Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5682/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa barədə 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)1135/2022 saylı qətnaməsindən Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan son ra iddiaçı) məhkəmədə Cavabdeh MMC-nə (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 19 aprel 2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehdə əvvəlki “kiçik mütəxəssis vəzifəsinə” bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı, iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 19 aprel 2021-ci il tarixli, BTİX-049 saylı əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi, cavabdehdə “insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə” bərpa edilməsi və məhkəmə qətnaməsi qəbul edilənədək müddət üçün hesablanmaqla məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, göstərilmiş hüquqi xidmətə görə 300 manat, maddi zərərə görə 2.000 manat və mənəvi zərərə görə 1.000 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia qismən təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 19 aprel 2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə “insan resursları üzrə kiçik mütəxəssis” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bir aylıq sınaq müddəti müəyyənləşdirilməklə 3 ay müddətinə 17 mart 2021-ci il tarixli müddətli əmək müqaviləsi bağlanıb, iddiaçının tərəf olduğu əmək müqaviləsinə işəgötürən tərəfindən sınaq zamanı özünü doğrultmadığı əsası ilə 19 aprel 2021-ci il tarixdə xitam verilib. Halbuki, işəgötürən iddiaçı ilə bağlanmış əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi imkanına 17 aprel 2021-ci il tarixədək malik olub və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tə nzimlənməli olacaqdır. Həmçinin, X2 Xidməti, Bakı şəhər İdarəsinin məhkəməyə göndərdiyi materiallardan görünür ki, cavabdehin qanuni təmsilçisi X1 dövlət orqanının müvafiq qərarından verdiyi şikayətdə 17 aprel 2021-ci il tarixin qeyri-iş gününə düşdüyünə istinad etdiyi müəyyən edilir. Lakin, bu şikayəti araşdıran X2 Xidməti, Bakı şəhər İdarəsi cavabdehin bu dəlili altı günlük iş həftəsi iləişləyən işçilərin şənbə günlərinin qeyri-iş günləri hesab edilməsi ilə bağlı əmrin olmasına baxmayaraq iddiaçının əmək müqaviləsinə hər-hansı dəyişikliyin edilmədiyi, iddiaçı ilə 1 aylıq sınaq müddəti müəyyən edilməklə bağlanmış əmək müqaviləsinə 17 aprel 2021-ci il tarixdə xitam verilməli olduğu halda, 19 aprel 2021-ci il tarixdə xitam verilməsinin əmək qanunvericiliyinin müvafiq tələblərinə zidd oldu ğu ilə təkzib edib. Qərarda eyni zamanda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilərkən iddiaçının yazılı formada qanunvericilikdə nəzərdə tutulan müddətdə xəbərdar edilmədiyinə istinad edilib. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyib, iddianın əsassız olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməyib, mülki işin araşdırılması zamanı isə iddiaçı və 3-cü şəxs X2 Xidmətinin təqdim etdiyi sənədlərin nəzərə alınmaması üçün hər hansı bir hal müəyyən olunmadı. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində işəgötürən tər əfindən qanun pozuntusuna yol verilməsi halı yoxlanılıb və yuxarıda qeyd edilənlərə əsasən iddiaçının tələbinin əsaslı olduğu müəyyən edilir. Belə ki, mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 53, 70, 71.3, 300-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2022-ci il tarixli qətnaməsi ilə (haki mlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.Ş.Şirinov və X.A.Mərdanova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, X2 Xidmətinin 19 may 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarına görə, iddiaçı ilə 17 mart 2021-ci il tarixində 1 aylıq sınaq müddəti müəyyən edilməklə 3 aylıq əmək müqaviləsi bağlanıb və 19 aprel 2021-ci il tarixində həmin əmək müqaviləsinə xitam verilib. Lakin, əmək müqaviləsinə xitam ver ilməsi ilə bağlı iddiaçıya xəbərdarlığın onun tərəfindən imzalanması və ya xəbərdarlığın iddiaçıya çatdırılması barədə hər hansı sənəd aşkar edilmədi. Əksinə, ekspertin rəyinə görə, müqavilədəki 1 rəqəmi və həmin müqavilədəki digər yazıların rəngləyici maddələrinin kimyəvi tərkibi eynidir. Müqavilənin 2-ci paraqrafının 2.2-ci bəndində yazılmış 1 rəqəmi isə iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilib. Ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən hazırki mülki mübahisənin həllində həmin ekspert rəyinə istinad edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Hazırki iş üzrə iddiaçı 3000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin 200 manat müəyyən edilməsi işin hallarına u yğun olub. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 44.3, 53, 70, 71.3, 290, 300.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən, o sınaq müddəti ərzində özünü doğrultmadığı üçün xitam verilib. Bu səbəbdən də iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsaslar olmayıb və sınaq müddəti artıq bitib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının etiraz ərizəsində kassasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflə rdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər; 70-ci maddəsinin “d” bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfind ən ləğv edilə bilər; 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələn dirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında b ir aylıq sınaq müddəti müəyyənləşdirilməklə 3 ay müddətinə 17 mart 2021-ci il tarixli müddətli əmək müqaviləsi bağlanıb, iddiaçının tərəf olduğu əmək müqaviləsinə işəgötürən tərəfindən sınaq zamanı özünü doğrultmadığı əsası ilə 19 aprel 2021-ci il tarixdə xitam verilib. Halbuki, işəgötürən iddiaçı ilə bağlanmış əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilməsi imkanına 17 aprel 2021-ci il tarixədək malik olub və bu tarixdən sonra mübahisəli əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar Əmək Məcəlləsinin digər maddələri ilə tənzimlənməli olacaqdır. Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər; 70-ci maddəsinin “d” bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiy i nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi üzrə düzgün olaraq xitam verildiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərə apellyasiya in stansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)-1135/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5682/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5682/2022
27.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver