Məhkəmə qərarları › İş №2(102)-568/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-568/2025

12.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-568/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və tikilinin boşaldılması” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(108)-134/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı vəkili - nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Ordubad rayonu, Dəstə kəndində yerləşən 0.1196 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ordubad Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki ko llegiyasının 16 avqust 2024-cü il tarixli, 2(108)-134/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Ordubad Rayon Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli, 2(080)-201/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə 20 noyabr 2024-cü il tarixdə kassasiya şikayəti verərək, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasını üzrlü hesab edilməklə müddətin bərpa edilməsini, kassasiya şikayətinin təmin edilməsini və kollegiyanın xx.xx.2024-cü il tarixli, 2(108)-134/2024 saylı qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətinə əlavə etdiyi ərizəsində qeyd etmişdir ki, məhkə mə qətnaməsini 19 noyabr 2024-cü il tarixdə vəkilinin köməkliyi ilə elektron kabinetinə daxil olaraq götürmüş, qətnaməni götürdükdən sonra ona məlum olmuşdur ki, həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün 2 ay müddəti var imiş. Lakin qətnamə ona poçt vasitəsilə göndərilməmiş, 19 noyabr 2024-cü il tarixdə məhkəməyə gedərək əlbəəl götürmək istəsə də, ona təqdim edilməmişdir. Qətnamənin hazır olması barədə məlumatdan Ordubad rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ona evin boşaldılmasına dair zəng gəldikdə xəbər tutmuşdur, çünki məhkəmə qətnaməsinin poçtla təqdim edilməsini gözləmişdir.

7. Cavabdeh kassasiya şikayətinə əlavə edilmiş ərizənin məzmununa uyğun izahat vermişdir.

8. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)134/2024 nömrəl i xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər Əli Allahverdiyev (sədrlik edən və məruzəçi), Səxavət Bəylərli və Vüqar Quliyev) qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, kassasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

9. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, iddiaçıya isə poçt vasitəsi ilə göndərilərək xx.xx.2024-cü il tarixdə rəsmi qaydada ona verilmişdir. Cavabdehin vəkili-nümayəndəsi isə qeyd olunan tarixlər nəzərə alınmaqla qətnamə artıq qüvvəyə mindikdən sonra, yəni 20 noyabr 2024-cü ildə buraxılmış müddətin bərpasına dair ərizə ilə birlikdə kassasiy a şikayəti vermiş və bu zaman qanunla müəyyən edilmiş həmin müddəti üzrlü səbəblər olmadan buraxmışdır.

10. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsində göstərdiyi qətnamənin ona poçt vasitəsilə göndərilməməsi və qətnamənin poçtla ona təqdim edilməsini gözləməsi ilə əlaqədar dəlillərinə münasibətdə hesab etmişdir ki, həmin dəlillər tamamilə əsassızdır və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan çıxarışla müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 2(108)-134/2024 saylı qətnamə elektron imza ilə təsdiq edilməklə xx. xx.2024-cü il tarixdə saat 11:17-də Cavabdeh məxsus şəxsi elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Naxçıvan Mustar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(108)134/2024 saylı qərardadının ləğv edilərək kassasiya şikayətinin verilməsi üçün üzrlü səbəbdən ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vermiş olduğu ərizənin təmin edilməsi barədə müvafiq qərardadın qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin müddət bərpasına dair ərizəsi təmin edilməli idi. Çünki nəticə etibarilə vətəndaşın tələbi 10 illik qətnamə üzrə müddətin bərpası deyil, bilməməzlikdən buraxmış olduğu 20 gün müddətin bərpa edilməsidir. Yəni “müddətin bərpasına dair ərizə” institutunun mahiyyəti elə bu kimi hallar üçün nəzərdə tutulmuşdur. Məhkəmə də rayon camaatının bu kimi gətirilmiş əsaslarını nəzərə almalı idi. Cavabdeh Naxçıvan MR ərazisində yaşayan, sadə əmək fəaliyyəti ilə məşğul olan və kənd həyatı sürən bir vətəndaşdır. Onun elektron kabinetinin mövcud olması hələ o demək deyildir ki, o, elektron sənəd dövriyyəsi ilə tanış olan bir vətəndaşdır. “Elektron məhkəmə” sisteminin bir çox rayonlar üçün yeni bir anlayış olması və sadə vətəndaşın bunun mahiyyətinə vara bilməməsi tamamilə başa düşülən bir haldır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi

15. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə ed ilir.

18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.1. Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

23. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, hə min sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

24. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzr ə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

27. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.... “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublika sı Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı 28....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın... "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı 29.... Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktlar ın mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir... Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

32. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual ş ərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

33. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tari xindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

34. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 16 avqust 2024-cü il tarixli, 2(108)-134/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmişdir.

35. Lakin cavabdehin kassasiya şikayəti 20 noyabr 2024-cü il tarixdə elektron qaydada verilmişdir.

36. Göründüyü kimi cavabdeh kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.

37. İddiaçının kassasiya ş ikayəti vemək üçün müddətin axımının qətnamənin elektron kabinetdə yerləşdirilməsi tarixindən deyil, ona poçt vasitəsilə çatdırıldığı tarixdən hesablanmalı olduğu barədə dəlili əsassızdır.

38. Cavabdehin «“Elektron məhkəmə” sisteminin bir çox rayonlar üçün yeni bir anlayış olması və sadə vətəndaşın bunun mahiyyətinə vara bilməməsi» barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qərardadın ləğvi üçün əsas ola bilməz. Çünki cavabdeh “Elektron məhkəmə” informasiya sistemi ilə yalnız kassasiya şikayəti verilən zaman tanış olmamışdı. Əksinə, cavabdeh bu qaydalardan məlumatlı olmaqla yanaşı, ondan istifadə qaydalarını da bilirdi və istifadə edirdi. Çünki cavabdeh birinci insyansiya məhkəməsində artıq yazışmaları “Elektron məhkəmə” informasiya sistemi üzərindən həyata keçirm iş, birinci instansiya məhkəməsinin qətnaməsini və qərardadlarını də elektron qaydada almış, qətnamədən apelyasiya şikayətini, habelə qərardadlardan şikayətləri də elektron qaydada vermişdir.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

40. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə mane ə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

41. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

42. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(108)-134/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar