Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5672/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ünvanə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi əmək mübahisələrində iddia müddəti) 16.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1302/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 15 sentyabr 2014-cü il tarixli 67a nömrəli əmrindən çıxarışın surətindən görünür ki, orta ixtisas-təhsili, A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin gənclərin çağrışaqədərki hazırlığı və fiziki tərbiyə müəllimi, İddiaçı(bundan sonra – iddiaçı) ikinci iş yeri kimi müvəqqəti olaraq 15 sentyabr 2014-cü il tarixdən ünvanində fiziki tərbiyə dərslərinin aparılmasına icazə verilmişdir. Daşkəsən şəhəri ünvani üzrə 15 sentyabr 2014-cü il tarixli 30a nömrəli əmrdən çıxarışdan görünür ki, iddiaçı ikinci iş yeri kimi müvəqqəti olaraq 15 sentyabr 2014-cü il tarixdən ünvanin fiziki tərbiyə müəllimi təyin edilmişdir. Əsas: Daşkəsən RTŞ üzrə 67a nömrəli əmr. Daşkəsən şəhəri ünvani üzrə 16 iyun 2016-cı il tarixli 79 nömrəli əmrdən çıxarışdan görün ür ki, iddiaçı məktəbin fiziki tərbiyə müəllimi ikinci iş yeri olduğu üçün 15 iyun 2016-cı il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər ünvanə və Cavabdeh2nə qarşı iddia qaldıraraq, 16 iyun 2016-cı il tarixli 79 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2016-cı il tarixdə məktəbin direktoru “Təhsil şöbəsinin müdiri ona əmək haqqı yazılmaması barədə göstəriş” verdiyini bildirmiş və Təhsil Şöbəsinə müraciət etməsini təklif etmişdir. Təhsil şöbəsinin müdiri isə ona yuxarıdan tapşırıq verildiyini, məktəbə getməməsini, işlər düzələnədək evdə oturmasını, sonra ona yaddan çıxan dərs saatı veriləcəyini bildirmişdir. Ona görədə həmin gündən ünvanə işə getməmişdir. Bir müddətdən sonra rayon rəhbərliyi dərs saatı veriləcəyi barədə atasına bildirmiş, lakin bu da heç bir müsbət nəticə verməmişdir. Son aylarda tez-tez dərs saatı tələb etdiyi üçün məktəbin direktoru 2019-cu il tarixli 33 nömrəli məktubla ünvan üzrə 15 sentyabr 2014-cü il tarixli işə qəbul olunması və 16 iyun 2016-cı il tarixli 79 nömrəli işdən çıxarılması haqqında əmrdən çıxarışları ona göndərmişdir. Halbuki, 2016-cı ilin oktyabr ayının 25-dək həmin məktəbdə dərs demişdir. İşdən çıxarılması barədə əmr sonradan yazılmışdır. Belə ki, məktəbin əmrlər kitabında həmin vaxt əmr qeyd edilməmiş, sonradan yazılaraq əlavə olunmuşdur. 25 oktyabr 2016-cı il tarixdən məktəbdə dərs keçsə də, işdən çıxarılma barədə əmrdə 16 iyun 2016-cı ildən işdən çıxarıldığı qeyd olunmuşdur. Bu fakt də həmin əmrin qanunsuz olduğuna dəlalət edir. Eləcədə əmrdə işdən çıxarılmasının səbəbləri qeyd olunmamış və əmr əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib olunmamışdır. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 oktyabr 2019-cu il tarixli 2(030)-255/2019 nömrəli (hakim Azad Əliyev) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 76, 83, 296 və 300 maddələrinə istinadən hesab etmişdir ki, iddiaçı tələrəfindən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Ədil Məmmədov) 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Daşkəsən şəhəri ünvan arasında bağlanmış əmək müqav iləsinə əsasən iddiaçı həmin məktəbə ikinci iş yeri kimi müvəqqəti olaraq işə götürülmüşdür. Həmçinin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Belə olan təqdirdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə istənilən vaxt xitam verilə bilər. Ona görə də iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. 29 may 2019-cu il tarixli 33 nömrəli məktubla ünvan direktoru Sevil Ələsgərova ona 16 iyun 2016-cı il tarixli 79 nömrəli əmrdən çıxarışın surətini 31.05.2019-cu il tarixdə rəsmi qaydada poç t vasitəsi ilə göndərib. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə uyğun olaraq 28.06.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə:
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarında biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Maddə
294. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial v ə iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddə
296. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim a yı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəmə yə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 16 iyun 2016-cı il tarixli əmrlə işdən azad olunsa da, həmin əmri 2019-cu ilin iyul ayında mübahisələndirmişdir. İddiaçının iddia ərizəsində, habelə məhkəmə baxışında ölən müddət ərzində işdən azad olunması barədə məlumatının olmaması, eyni zamanda əmrin surətini almaması barədə göstərdikləri əsassızdır. İddiaçının istinad etdiyi arqumentlər məktəb direktorunun, Təhsil Şöbəsinin nümayəndəsinin izahatları, habelə işə əlavə olunmuş digər sənədlərlə kifayət qədər təkzib olunur. Belə ki, iddiaçı öz iddia ərizəsində və məhkəmə baxışındakı izahatında “2016-cı ilin oktyabrında məktəbin direktorunun onun işə buraxmadığını, Təhsil Şöbəsinin müdirinin ona əmək haqqı yazılmaması barədə göstəriş verdiyini, anası ilə birlikdə Təhsil Şöbəsinin sabiq müdirinin qəbuluna getdiyini, nə üçün əmək haqqının ödənilməməsi barədə göstəriş verildiyini soruşduğunu, Təhsil Şöbəsinin müdiri ona yuxarıdan tapşırıq verildiyini, məktəbə getməməsini, işlər düzələnədək gedib evdə oturmasını, sonra yaddan çıxan dərs saatı veriləcəyini” bildirməsi onun 2016-cı ilin iyun ayından işdən çıxarıldığı barədə məlumatının olmasını kifayət qədər təsdiq edir. Ötən 3 il müddət ərzində iddiaçı ünvaninin direktoruna, işdən çıxarılması, işə bərpa olunması ilə bağlı heç bir müraciət etməmişdir. Eyni zamanda, iddiaçı 20 noyabr 2018-ci il tarixdə Təhsil Nazirliyinə rəsmi surətdə şikayət etmiş, həmin vaxt şikayət ərizəsi baxılması üçün Cavabdeh2nə göndərilmiş, Təhsil Şöbəsindən İddiaçı bununla bağlı ətraflı cavab verilmişdir. Həmçi nin, iddiaçının atası Elşad Qafarovun (nümayəndəsi) Daşkəsən rayon prokurorluğuna etdiyi şikayət ərizəsinə əsasən İddiaçı 15 sentyabr 2011-ci il tarixdə Daşkəsən şəhəri A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbinə gənclərin çağrışaqədərki hərbi hazırlığı müəllimi, 15 sentyabr 2014-cü il tarixli əmrlə Daşkəsən şəhəri ünvanə müvəqqəti olaraq fiziki-tərbiyə müəllimi vəzifəsinə təyin olunması, 16 iyun 2016-cı il tarixli 79 nömrəli əmrlə fiziki-tərbiyə müəllimi vəzifəsindən azad olunması ilə bağlı bütün məsələlər dərindən araşdırılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu da bir daha iddiaçının işdən çıxarıldığı vaxt əmrin surətini aldığını və həmin vaxtdan da hüquqlarının pozulduğunu bilməsini təsdiq edir. Məhkəmə ko llegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1302/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov