Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5670/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı; Üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının cavabdeh İddiaçı qarşı ("xxxx" MTK-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı “mənzili n boşaldılması və mənzildən çıxarılma” tələbinə dair və üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2692/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 04 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130- cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104.400 ABŞ dolları müəyyən edilmişdir.
2. İddi açı qardaşı X11 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı 25 iyun 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikah dövründə sözügedən mənzildə yaşamışlar. Tərəflər 2018-ci ildən faktiki ayrılmaqla, X11 həmin evi tərk etmiş, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı isə həmin evdə yaşamağa davam etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə X11 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. 26 fevral 2019-cu il tarixdə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin ona məxsus olmasını, həmin mənzili müvəqqəti yaşamaları üçün qardaşının ailəsinə verdiyini, onların da ailə münasibətlərinin pozuld uğunu, bununla belə qardaşının keçmiş arvadı Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının evdən çıxmadığını, qanunsuz sahibliyi davam etdirdiyini əsas gətirərək sonuncuya qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Nəbiyeva Sənubər Əlifağa qızı cavabdehin anası olmaqla, sözügedən mənzilin onların vəsaitləri hesabına alındığına istinad edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında həmin mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onunla "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sonradan iddia tələb inin dəqiqləşdirilməsi barədə ərizə verərək, mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45.000 manat pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 manat pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 manat pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77.550 manat pul məbləğinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 14 avqust 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtə bəsində, 36 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 77.550 manat məbləğində müəyyən olunmuşdur.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X7 ünvan 2 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının 36 saylı mənzilinin dəyəri olan 104.400 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarını n manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaitinin və mənzilin təmirinə çəkilmiş 77.550 manat məblğində pul vəsaitinin tutularaq X2 verilməsi qət edilmişdir.
9. Məhkəmə üçüncü şəxsin iddiası üzrə mövqeyini Mülki Məcəllənin 1091-ci və 1092ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin dəyəri Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağrılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir.
10. Bundan başqa, şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, evin təmiri cavabdehin valideynləri tərəfindən aparılmış və bütün təmir xərclərini də cavabdehin valideynləri ödəmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının həmin mən zildə müvəqqəti yaşamaq üçün qaldığını bildiyi halda, onun valideynləri tərəfindən mənzilin təmirinə 77.550 manat pul xərclənməsi, eyni zamanda mənzilə pərdələrin, karnizlərin, çilçırağın, kondisionerlərin qurraşdırılması, daimi istifadə üçün nəzərdə tutulan qapıların dəyişdirilməsi, mətbəx mebelinin sifariş edilərək mətbəxdə quraşdırılması hallarını onun həmin mənzilə müvəqqəti yaşamaq üçün köçməsini ağlabatan hesab etmir. İddiaçı da bildirdiyinə görə, mənzildəki bütün əşyalar cavabdeh Gülşən Nəbiyevaya məxsus olmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyərinin Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilməsi, o cümlədən mənzilin təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılanması öz tə sdiqini tapır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli surən üçüncü şəxsin iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 02 aprel 2021-ci il tarixli, 2(103)3077/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsində şahid ifadələrinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən olunur ki, ev İddiaçı adına olsa da, mənzilin alınması və təmir edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Mənzilin təmirinə sərf olunan xərclərin müəyyən edilməsi məqsədilə birinci instansiya mə hkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tikinti-təmir işlərinin ümumi məbləğinin 77.555 manat olması müəyyən edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 1092.1, 1092.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2, 387.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti qismə n təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli qətnaməsi mənzilin dəyəri kimi 104.400 ABŞ dolları və 45.000 manat pul vəsaitinin tutulması barədə Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinə aid hissədə ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, mənzilin 04 sentyabr 2009-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı satılması və dəyərinin tam ödənilməsi həmin MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları ilə təsdiqlənir. Eyni zamanda Sənubər Nəbiyeva həmin mənzilə dair irəli sürdüyü iddianı pul tələbinə dəyişdirdiyi üçün hazırkı işdə daşınmaz ə şyaya dair tərəflər arasında mübahisə yoxdur.
21. Belə olan halda, məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, əşyanın aid olduğu İddiaçı, həmin mənzilin təmirinə çəkilmiş xərclər hesabına əsassız varlanmışdır. Təmir xərclərinin İddiaçı tərəfindən deyil, orada faktiki yaşayan Cavabdeh anası Sənubər Nəbiyeva tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələri məhkəmələr tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparıldığı qənaətinə gəlinmişdir.
22. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14 avqust 2020-ci il tarixli rəylə mənzildə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 77.550 manat məbləğində olması müəyyən edilmişdir.
23. Beləliklə, məhkə mələr İddiaçı aid mənzilin dəyərinin 77.550 manata edilmiş təmir hesabına artmasını, bununla sonuncunun varlanmasını, lakin həmin xərclərin çəkilməsinə səbəb olan əsasın sonradan aradan qalxmasını (Cavabdeh ilə Bəhruz Şirəliyev arasında olan nikahın pozulmasını) nəzərə almaqla, Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən əsassız varlanma qaydaları çərçivəsində qeyd edilən məbləğdə pulu İddiaçı Sənubər Nəbiyevanın xeyrinə tutmuşlar. Həmin normaya görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Odur ki, məhkəmə hesab etmişdir ki, üçüncü şəxs Sənubər Nəbiyevanın iddiası üzrə mənzilin təmirinə çəkilmiş 77.550 manat məbləğində pul vəsaitinin tutulması hissəsində kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla belə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr mənzilin dəyəri kimi tələb olunan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin İddiaçı tutulması hissəsində hüquq normalarını düzgün tətbiq etməmişlər.
26. Həmin iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir.
27. Hazırkı işdə mənzilin alınması üçün ödənilən pul vəsaitinin tutulmasını Sənubər Nəbiyeva tələb etdiyi üçün həmin vəsaiti özünü n verməsini sübuta yetirmək vəzifəsi ona aiddir.
28. Buna baxmayaraq məhkəmələr həmin iddia üzrə mübahisəli hal(lar)ın nədən ibarət olduğunu, sübutetmə yükünü kimin daşıdığını və hansı konkret sübutlarla təsdiqləndiyini lazımi şəkildə əsaslandıra bilməmişlər.
29. Tərəflər çoxsaylı sübutlar təqdim etsələr də, məhkəmələr müvafiq sənədlərin və şahid ifadələrinin məzmununu qətnamədə əks etdirməklə kifayətlənmiş, dinlənilən şahidlərdən konkret olaraq hansı şəxslərin və hansı məlumatları ilə evin dəyərinin məhz üçüncü şəxs tərəfindən ödənildiyinin təsdiqləndiyini qeyd etməmiş, iddiaçının və üçüncü şəxsin dəvət etdiyi şahidlərin tərəflərin yaxınları olmaları səbəbilə verdikləri ifadələri mötəbərlilik baxımından qiymətləndirməmiş, hansı səbəbdən üçüncü şəxsin şahidlərinin ifadələrini üstün tutdu qlarını əsaslandırmamış, mübahisəli hala dair iddiaçının təqdim etdiyi yazılı sənədləri niyə sübut kimi qəbul etmədiklərini göstərməmiş, gəldikləri nəticəyə üçün dinlənilmiş şahid ifadələrinin kifayətedilənliyinə münasibət bildirməmişlər.
30. Bundan əlavə, mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, 45.000 manatın ödənilməsi iddiasının hansı mötəbər sübuta söykəndiyi ümumiyyətlə əsaslandırılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 29 iyun 2022-ci il tarixli, 2(103)-2692/22 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “mənzilin də yəri olan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi rədd edilmişdir.
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir.
33. Belə ki, Sənubər Nəbiyeva iddiasında mənzilə görə 104.400 ABŞ dolları və 45 000 manat pulun onun tərəfindən ödənildiyini, İddiaçı isə mənzilə yalnız 104.400 ABŞ dolları məhz onun tərəfindən ödənildiyini bildirmişdir.
34. Mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi mü qavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, əlavə 45.000 manatın ödənilməsini Sənubər Nəbiyeva hər hansı mötəbər sübuta təsdiq ediq edə bilməmişdir. Bu səbəbdən, kollegiya hesab etmişdir ki, mənzilin dəyəri məhz 104.400 ABŞ dolları götürülməlidir. Bu halda isə Sənubər Nəbiyevanın iddiası 45.000 manatın tutulması hissəsində əsassızdır.
35. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də qənaətini məhz şahid ifadələri ilə əsaslandırmışdır. Halbuki, MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Belə ki, birinci instansiya məhkəməsində dindirilən şahidlərdən (X8, X3, X4, X5 və X9) ifadələrindən mübahisəli mənzilə görə ödənilən pulun Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənildiyini ümumiyyətlə qeyd etməmişlər. X1 isə yalnız 104.000 ABŞ dolları və 45.000 manat pul saydığını qeyd etmiş, həmin pulun məhz mənzilə verildiyini görməmişdir. Təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində qeyd etmişdir ki, “Zaminbank”da mühafizə-inkassator işləmişdir. Bir gün bankın yerləşədiyi binanın komendatı ona zəng vuraraq Sənubər xanımın yaxılaşacağını və mənzilə görə ödəniş edəcəyini bildirmi, o da Sənubər xanım ödəniş etmək üçün kassaya yönəltmişdir. Göründüyü kimi, şahid X16 da pulun ödənilməsini görməmiş, görmüş olsa belə hansı mənzilə görə ödənilməsində məlumatı olmamışdır. Kollegiya hesab etmişdir ki, qey d edilən şahidlərin ifadəsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunamdığından hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz.
36. İş materiallarından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTKnın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları mövcuddur.
37. Beləliklə, məhkəmə hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nətic ə çıxarmağa əsas verməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hərəkətləri və tələbi qanunsuzdur. Mənzilə dair müqavilə onunla "xxxx" MTK arasında bağlansa da, həmin mənzili üçüncü şəxs alıb və onun istifadəsindədir.
40. İddiaçı izahatlarında bildirmişdir ki, mənzilin dəyəri onun həyat yoldaşı tərəfindən Rusiyadan qazanılmış pul vəsaiti hesabına ödənilmişdir. Belə ki, onun həyat yoldaşı məhkəmə iclaslarında iştirak etməmiş, iş üzrə izahatlar verməmişdir. Çünki mənzilin üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızına məxsus olduğunu özləri də bilir.
41. İddiaçı müqavilə ilə müəyyən edilmiş pulun harada və kimə ödənildiyini, mənzilin hansı vaxtda harada kimdən aldığını deyə bilməmişdir. O mənzili Gülşənin toyu ərəfəsində görmüşdür. Üçüncü şəxsə əşyaların yerləşdirilməsində köməklik etmişdir.
42. Şahid qismində dindirilmiş şəxslər ifadələrində bildirmişlər ki, mübahisəli mənzil Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən alınmış və təmir edilmişdir. Lakin məhkəmə hesab etmişdir ki, şahid ifadələri sübut kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin bu nəticəsi formal mülahizə olmaqla mülki prosessual qanunvericiliyin sübutlara dair tələblərinə uyğun deyildir. 43. “Zaminbank”-da mühafizəçi işləmiş X16 şahid qismində dindirilmiş və iş üçün əhəmiyyətli halları bildirmişdir. O, ifadəsində göst ərmişdir ki, Nəbiyeva Sənubər Əlifağa qızını mənzilə görə ödəniş etdiyi vaxtdan tanıyır. Həmin vaxt o üçüncü şəxsin ödəniş etməsi üçün MTK-nın kassasına qədər yola salmışdır. Lakin apellyasiya instansiya məhkəməsi qətnamədə Həsənov Samirin ifadəsini təhrif edərək fərqli qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyildirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
45. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır;
46. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
47. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Mülki Pr osessual Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
61. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.
62. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zama nı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
63. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həy ata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
64. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Res publikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı)
65. Baxılan iş üzrə üçüncü şəxsin iddia tələbi əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlıdır.
66. Tələbin qanuni əsasını Mülki Məcəllənin 1091, 1092 və 1093-cü maddələri təşkil edir.
67. Qeyd edilən normaların birlikdə dispozitiv şərtlərinin mövcud olması üçün cavabdehin (varlanmış şəxsin) iddiaçının (məhrum olan şəxsin) hesabına əmlak əldə etməsi, yəni varlanması, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və müqavilə əsasının olmaması və ya sonralar aradan qalxmış əsasa söykənməsi müəyyən edilməlidir.
68. Üçüncü şəxs iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin onun və saiti hesabına ödənildiyini, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alındığını, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığını, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyünü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-satqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyini, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyini bildirir.
69. İş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında qeyd edildiyi kimi, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisə mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır.
70. Həmin mənzil yeni tikilən binalarda yerləşməklə, 172 kv.m-dən ibarət olan 4 otaqlı mənzildir və 04 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104.400 ABŞ dolları göstərilmişdir.
71. İş üzrə alınmış ekspert rəyi ilə mənzilin təmirinə 77.550 manat xərc çəkildiyi müəyyən edilmişdir.
72. İddiaçı sözügedən mənzilin əldə edildiyi dövrdə ailəsi ilə birlikdə dostlarına məxsus evdə yaşamış, sonradan baldızına məxsus evə köçmüşdür.
73. O, iddia ərizəsində ərinin razılığını alaraq qardaşının ailəsinə onlara kömək məqsədilə həmin mənzili müvəqqəti yaşamaları üçün verdiyini göstərmişdir.
74. İddiaçı aşağı instansiya məhkəmələrində məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini kəsinliklə inkar etmişdir.
75. İş üzrə əvvəlki kassasiya baxışında məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin qətnaməsinin mənzilin təmirinə çəkilmiş 77.550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi ilə razılaşmış, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindiirlmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaəti qanuni və əsaslı hesab etmişdir.
76. Bununla belə, kassasiya instansiya məhkəməsi mənzilin dəyəri kimi ödənilmiş pul məbləğinin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
77. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
78. Məhkəmə kollegiyası vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, Mülki Prosessual Məcəllənin 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfl əri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.
79. İşə yenidən baxan apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan iddianın rədd edilməsi barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmiş, bunun əksi isə yəni, mənzilin İddiaçı satıl ması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın 08 sentyabr 2009-cu və 22 fevral 2019-cu il tarixli arayışları mövcuddur.
80. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin istinad etdiyi müvafiq arayışlara münasibətdə qeyd edir ki, həmin arayışlar alqı-satqı müqaviləsi üzrə mənzilin dəyərinin tam ödənildiyini əks etdirən sənədlərdir ki, müqavilə üzrə alıcının üzərinə götürdüyü öhdəliklərin icra edildiyini, mənzilə görə MTK-ya borcun olmadığını təsdiq edir.
81. Bununla belə, həmin sənədlər özü-özlüyündə X15 Şirəliyevaya qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini istisna edən sübut kimi qiymətləndirilə bilməz.
82. Mülki Prosessual Məcəllənin 76-cı maddəsi ilə sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin t ələblərinə görə şahidlərin ifadələri sübut hesab edilir.
83. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
84. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır.
85. Mülki Prosessual Məcəllənin 194.1-ci maddəsinə əsasən, sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.
86. Yuxarıda da qeyd edildiyi kimi, Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsi ilə işin və mübahisənin vəziyyətinin müzakirə edilməsi, işdə iştirak edən şəxslərin vəsatətlərinin həlli əsasları müəyyən edilmişdir.
87. Həmin maddənin tələblərinə görə işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
88. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxs tərəfindən şahidin dindirilməsi barədə verilmiş vəsatəti ümumiyyətlə əsaslandırmadan rədd etmişdir.
89. Bundan başqa, işdən mübahisəsiz qaydada görünür ki, mənzil 04 sentyabr 2009-cu il tarixdə əldə edilmiş, bu isə tərəflərin qohumluq mün asibətləri yaranmamışdan, yəni rəsmi nikah bağlanmamışdan bir müddət əvvələ, nikahın bağlanılmasına hazırlıq dövrünə təsadüf edir.
90. İddiaçı da etiraf etdiyi kimi, mənzil məhz Sənubər Nəbiyeva tərəfindən seçilmiş, mənzilin alınması da məhz onun iştirakı ilə baş tutmuşdur.
91. Göstərilənlə bərabər, apellyasiya baxışı zamanı Sənubər Nəbiyeva izahatında mənzilin dəyərini təşkil edən pul vəsaitini bankda ödədiyini, bununla bağlı çoxsaylı sənədləri imzaladığını bildirmişdir.
92. Sənubər Nəbiyevanın vəsatəti əsasında şahid qismində dindirilmiş həmin bankda inkassator işləmiş Samir Həsənov ifadəsində Sənubər Nəbiyevanın mənzilə görə banka pul ödədiyini bildirmişdir.
93. Bu ifadəni qiymətləndirən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən şahid ifadəsində ödənilən pulun məh z mübahisə predmeti olan mənzilə görə ödənildiyini görmədiyini göstərdiyindən həmin ifadə 3-cü şəxsin iddiasının təmin edilməsi üçün əsas olan sübut kimi qəbul edilə bilməz.
94. Halbuki, şahid S.Həsənovun bu məzmunda ifadə verməsi o zaman nəzərə alınmaya bilərdi ki, 3-cü şəxs mübahisə predmeti olan mənzilin yerləşdiyi binada bir neçə mənzilin alınması üçün vəsait ödəyərdi. İş materiallarında isə 3-cü şəxsin mübahisə predmeti olan mənzildən başqa həmin mənzilin aid olduğu binadan digər bir mənzil əldə etməsi sübut edilmir.
95. Digər tərəfdən, mənzildə aparılan əsaslı yaxşılaşdırmalar mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu, mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilə biləcəyi halda, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə araşdırma aparılmamışdır.
96. Göstərilən xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, yaranmış qeyri-müəyyənlik faktiki olaraq tələb irəli sürmüş şəxsin ziyanına həll edilmiş, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.
97. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
98. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2692/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.