Məhkəmə qərarları › İş №2(102)-568/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-568/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-568/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh xxx qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi, vindikasiya iddiası, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh xxx qızına qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh x xx qızının kassasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnaməyə əsasən Gəncə şəhər XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarı ilə ünvan 1ərazisindən, bağ yeri üçün 0.04 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. 2.“Fаrfоrçu” bağçılıq yoldaşlığı birliyinin verdiyi arayışa əsasən Kirovabad şəhəri X1 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevinc qəsəbəsi, 107 nömrəli məhəllədən İddiaçı1 bağ yeri üçün 0.04 ha torpaq sahəsi ayrılmışdır. 3.“Fаrfоrçu" bağçılıq yoldaşlığı birliyinin verdiyi xx.xx.1994-cü il tarixli arayışın surətinə əsasən Kirovabad şəhəri X1 İcraiy yə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Gəc zavodu ərazisindən 54 nömrəli məhəllədən xxx qızına bağ yeri üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. 4.RX seriyalı, ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisində bağı evi və altındakı 0,04 ha torpaq xxx qızının mülkiyyətindədir. 5.Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-267/2022 saylı inzibati iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-21/2017 nömrəli qərarı ləğv edilmiş, ünvan 1 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il RX seriyalı ******* saylı çıxarışın ləğv edilməs i öhdəliyi cavabdehin (DƏDRX) üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. Sözügedən qərardan müəyyən edilir ki, mübahisəli torpaq sahəsi barəsində xxx qızının adına olan RX seriyalı ******* saylı Çıxarış qanuni əsaslı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1 (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ailəsi ilə birlikdə iddiaçıya məxsus olan Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsi, 29 saylı küçədə yerləşən qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması və orada olan özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dörd bir tərəfini qazdıraraq oraya bir maşın çay daşı tökdürmüşdür. Lakin gözdən 1-ci qrup əlil olduğu üçün dəfələrlə xəstəxanalarda yatıb müalicə olunduğuna görə həmin torpaq sahəsində heç bir tikinti işləri apara bilməmişdir. Təxminən 2011-ci ilin noyabr-dekabr aylarında növbəti dəfə xəstəxanada gözündən müalicə olunarkən, qızı Amilə Bağırovaya bildirmişlər ki, onlara məxsus torpaq sahəsində Cavabdeh1 ev tikir. 8.İddiaçı həmin yerə gedib torpağa aid sənədlərini göstərib torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Rüfət orada olan tikilini sökmüş və daşlarını yığıb aparmışdır. 2012-ci ilin iyun-iyul aylarında torpaq sahəsinə gedərkən iddiaçı görmüşdür ki, Cavabdeh1 yenidən ona məxsus torpaq sahəsində ev tikir. İddiaçı dəfələrlə tikintini dayandırmağı barədə Rüfətə xəbərdarlıq etsə də, Rüfət ona ə həmiyyət verməmiş və tikintini davam etdirmişdir. 9.Hazırda iddiaçıya məxsus torpaq sahəsində Cavabdeh1 qanunsuz olaraq ev tikdirmişdir və ailə üzvləri ilə birlikdə orada yaşayır. Rüfətdən ona məxsus torpaq sahəsini dəfələrlə boşaltmasını tələb etsə də, o torpaq sahəsini boşaltmır.

10. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 180-ci maddələrinə istinad etmişdir.

11. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh xxx qızı ilə əvəzlənməsini xahiş etmiş, vəsatət təmin təmin edilərək, xxx qızı (bundan sonra “cavabdeh”) əsl cavabdeh qismində işə cəlb olunmuşdur.

12. Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, 8 ildən artıqdır həmin torpaq sahəsində ev tikdirərək, ailə üzvləri ilə birgə yaşayır. İddiaçıya məxsus torpaq sahəsi Sev inc qəsəbəsindəki başqa ərazidə yerləşir. Sözügedən torpaq sahəsini isə həmin qəsəbədə yaşayan Ramiz adlı şəxsdən almış, sənədləri Ramiz ona vermişdir.

13. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2147/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Yaşar Həşimov)

14. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının ona ayrılmış torpaq sahəsinə aid hüquq müəyyənedici sənədləri olsa da, hazırda cavabdehin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin məhz ona məxsus olan torpaq sahəsi olduğunu sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı sonuncu dəfə 2010-cu ildə orada olduğunu və orada heç bir tikili olmadığını, cavabdeh isə təxminən 8 il bundan əvvəl orada ev tikdirərək yaşadığını bildirmişdir. Bu da o dem əkdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi eynilik təşkil etmir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə ona məxsus torpaq sahəsində Rüfət və Validə adlı şəxslərin qanunsuz tikinti işləri aparması barədə polis orqanlarına müraciət etmiş, polis idarəsində iddiaçı və cavabdeh torpağa aid sənədləri təqdim etmiş və cavabdehə məxsus sənədlərin açıq-a şkar saxta olması müəyyən edilmişdir. Cavabdeh bildirmişdir ki, torpaq sahəsini makler Ramiz Süleymanovdan almışdır. Birinci instansiya məhkəməsinin iclasında həmin maklerin iclasa dəvət olunması xahiş edilsə də, məlum olmuşdur ki, həmin şəxs vətəndaşlara saxta qərarlar verdiyi üçün tutulmuşdur. Bu isə, açıq-aydın cavabdehin məhkəməyə təqdim etdiyi sənədin (qərarın) saxta olmasını təsdiq edir. İşə baxan məhkəmə isə cavabdehin verdiyi izahatdakı mülahizələrə istinad etmiş, iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərə isə hüquqi qiymət verməmişdir.

18. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, mübahisəli torpaqda ev tikdirib, təxminən 8 ildən artıqdır ailəsi ilə birgə orada yaşayır. Evi tikdirən zaman torpaq sahəsi boş olmuş dur. Həmin torpaq sahəsini qanuni əsaslarla İbrahim Abullayevdən almışdır. Həmin yerə iddiaçının sənədi olsa da, onun da sənədi qanunidir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçıya məxsus torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə aydınlıq gətirmək üçün müvafiq suallar qoyulmuşdur.

20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli, 20790 nömrəli rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə cavabdeh tərəfindən hal-hazırda istifadə edilən ünvan 1 saylı küçədə yerləşən torpaq sahəsi üst-üstə düşür, eləcə də cavabdeh tərəfindən hal-hazırda istifadə edilən torpaq sah əsində tikili mövcuddur və tikili torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-277/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, iddiaçıya məxsus olan Gəncə şəhərinin Sevinc qəsəbəsindəki 29 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində inşa olunmuş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzə çi), Zərbəli Zərbəliyev və Rəhman Muradov)

22. Apellyasiya instansiyası məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən cavabdeh istifadə edir və orada tikililər inşa olunmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia tələbinin əsasını mərkəzi hüquq norması kimi Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı torpağın mülkiyyətçisi kimi Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdeh tərəfindən zəbt olunmuş torpaqdan çıxarılmasını tələb etmək hüququ vardır.

25. Apellyasiya in stansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehi JN449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən istifadə hüququ ilə yüklü edən hüquqi əsas yoxdur və mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş mülk cavabdehin hesabına sökülməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinin özünə məxsus olması, iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun olmaması, iddiaçının mükiyyətinə torpağın verilməsinə dair şəhadətnamənin hüquqi qüvvəsinin olmaması barədə dəlillərini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, Mülki Məcəlləin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alı nmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi “Farforçu” bağçılıq-yoldaşlıq birliyinin xx.xx.1994-cü il tarixli arayışı ilə ona bağ yeri üçün 400 m2 torpaq sahəsinin ayrılması barədə dəlilinə qiymət verərək göstərmişdir ki, həmin dövrdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 25-ci maddəsinə görə müəssisələr, idarələr və təşkilatlar bostançılıq, ot çalımı və mal-qaranın otarılması məqsədləri üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verirlər. Bu baxımdan, cavabdehin həmin torpaq sahəsindən istifadə hüququ inkar olunmur, lakin bu torpaq sahəsinin hansı yerdən verildiyi, onun koordinatları müəyyən olunmur. İddiaçının isə torpağa mülkiyyət hüququ döv lət qeydiyyatına alınmışdır və koordinatları məlumdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 139.1, 140, 152, 157.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki-Prosessual Məcəllənin 88-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətində iddiaya etirazın dəlillərinə istinad edilmiş, şikayətə cavabdehin adına tərtib edilmiş xx.xx.2016-c il tarixli RX seriyalı ******* saylı Çıxarış da əlavə edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəm əsi Mülki kollegiyasının 2(102)-2411/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Ali Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin və orada yerləşən 92.4 kv.m sahəsi olan bağ evinin cavabdehin adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasını nəzərə almamış, həqiqətə nail olmaq üçün işin hallarını hərtərəfli və tam araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

33. İşin təkrar apellyasiya baxışı zamanı iddiaçı vəsatət verərək cavabde hin adına verilmiş xx.xx.2016-c il tarixli RX seriyalı ******* saylı Çıxarışı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirdiyini bildirmiş və həmin işlə bağlı yekun qərar qəbul edilib qüvvəyə minənədək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi 28 sentyabr 2016-cı il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır.

35. İddiaçının cavabdehin adına verilmiş xx.xx.2016-c il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğvi barədə iddiası bir neçə məhkəmə instansiyalarında baxıldıqda sonra, son nəticədə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-267/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı ilə təmin edilmiş, ünvan 1 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyes tr nömrəli texniki pasportun və xx.xx.2016-cı il RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin (DƏDRX) üzərinə qoyulmuşdur.

36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin olunmuş, cavabdeh xxx qızının İddiaçı1 məxsus olan ünvan 129 saylı küçədə yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-449A KOD 20000002 saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, Afiq Hüse ynzadə)

37. Apellyasiya instansiyası məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin İnzibatiKollegiyasının 2-1(104)-267/2022 saylı inzibati iş üzrə 02 sentyabr 2022-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, ünvan 1 saylı küçədə yerləşən bağ evinə dair xx.xx.2016-cı il tarixli **********00-11301 reyestr nömrəli texniki pasportun və xx.xx.2016-cı il RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin (DƏDRX) üzərinə qoyulmuşdur. Həmin qərara əsasən mübahisəli torpaq sahəsi barəsində cavabdehin adına olan RX seriyalı ******* saylı Çıxarışın qanuni əsası olmamışdır. Sözügedən qanuni qüvvəsini almışdır.

38. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, bununla da, qanuni qüvvədə olan məhkəmə qərarı ilə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması işi n faktiki halı kimi təsdiq olunur.

39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Tədqiq edilmiş sübutlara əsasən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir və cavabdeh tərəfindən zəbt edilərək, üzərində ev tikilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

40. Apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas verir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh Validə Həsənova kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayətinin dəlilinə görə, çıxarışın ləğv edilməsi ilə bağlı apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarı ilə cavabdehin yalnız sərəncam vermək hüququ məhdudlaşdırılmış, lakin mülkiyyət hüququnun tərkib hissəsi kimi cavabdehin istifadə və sahiblik hüququ qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

45. İddiaçı etirazında kassasiya şikayətinin formal mülahizələrlə əsaslandırıldığına istinad edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 15 2.2 Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3 İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

3. Torpaq mülk iyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Mad də 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının lə ğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir

47. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.

51. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

52. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

53. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.

54. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən torpaq sahəsi iddiaçının mülkiyyətindədir, iddiaçıya məxsus həmin torpaq sahəsindən cavabdeh buna hər hansı hüququ olmadan istifadə edir. Qeyd edilən torpaq sahəsindən istifadə etməsini və orada ev inşa etməsini cavabdeh də mübahisələndirmir. Lakin cavabdeh kassasiya şikayətinin dəlili kimi öz adına olan çıxarışın ləğv edilməsi barədə apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qərarı ilə yalnız sərəncam vermək hüququnun məhdudlaşdırılmasına, mülkiyyət hüququnun tərkib hissəsi kimi istifadə və sahiblik hüququnun qalmasına istinad etmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili əsaslı deyil, çünki hazırki halda onun istinad etdiyi istifadə və sahiblik hüququ mülkiyyət hüququnun elementləri kimi çıxış edir (bunu özü də şikayətində vurğula yır) və cavabdehin mübahisədə adı keçən torpağa mülkiyyət hüququ olmadığı üçün onun mülkiyyətçiyə qarşı bu hüququn digər elementlərindən irəli gələn hər hansı başqa hüququ da istisna edilir.

56. Bu baxımdan, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar