Məhkəmə qərarları › İş №2(102)-5678/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5678/2020

23.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5678/2020 23.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1575/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan so nra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan və Göygöl rayonu, XXX kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin 0,106 hissəsindən çıxarılması və həmin torpaq sahəsində qanunsuz aparılmış tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)773/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-1575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov – sədrlik edən və məruzəçi, R.Mamedov və Ə.Abdullayev) birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Bayramov – sədrlik edən və məruzəçi, R.Mamedov və Ə.Abdullayev) cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin geri qaytarılması qənaətinə gələrkən hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada əldə edilmiş, ondan kassasiya şikayəti xx.xx. 2020-ci il tarixdə poçta verilmiş, kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Həmçinin, ötürülmüş müddətin bərpasına dair ərizə verilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil Hüseyn oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə, yəni xx.xx.2020-ci il tarixdə rabitə orqanına vermiş və bu barədə xəbərnaməli qəbz almışdır. Həmçinin, xx.xx.2020-ci il tarixədək respublika üzrə sər t karantin rejimi olduğundan və məhkəmə dəftərxanaları işləmədiyindən onun kassasiya şikayəti məhkəməyə gec çatmışdır. İş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üz rə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmi şsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də ondan kassasiya şikayətini prosessual müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi də qanuni və əsaslı olaraq kassasiya şikayəti verilməsi müddətini ötürülmüş hesab edərək kassasiya şikayətini geri qaytarmışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Cav abdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyini əsaslandırmağa çalışır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal sübut olunmuş olsa belə, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş iki aylıq prosessual müddət ötürülmüşdür. Eyni zamanda cavabdeh buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə də vəsatət verməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(104)-1575/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar