Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5672/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nəbizadə Rahid Sahib oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh3 vəkilləri X9 və X3 iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2708/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Mehriban Qarayeva) 2(008)-4185/2018 saylı, 28 noyabr 2018- ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Əsgərova (Dadaşova) Fəridə Qurban qızı, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbi rədd edilərək, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və İddiaçı 50 manat məhkəmə ekspertizası xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Fuad Babayev, Elnur Həsənov) 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Əsgərova (Dadaşova) Fəridə Qurban qızı, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nın 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamı əsasında Bağlar Təsərrüfatı İdarəsindən verilmiş 18 saylı order əsasında mərhşum anası X6 istifadəsinə 147 saylı kooperativin “Ləhic bağları” adlanan ərazisindən 4482b saylı, sahəsi 0,12 ha olan bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsi daimi onların istifadəsində olmuş, son vaxtlar anasının xəstəliyi ilə əlaqədar bağa baxa bilməmişlər. Bundan istifadə edən cavabdehlər Cavabdeh3 və digərləri anasına məxsus bağ sahəsinə qanunsuz olaraq sənədlər almış,həmin sahəsin öz aralarında bölüşdürmüşlər. Cavabdehlərin həmin qannusuz hərəkətlərinə görə anasının vərəsəsi kimi bağ sahəsindən faktiki olaraq məhrum olmuş. ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosesssual hüquq normalarının tələblərini pozmuş, onun tərəfindən irəli sürülən dəlilləri araşdırmamış, sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23.10.2018-ci il tarixli rəyinin natamam olmasını nəzərə almamış, təkrar ekspertiza təyin olunmasına dair vəsatətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə iclasında nümayəndəsi mübahisəli torpaq sahələrinə dair sənədlər qovluğunun cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən tələb olunması barədə vəsatət vermiş və vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Sonradan məhkəmə həmin iclasda qeyd olunan sənədlər qovluğu məhkəməyə təqdim olunmadan məhkəmə-texniki ekspertizası təyin olunması barədə qərar qəbul etmiş, lakin ilkin sənədlər olmadan ekspertiza keçir ilməklə rəy alınmışdır. Həmin rəyin də işin nəticəsində bilavasitə maraqlı olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi 09.10.2018-ci il tarixli məktubuna istinadən verilməsini də diqqətdən qaçırmışdır. Ekspertiza keçirilən zaman iddiaçıya, yaxud onun nümayəndəsinə heç bir məlumat verilməmişdir. İddiaçı kassasiya şikayətində daha sonra göstərmişdir ki, məhkəmə iclası zamanı anası C8 məxsus bağ sahəsinin plan-cizgisini və digər sənədləri məhkəməyə təqdim edərək, həmin sənədlər də nəzərə alınmaqla təkrar tikinti-texniki ekspertiza keçirilməsini xahiş etmiş, lakin məhkəmə əsassız olaraq işə baxılma vaxtının bitməsini bəhanə gətirib vəsatətini təmin etməmişdir. Əgər qeyd olunan sənədlər məhkəməyə təqdim olunsaydı ekspert obyekti v rəy verməyə məcbur olacaqdı. Məhkəmənin 16.05.2018-ci il tarixli sorğusuna Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 30.05.2018-ci il tarixli cavab məktubunda yenə də sorğuya düzgün cavab verilməmiş, 4482b saylı bağ sahəsinə dair sənədləri tələb olunmasına baxmayaraq Reyestr Xidmətinin Ərazi İdarəsi X2 adına qeydiyyata alınmış Ləhiş bağ massivi 4482b saylı bağ sahəsinə dair məlumatların aşkar olmamasına dair cavab vermişdir. Cavabdeh təşkilat qəsdən məhkəmənin sorğusuna tam fərqli və çaşdırıcı cavablar verməklə fikir yayındırmağa çalışmışdır. R8 satılmış 4481 saylı bağ sahəsi əvvəllər 531 saylı BTK tərəfindən, 4482a saylı bağ sahəsi 99 saylı BTK tərəfindən, Cavabdeh2 qızma məxsus 4482v saylı bağ sahəsi 212 saylı BTK tərəfindən və iddiaçının anasına verilən 44 82b saylı bağ sahəsi isə 147 saylı BTK tərəfindən verilmişdir. Göründüyü kimi eyni ərazidən bir neçə kooperativ tərəfindən müxtəlif insanlara bağ sahələri ayrılmışdır ki bu da praktiki olaraq mümkündür deyildir. İddiaçının kassasiya şikayətinə görə məhkəmə işə səthi yanaşmış, işin faktiki hallarını tam araşdırmamış, məhkəməyə məlum olan hallara düzgün hüquqi qiymət verməmiş və sonda da yanlış nəticəyə gəlmişdir. Ona görə də yuxarıda qeyd olunan halların tam və obyektiv araşdırılması məqsədilə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməlməklə obyektiv rəy alınmalıdır. Cavabdeh3 kassasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər Apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və q ərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, kassasiya şikayətinin təmin olunmamasını, Apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tərəflərin izahatları: Cavabdeh3 vəkilləri X9 və X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və ya nümayəndə ilə təmsil olunmamış, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə bax ılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməmə lidir. Məhkəmə kollegiyası məruzəçini və Cavabdeh3 vəkillərinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 adına olan və iddiaçı tərfindən mübahisələndirilən çıxarışlar müvafiq olaraq notariat qaydasında baglanmış bağışlama və alqısatqı müqavilələri əsasında verilmişdir. 29 mart 1993-cü il tarixli 13 nömrəli orderlə 4481 saylı bağ sahəsi X15 istifadəsinə verilmiş və 02.08.2014-cü il tarixdə onun adına mülkiyyət h üququ üzrə dövlət qeydiyyatına alınmışdır. Həmin bağ sahəsi 23.08.2014-cü il tarixdə mərhum X15 miras əmlak kimi anası X5 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əldə edilmiş, 10.09.2014-cü il tarixdə P8 mülkiyyətinə keçmişdir. Sonuncu isə 04 oktyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən bağ sahəsini Cavabdeh1 satmış, laqı-satqı müqaviləsinə əsasən 4481 saylı bağ sahəsi 13.10.2014-cü il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmçinin 4482 saylı bağ sahəsi 29 mart 1993-cü il tarixli 10 nömrəli orderlə X16 verilmiş və 02.08.2014-cü il tarixdə onun adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış, 23.08.2014-cü il tarixdə mərhum X16 miras əmlak kimi anası X5 qanun üzrə vərəsəlik qaydasında bağ sahəsini qəbul edilmiş və 10.09.2014-cü il tarixdə sonuncunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 04 oktyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 bağ sahəsini Cavabdeh1 satmış və həmin müqaviləyə əsasən 4482 saylı bağ sahəsi 13.10.2014-cü il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Həmçinin 4482a saylı bağ sahəsi 21 iyul 2006-cı il tarixli 02 nömrəli orderlə X1 verilmiş, həmin bağ sahəsi 16.03.2015-ci il tarixdə onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, 16 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilə əsasında Lyudmila Abdullayeva bağ sahəsini Cavabdeh1 bağışlamışdır. Həmin müqaviləyə əsasən 4482a saylı bağ sahəsi 23.04.2015-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi daşınmaz əmlakı n dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 saylı qərarına əsasən 212 saylı BKT nəzdində “Ləhiş bağları” ərazisində 0,12 ha sahədən ibarət 4482b saylı bağ sahəsi D8 ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli 1085 saylı qərarına əsasən 147 saylı BKT nəzdində “Ləhiş bağları” ərazisində 0,12 ha sahədən ibarət 4482b saylı bağ sahəsi X8 ayrılmışdır. Cəvahir Cəfərova 04 avqust 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun doğma qızıdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli 1085 saylı qərarına əsasən 147 saylı BKT nəzdində “Ləhiş bağları” ərazisində 0,12 ha sahədən ibarət 4482b saylı bağ sahəsi X8 ayrılmışdı r. Cəvahir Cəfərova 04 avqust 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun doğma qızıdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli 1085 saylı qərarına əsasən 147 saylı BKT nəzdində “Ləhiş bağları” ərazisində X8 ayrılmış 0,12 ha sahədən ibarət 4482b saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 17 aprel 2006-cı il tarixli 94 saylı qərarına əsasən istifadəsiz və sahibsiz qaldığına 28 iyun 2006-cı ildə Bağlar Təsərrüfatı və İstismarı Birliyinin boş bağlar balansına keçirilmiş, C8 adına verilən 18 saylı order ləğv edilmiş, bu barədə Nardaran qəsəbəsi üzrə İcra nümayəndəsi, Maştağa bələdiyyəsinin sədri, Bağlar Təsərrüfatı və İstismarı Birliyinin böyük mühəndisi, sahə mühəndislərindən ibarət komissiya tərəfindən həmin tarixdə akt tərtib edilmiş, akt Bakı şəhər İcra hakimiyyətinin Bağlar Təsərrüfatı və İstismarı Birliyinin möhürü ilə təsdiqlənmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 30.05.2018-ci il və 28 noyabr 2018ci il tarixli məktubları, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətiin 09.10.2018-ci il tarixli məktubu, məhkəmə texniki-tikinti ekspertizasının 29.10.2018-ci il tarixli 19710 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrinin faktiki istifadəsi çıxarışlar, plan-ölçü sənədləri və bölgü sxemlərinə uyğundur, onun tərəfindən heç bir torpaq sahəsi zəbt edilməmişdir. X8 ayrılmış 4485b saylı və D8 ayrılmış 4405v saylı bağ sahəsinə verilmiş orderlərə heç bir çıxarış, texniki kadastr sənədi (miqyası, koordinatları, hər hansı məsafədə ölçüləri göstərm əklə sxem və ya cizgi) əlavə edilmədiyi üçün bağların sərhədlərinin dəqiq müəyyən edilməsi müvafiq olaraq Cavabdeh2 tərəfindən hər hansı torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh1 adına olan 4481, 4482 və 4482a saylı bağ sahələrinə dair ilkin sənədlər olan qovluqların olması, 4482b saylı bağ sahəsinə dair isə hər hansı arxiv sənədinin olmaması müəyyən edilmişdir. İşin şərh olunan hallarına əsasən iddianın rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı mərhum anasının istifadəsinə verilmiş 0,12 ha bağ sahəsinə məhz cavabdehlər tərəfindən qanunsuz müdaxilə edilməsini sübuta yetirə bilməmiş, cavabdehlərin adına verilmiş torpağa mülkiyyət hüququna dair çıxarışların etibarsız olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi, habelə məhkəmənin öz təşəbbüsü ilə əldə olunmuş sübutlarla Cavabdeh1 mülkiyyətində olan torpaq sahələrinin faktiki istifadəsinin çıxarışlara, plan-ölçü sənədlərinə və bölgü sxemlərinə uyğun olması, onun tərəfindən heç bir torpaq sahəsinin zəbt edilməməsi müəyyən edilmiş, iddiaçının mərhum anası X8 ayrılması iddia olunan 4485b saylı bağ sahəsinə verilmiş orderə heç bir çıxarış, texniki kadastr sənədi (miqyası, koordinatları, hər hansı məsafədə ölçüləri göstərməklə sxem və ya cizgi) əlavə edilmədiyi üçün sərhədlərinin müəyyən etmək mümkün olmamış, həmçini 4482b saylı bağ sahəsinə dair hər hansı arxiv sənədi aşkar edilməmişdir. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli 1085 saylı qərarına əsasən 147 saylı BKT nəzdində “Ləhiş bağları” ərazisində X8 ayrılmış 0,12 ha sahədən ibarət 4482b saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05 avqust 17 aprel 2006-cı il tarixli 94 saylı qərarına əsasən istifadəsiz və sahibsiz qaldığına 28 iyun 2006-cı ildə Bağlar Təsərrüfatı və İstismarı Birliyinin boş bağlar balansına keçirildiyinə və Cəvahir Cəfərovanın adına verilən 18 saylı order ləğv edildiyinə görə İddiaçı həmin bağ sahəsinə iddia etmək kimi subyektiv hüquqa malik olması da kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələri, 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələri, Mülki Məcəll ənin 6.1 və 6.1.4, 8.2, 139.1, 148.2-ci, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsi, Mülki Prosessual Məcəllənin 77.1-ci və 88-ci maddələri, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları və Avropa İnsan hüquqları Məhkəməsinin qərarları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər k əsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6.1 və 6.1.4-cü maddələrinə görə mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, hab elə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qe ydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, apellyasiya instansiyası məhkəməsi tərfindən bu dəlillərə tam, hərtərəfli, qərəzsiz və obyektiv baxılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və hesab edir ki, həmin dəlillərə sadalanması və təkrarən qiymətləndirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İddiaçı tərəfindən mərhum anasınan mülkiyyətində, yaxud qanuni əsaslara sahibliyində və ya istifadəsində “Ləhiş bağları” adlanan ərazidə 0,12 ha torpaq sahəsinin olması, anası öləndən sonra onun tərəfindən həmin bağ sahəsinə sahiblik etməsi barədə mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı Bakı şəhər İcra hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli 1085 nömrəli sərəncamından çıxarışa dair arxiv arayışı və Bakı şəhər İcra hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsindən verilmiş 147 saylı BTKnın 4482b nömrəli bağ sahəsinə aid 18 nömrəli orderdən başqa digər hər hansı sübut, xüsusilə torpaq sahəsinin planı və ölçüsünə, mərz nişanlarının qoyulmasına, sərhədlərinin yerdə (naturada) müəyyən edilməsinə, torpaq sahəsinə sahiblik etmələrini təsdiq edən bağ evinin, yaxud hər hansı tikintinin inşa olunmasına, hasar çəkilməsinə, yaxud digər işlərin aparılmasına dair sübutları təqdim edə bilməmişdir. Məhkəmələr tərəfindən aidiyyatı dövlət orqanlarına və arxiv lərə vermiş olduğu sorğulara cavablarda da mərhum Cəvahir Cəfərovaya ayrılmış bağ sahəsinə dair sərəncam və orderdən başqa digər sənədlərin olmaması göstərilmişdir. Əksinə müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti 05 avqust 17 aprel 2006-cı il tarixli 94 saylı sərəncamına əsasən Cəvahir Cəfərovaya ayrılmış bağ sahəsi istifadəsiz və sahibsiz qaldığına görə 28 iyun 2006-cı ildə Bağlar Təsərrüfatı və İstismarı Birliyinin boş bağlar balansına keçirilmiş, adına verilmiş 18 saylı order isə ləğv edilmişdir. Bu vəziyyətdə mərhum X8 ayrılmış 0,12 ha bağ sahəsinin sərhədlərinin yerdə müəyyən olunması imkansızdır. Həmin məsələ öz həllini tapmadan isə cavabdelərin adına verilmiş sənədlərin etibarlılığına baxılması öz əhəmiyyətini itirmiş olur. İddiaçı ilk növbədə mübahisənin predmetinə dair özünün qanuni əsaslara hüquqlara malik olmasını sübuta yetirməlidir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2708/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5672/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5672/2019
08.08.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver