dolları faiz borcu və 584,9* ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 37433,88 ABŞ dolları və 30.*0.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş *9 manat 80 qəpik dövlət rüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə ilə yönəldilməsi qət edilmişdir. 30 oktyabr 20*2-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, ona 5 gün müddətində icranın könüllü şəkildə icra edilməsi öhdəliyi qoyulmuş və əks təqdirdə, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulmasının qərara alınacağı bildirilmişdir. 7 noyabr 20*2-ci ildə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisinə ünvanlanmış məktubda göstərilmişdir ki, icra tələbi müəyyən edilmiş vaxtda könüllü icra edilməmiş, bu səbəbdən də, ona əlavə olaraq 5 gün vaxt təyin edilmişdir. Əks halda isə, *6 noyabr 20*2-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" y\s, *4* saylı ona məxsus sahəsi 38,3 kv metr olan 3 otaqlı 63 saylı mənzildə yaşayanların evdən məcburi çıxarılması təyin edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə verilmiş *7 noyabr 20*2-ci il ta rixli məktubuna əsasən, ona məxsus sözügedən mənzil üzərinə qadağa qoyulmuşdur. 20 aprel 20*5-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, ona məxsus sözügedən mənzilin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. ** noyabr 20*5-ci il tarixli "xxxx" MMC tərəfindən ona məxsus ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı təqdim olunan hesabata əsasən, ümumi məbləğ 67.000 manat müəyyən edilmişdir. *5 may 20*6-cı il tarixli müqaviləyə əsasən, ona məxsus sözügedən mənzilin hərrac yolu ilə "xxxx" X2 ASC-yə 47.7*3 min manata satılmışdır. 4 fevral 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinin müdirinə göndərilən məktuba əsasən isə, X* *2.08.2009-cu il tarixli qətnamə üzrə qalıq borcu 2353.*4 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etdiyindən, qətnamənin icrasını təmin etmək üçün icra tədbirlərinin davam etdirilməsi, eyni zamanda bankın mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ev *4*, 63 saylı mənzilin boşaldılması ilə bağlı təyinat verilməsindən ötrü icra məmuruna göstəriş verilməsini xahiş etmişdir. Buna əsasən, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş, ona ünvanlanmış xəbərdarlığa əsasən isə *5.05.20*6-cı il tarixli hərrac yekunları haqqında protokola əsasən mübahisəli mənzilin "xxxx" ASC-yə satılmasına baxmayaraq, mənzilin boşaldılmaması səbəbindən mənzilin xx.xx.2022-ci il tarixə qədər könüllü surətdə boşaldılması tələb edilmişdir. 3* may 2022-ci il tarixli Suraxanı rayon İcra şöbəsi tərəfindən ona ünvanlanmış xəbərdarlığa əsasən isə məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. 6 iyun 2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon İcra şöbəsini qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-37*7/2009 saylı icra sənədinin tələbləri tam icra olunduğu və xx.xx.2022-ci ildə sözügedən mənzildə yaşayanlar evdən çıxarılaraq tələbkarın nümayəndəsinə təhvil verildiyindən icraata xitam verilmişdir. Ona Sabunçu rayon İcra şöbəsi tərəfindən göndərilən heç bir bildiriş çatmamış, hərracın keçirilməsi ilə bağlı məlumat ala bilməmiş, buna görə də keçirilən hərracda iştirak edə bilməmiş, nəticədə mülkiyyətçi kimi hüquqları pozulmuşdur.
6. Cavabdeh3 ASC iddiaya etiraz edərək iddiaçının icra hərəkətlərindən və hərracın keçirilməsindən məlumatlı olduğunu göstərmiş, iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddiaçının mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, Suraxanı Rayon İcra Şöbəsinin 3 iyun 20*6-cı il tarixli məktubuna əsasən "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protokolu məlumat üçün iddiaçıya rəsmi olaraq göndərilmiş və 6 iyun 20*6cı il tarixdə iddiaçı məktubun surətini imzalamaqla rəsmi qaydada qəbul et mişdir.
9. Məhkəmə göstərmişdir ki, iddiaçı barəsində tələb irəli sürdüyü əqdi mübahisələndirmək imkanını itirmişdir. Çünki iddiaçı həmin əqd barəsində ən azından 6 iyun 20*6-cı ildən məlumatlı olmuşdur. Həmin tarixdə hərracın nəticələri haqqında Y-2*5 nömrəli yekun protokolu məlumat üçün ona rəsmi təqdim edilmşidir. Əqdlərin etibarsız sayılması üçün isə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.*, 354.2 və 4*6.*-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 202*-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Suraxanı rayon İcra Şöbəsi tərəfindən göndərilən məktubun surətini *0.**.20*7-ci il tarixdə almamış, bu hal Suraxanı Rayon Məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. İddiaçı sözügedən hərracla bağlı yalnız 3 mart 2022-ci ildə məlumat almışdır. Ona görə də hesab edir ki, Suraxanı Rayon Məh kəməsi qeyd olunan bu halı araşdırmamış və yanlış nəticəyə gəlmişdir. Çünki bu hal iş üçün əhəmiyyətli fakt hesab olunur. İcra işindəki materiallardan da göründüyü kimi, onun özünə məxsus əmlaka dair hərrac keçirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması əsası kimi icra işindəki onun öz imzası ilə təsdiqlədiyi bildirişi almasını göstərsə də, həmin imza ona məxsus deyildir. Məhkəmə bu halın araşdırılması üçün xətşünaslıq ekspertizası təyin etməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*03)-947/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/56 7 nömrəli 25 iyun 2023-cü il tarixli rəyində göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 86-cı vərəqində olan 3 iyun 20*6-cı il tarixli *7/73- 735*-2 nömrəli məktubun kserosurətinin aşağı hissəsində olan yazılar və “Абушова” yazılarının qarşısındakı imza, mülki işin 87-88-ci vərəqlərində olan *3 iyun 20*6-cı il tarixli iddia ərizəsinin 2-ci vərəqinin aşağı sağ hissəsində “Ş.Abışova” yazılarının qarşısındakı imza, mülki işin *03-*04-cü vərəqlərində olan *2.09.20*7-ci il tarixli "xxxx" İKB tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanmış məktubun kserosurətinin 2-ci vərəqində olan yazılar və “Абушова Шовкət” yazılarının qarşısında olan imza iddiaçı tərəfindən icra edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*03)-947/2023 nömrəli *0 oktyabr 2023 -cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi) Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3694/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, qeyd etmişdir ki, iddiaçının keçirilmiş hərrac barəsində yalnız 3 mart 2022-ci ildə məlumat aldığına dair dəillərini araşdırmaq məqsədilə, hərracın nəticələri barədə Y-2*5 protokolun təqdim edilməsi haqqında Suraxanı rayon İcra şöbəsinin 03.06.20*6-cı il tarixli, *7/73-7357-2 nömrəli məktubunda, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış *3.06.20*6-cı il tarixli iddia əri zəsində və s. sənədlərdə imzanın onun tərəfindən icra edilib-edilməməsinə dair ekspertiza keçirilmiş, həmin sənədlərdə olan imzanın iddiaçıya aid olması müyyən edilmişdir ki, bu da əsas verir ki, iddiaçı hərracın keçirilməsindən və hərracın nəticələrindən 06 iyun 20*6-cı il tarixdə məlumatlı olmuşdur. Hazırkı mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş kəsici müddət tətbiq olunmalıdır. Belə ki, müqavilənin hərrac keçirilməsi yolu ilə bağlanması müqavilələrin bağlanması üsullarından biridir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə əsasən, həmin Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 4*6-cı maddəsi ilə nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin maddənin məzmunundan da göründüyü kimi qanunla müəyyə nləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə olan halda hərrac nəticəsində bağlanılan müqavilənin etibarsız sayılması ilə bağlı mübahisələrə mübahisələndirilən əqdlərin etibarsız sayılması üçün müəyyən edilmiş qaydalara uyğun olaraq baxılır. Beləliklə hərracda bağlanılan əqd mübahisələndirilə bilən əqddir və onun mübahisələndirilməsi qanunla müəyyən olunmuş müddətlər daxilində mümkündür.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 202*-ci il tarixli qərarı və “B. Mürsəlovun şikayəti üzrə” *2 mart 2020-ci il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə, Mü lki Məcəllənin 354.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçı azı 20*6-cı ilin iyun ayından keçirilmiş hərrac və onun nəticələri barədə məlumatı olmuş, lakin o, hazırkı iddia ilə birinci instansiya məhkəməsinə *9 iyul 2022-ci il tarixdə müraciət etməklə, Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilən müddəti ötürmüşdür.
18. Apellyasiya məhkəməsi iddianın Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötürülməsi əsası ilə rədd edilməli olması qənaətinə gəldiyindən apellyasiya şikayətinin digər (hərracın keçirilməsi barədə məlumatlı olmaması və s.) dəlillərinə prosessual qənaət prinsipinə əsasən əlavə hüquqi qiymət verməmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla hərrac təşkilatı iddiaçıya təsdiq etmə üsulu ilə bildiriş göndərməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
20. Apellyasiya instansiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin *6.*, 337.*, 4*5.*, 4*5.2, 4*5.3, 4 *5.4, 4*5.4,4*6.* və 4*6.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4*.2, 4*.3, 42.*, 42.3 və 46.*-ci maddələrinə (əvvəlki redeaksiyalarında), 4*.5-ci maddəsinə, MPM-in *4.2, 77.* və 88.*-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin imza iddiaçıya məxsus deyildir. Ekspertiza, ksero-surətdən imzanın həqiqiliyini müəyyən edə bilməz. Ekspert rəyində ziddiyyətlər olmaqla onun əsaslığına şübhə yaranmışdır. Təkrar ekspertiza keçirilməli olduğu təqdirdə məhkəmə tərəfində n təkrar ekspertiza təyin edilməmişdir. Hərracın keçirilməsi barədə ona heç bir bildiriş göndərilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən ipoteka qoyan kimi iddiaçı da hərracda alıcı qismində iştirak etməli idi. Hərrac təşkilatı tərəfindən iddiaçının bu hüququ da pozulmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən 2009-cu ildə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının 7 il sonra, yəni dollar qalxdıqdan sonra keçirilməsi araşdırılmamışdır. Əgər vaxtında İcra şöbəsi tərəfindən hərrac keçirilməsi ilə bağlı müraciət olunsaydı, həmin vaxtı dolların məzənnəsi qalxmadığından evin dəyəri borcu bağlanacaq, bununla yanaşı iddiaçıya əlavə ödəniş də ödəniləcəkdi. Bundan əlavə, həmin vaxtı dolların məzənnəsi 0,70 manat olduğundan Mübariz Mehtiyevin 25000 manat məbləğində bank borcuna görə mənz il satılmayacaqdı. İddiaçı qardaş oğlu və əsas borclu Mübariz Mehtiyev tərəfindən aldadılmışdır. Belə ki, qardaşı oğlu və Mübariz Mehtiyev tərəfindən ona bildirilmişdir ki, Mübariz özünə məxsus qeyri-yaşayış sahəsini girov qoyur, onun evini isə görünüş üçün aparırlar. Sonradan məlum oldu ki, həmin şəxslər bankla əlbir olub onu aldadıblar. Onun aldadılaraq evinin alınması bilindinkən sonra 2023-cü il tarixində oğlu Rusiya Federasiyasında faizə pul götürüb ona göndərmişdir. O, 25000 manatla banka getsə də birinci problemli şöbənin işçisi Sərxan tərəfindən pulu qəbul edəcəklərini bildirmiş, daha sonra pulu qəbul etməmişlər. Onun bankın müdiri ilə görüşməyinə belə imkan verməmişlər. O, burda da faiz ödəməklə ziyana düşmüşdür. O, evinin hərracda alınmasını biləndən sonra banka müraciət edərək b orcun onun adına olmamasına baxmayaraq, qrafik açılmasını xahiş etsə də, bankın işçisi Sərxan adlı əməkdaş tərəfindən hər dəfə aldadılmışdır. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 354.2. Bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri al tında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
26. Maddə 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
27. Maddə 4*5.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərr ac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
28. Maddə 4*5.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qa çırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
29. Maddə 4*6.*. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
30. Maddə 4*6.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 4*.2. (əvvəlki redaksiyada): Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəz dində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.
32. Maddə 4*.3. (əvvəlki redaksiyada): Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. 33. 4*.5. Hərrac açıq auksion formasında keçirilir.
34. Maddə 42.*. (əvvəlki redaksiyada). Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bi ldiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə *5 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
35. Maddə 42.3. (əvvəlki redaksiyada). İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymət ləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
36. Maddə 46.*. (əvvəlki redaksiyada). ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 202*-ci il tarixli qərarı 37. “...mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir...”. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə” *2 mart 2020-ci il tarixli Qərarı 38. “...maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir...”. Mülki Prosessual Məcəllə
39. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarını əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəm ə haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilən zaman onun əmək qabiliyyətini müvəqqəti itirmiş vəziyyətdə olması iddiaçı tərəfindən təqdim olunmuş tiddi sənədlərlə öz təsdiqini tapır ki, bu da əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır.
52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ib arət olması MPM-in 407.*.4, 408.*.5 və 4*6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləş dirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*03)-947/2023 nömrəli iş üzrə *0 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.