Məhkəmə qərarları › İş №2(102)-5670/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5670/2019

11.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5670/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7924/2018 saylı, 20 noyabr 2018- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2(103)-2832/2019 saylı qətnaməsi ilə (hakimlər A.Hüseyn sədrlik edən, məruzəçi, E.Nəbiyev və R.Qurbanov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7924/2018 saylı, 20 noyabr 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən istifadəyə cavabdeh tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması, həmin evdən istifadə qaydalarının müəyyən olunması və iddiaçının verilməsi üçün ödənilmiş 10 manat məbləğində rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdeh X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubol unmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəy əyn etmişdir ki, İddiaçı ilə Cavabdeh 19.11.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.09.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş 09.05.2012-ci il təvəllüdlü X2 Cavabdeh yanında saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən mənzil qanunsuz tikilidir, İddiaçı 2011-ci ildən həmin evə gəlin köçmüşdür və hazırda oğlu ilə birlikdə orada yaşayır. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.11.2017-ci il tarixli 2(004)- 9346/2017 saylı qətnaməsinə əsasən İddiaçı hal-hazırda atasının sahibliyində olan evdə yaşamadığı, yəni evdə yaşamayan şəxsin evdən çıxarılması barədə iddianın təmin oluna bilməyəcəyi müəyyən edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən şikayət verilməmişdir. İddiaçının atası tərəfindən həm iddia çı, həm də cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırılmış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilməmiş, Ali Məhkəmənin qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsaslanaraq işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilən məhkəmə qərarları hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməkdədir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli məznil qanunsuz tutulmuş və caavbdeh 2011- ildən həmin evə gəlin köçmüşdür və hazırda oğl iıə birlikdə orada yaşayır. İddiaçının mübahisəli evə dair heç bir subyektiv hüququ yoxdur. Tikilinin 3 ayrı girişli yaşayış hissəsi var. Bir girişdə cavabdeh azyaşlı övladı ilə birlikdə yaşayır. Digərində iddiaçının valideynləri, üstdəki, mansar adlandırdıqları hissənin isə boş olduğunu hər iki tərəf təsdiq edir. Lakin iddiaçı həmin sahənin yaşayış üçün əlverişsiz olduğu qənaətindədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci; insta n s iy a məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəf iddiasının təsdiqi kimi hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən süb utları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, k assasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 03 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar