Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5674/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müddətin bərpası ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-576/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022 -ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Qəbələ rayonu 4 saylı tam orta məktəbinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəbələ şəhəri, N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Nümayəndə2 Əlibaba qızından işdən azad edilməsi barədə 14 iyun 2017-ci il tarixli 38 saylı əmrini ləğv edib texnologiya müəllimi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-121/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) idd ia tələbi təmin edilməmişdir.
3. Qəbələ Rayon Məhkəməsinin 2(025)-121/2022 saylı, 28 yanvar 2022-ci il tarixli təqdimatı ilə (hakim Abbas Əliyev) Qəbələ şəhəri, Nicat Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Nümayəndə2 Əlibaba qızının və Qəbələ rayon Təhsil şöbəsinin işçisi X1 yol verdikləri qanun pozuntularının aradan qaldırılması üçün tədirlər görülməsi məqsədilə Təhsil Nazirliyinə təqdimat verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Həmin qətnamədən İddiaçı şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 20 aprel 2022-ci il tarixli, 2(107)- 576 saylı qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əs ədli və Ayaz Mahmudov) şikayət təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayət verilərək qətnamənin ləğv edilməsi, işin təkrar apelyasiya baxışına göndərilməsi xahiş edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(107)-576/2022 saylı qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Ayaz Mahmudov) kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır.
8. Apellyasiya instansiya məhkəməsinin qərardadından İddiaçı kassasiya şikayət vermiş, şikayətə prosessual müddətin bərpası barədə ərizə (vəsatət) təqdim etmişdir.
9. Həmin ərizədə İddiaçı göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsin in 20 aprel 2022-ci il tarixli, 2(107)-576/2022 saylı qətnaməsi ona poçt işçiləri tərəfindən rəsmən təqdim edilməmiş və xəbəmaməyə atılmış imza isə ona məxsus deyildir. Ona isə qətnamə qeyrirəsmi olaraq yaxın qohumu tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. O, rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamır və ünvan 2 ünvanına təqdim edilir ki, həmin ünvandan da ona qeyrirəsmi olaraq bir qədər gec təqdim olunur. Ona görə də hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməsi üçün müddət üzürlü səbəbdən ötürülmüşdür. Həçinin, ərizəsinə faktiki yaşayış ünvanı barədə Qəbələ İHB-nın Qəbələ şəhər İcra Nümayəndəliyindən alınmış arayışı da əlavə etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(107)-576/2022 saylı qərar dadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin iş icraatda olduğu dövrdə iddiaçı ilə bütün yazışmalar sonuncunun qeydiyyatda olduğu ünvan 1 ünvanında aparılmışdır.
12. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab etmişd ir ki, hazırki ərizədə göstərilənlər kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməyəcəyindən, həmçinin ərizəyə buraxılmış prosessual müddətin üzürlü hesab edilməsinə əsas ola biləcək hər-hansısa bir sənəd əlavə edilmədiyindən ərizə təmin edilə bilməz.
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və 20.4.2022-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(107)-576/2022 saylı qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) müddətin bərpa edilməsinə dair ərizə təmin edilmiş, apellyasiya məhkəməsinin 10.8.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407-408-ci maddəsinin tələblərinə uyğun hesab edilərək baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(107)-576/2022 nömrəli qərardadın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(107)-576/2022 saylı qətnaməsi on a poçt işçiləri tərəfindən rəsmən təqdim edilməmiş və xəbərnaməyə atılmış imza isə ona məxsus deyildir. Ona isə qətnamə qeyri-rəsmi olaraq yaxın qohumu tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Rəsmi qeydiyyatda olduğu Qəbələ şəhəri, M.Mərdanov küçəsi,ev 14 ünvanında deyil, Qəbələ şəhəri, İ.Qayıbov küçəsi,ev 28 ünvanında yaşadığından, məktublar qeydiyyat ünvanına təqdim edilir ki, həmin ünvandan da ona qeyri-rəsmi olaraq bir qədər gec təqdim olunmuşdur. Ona görə də hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilməsi üçün müddət üzürlü səbəbdən ötürülmüşdür. Həmçinin, müddətin bərpası barədə ərizəyə faktiki yaşayış ünvanı barədə Qəbələ İHB-nın Qəbələ şəhər İcra Nümayəndəliyindən alınmış arayışı da əlavə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz əlavə edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə 3
60. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
23. Maddə 361.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir.
24. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağl ı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
31. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etmənin prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçılarının vəzifəsidir. Apellyasiya məhkəməsi düzgün olaraq müddətin bərpası üçün əsaslar müəyyən olunmaması qənaətinə gəlmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-576/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.