Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5683/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qаrşı “torpaqdan çıxarılma” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçıların vəkili X11, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1962/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tari xli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Bərdə Rayon Xanağalı kəndində yerləşən 3,6129 ha torpaq sahəsi İddiaçı1, X1 və İddiaçı2 qızının ümumi paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsu s olan Bərdə rayonu Xanağalı kəndində yerləşən 3,6129 ha torpaq sahəsindən çıxarılmalarına və torpaq sahəsinin müəyyən edilərək ölçülüb onlara tanıdılmasına və 10 manat dövlət rüsumunun tutulub onlara ödənilməsinə dair qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Xanağalı kəndində onlara məxsus 3,6129 ha pay torpaq sahəsi var. Həmin torpaq sahəsinə dair onlara A484223 saylı Torpaq sahəsinin plan və ölçüsü, həmçinin daşınmaz əmlakın reyestr nömrəsi **********89 olan DƏDRXdən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir qanuni və hüquqi əsası olmadan onların mülkiyyətində olan 3,6129 ha torpağını zəbt edərək istifadə edir. Dəfələrlə cavabdehlərdən onlara məxsus olan torpaq sahəsindən çıxmağı tələb etsələr də cavabdehlər onl arın pay torpağından çıxmır. Odur ki, məhkəmədən cavabdehin onlara məxsus pay torpaq sahəsindən çıxarılmasına dair qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli, **********092 saylı rəyində qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X2 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 3,6129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər üç şəxs tə rəfindən istifadə edilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların paylı mülkiyyətində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 04.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilən 3,6129 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişlər. Həmin torpaq sahəsindən 3.55mx714.6m=0,254 ha olmaqla X7, 28.5mx714.6m=2,037 ha olmaqla Cavabdeh2, 18.5mx714.6m=1.3219 ha olmaqla Cavabdeh1 zəbt etmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Əyyub Kərimov) 01 fevral 2021-ci il tarixli 2(021)122/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 04.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 qızı və X3 məxsus cəmi 3,6129 ha torpaq sahəsinin 2,037 ha hissəsindən Cavabdeh2, cavabdeh 1,3219 ha hissəsindən isə Cavabdeh1 çıxarılması, dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə bu cür nəticəyə gələrkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli mütəxəssis rəyini nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxi ləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddia tələbini torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək ölçülüb tanıdılması hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçının nəzərinə çatdırır ki iddiaçı koordinatlar üzrə torpaq sahəsinin tanıdılması, sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar olaraq müvafiq dövlət orqanına müraciət etməli, torpaq sahəsi tanıdıldıqdan sonra onun hansısa hissəsinin zəbt edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmalı, torpaq sahəsinin naturada tanıdılmasından, sərhədlərinin müəyyən edilməsindən imtina edildiyi halda isə qeyd olunan orqanın hərəkətləri barədə müvafiq İnzibati məhkəməyə müraciət etməlidir. Birinci instansiya məhkəməsi qə tnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 55, 66.1, 82, 84.1, 111-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdehlər apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(021)-122/2021 nömrəli qətnaməsinin ləğv edilərək torpaq sahəsinin onların mülkiyyətində qalmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların qeyd etdikləri pay torpaq sahəsi zəbt edilməmiş, 2014-cü ildə onların öz razılıqları ilə alqı-satqı barədə şifahi müqavilələri bağlanaraq torpağın 2,037 hektarını Cavabdeh2 deyil, X4, pay torpaq sahəsinin 1,3219 hektarını isə Cavabdeh1 satmışlar. İddiaçılar yevanın və Cavabdeh1 yaxın qohumlarıdırlar. Yəni, yeva onlar ın məhrum qardaşları Hüseyn yevin arvadı, Rəşad və Rəqsanə isə onların qardaşları Hüseynin övladlarıdırlar. Həmin vaxtdan, yəni alqı-satqı müqaviləsindən sonra torpaq sahəsini yeva və Cavabdeh1 əkib-becərmişlər, torpağın vergisini ödəmişlər, torpağın əkilməsinə görə verilən subsidiyanı almışlar. Torpaq sahəsini alandan sonra iddiaçılar həm yaxın qohumları olduqları üçün onlara inanmışlar, həm də dəfələrlə iddiaçılardan torpaq sahəsinin alqı-satqısının rəsmi sənədləşdirilməsini xahiş etmişlər. Ancaq sonuncular hər dəfə pay torpaq sahəsinin alqı-satqısını sənədləşdirəcəklərinə söz versələr də müxtəlif bəhanələrlə bunu yubatmışlar. İddiaçılar alqısatqıdan sonra heç vaxt pay torpaq sahəsinə gəlməmiş, hətta pay torpaq sahəsinin harada yerləşməsini bilmirlər. Əgər torpaq sahəsini zəbt etsəydilər keçən müddət ərzində iddiaçılar torpağın qaytarılmasını tələb edərdilər. İddiaçılar özləri torpaq sahəsini sataraq, Bərdə şəhərində ev alacaqlarını bildirmişlər və yev də mərhum qardaşının ailə üzvləri olduqları üçün torpaq sahəsini almış və torpaq sahəsi üçün 7000 (yeddi min) manat ödəmişdir. İddiaçı yev isə həmin pula Bərdə şəhəri Qarabağ qəsəbəsində ev almış və hazırda həmin evdə yaşayır. X14 iddiaçı torpaq sahəsini tələb etdiyi üçün yevaya qarşı Bərdə rayon Məhkəməsində 7000 manat pul tələbi ilə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı X10yeva ilə əqd bağladığına və sonuncu torpaq sahəsindən istifadə etdiyinə görə əsl cavabdeh o deyil, X6 olmalı idi. Odur ki, iddiaçılarla aralarında şifahi əqd bağlanmış və torpaq sahəsini onlara satmışlar, onlar pay torpaq sahəsini zəbt etməmiş, heç kim onlardan torpaq sahəsini qaytarmağı tələb etməmişdir. İddiaçılara heç bir borcu yoxdur. Əksinə iddiaçılar alqı-satqı müqaviləsini rəsmiləşdirməməklə onların hüquqlarını pozmuşlar. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Rəşad Mamedov və Loğman Süleymanov) 2(104)-1962/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(021)-122/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tar ixli, **********092 saylı mütəxəssis rəyi ilə ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 3,6129 ha torpaq sahəsinin 2,037 ha Cavabdeh2, 1.3219 ha isə Cavabdeh1 tərəfindən zəbt edilməsi və torpaq sahəsinin onların qanunsuz sahibliyində olması təsdiq olunmuşdur. Cavabdehlərin apellyasiya şikayətinin dəlili mübahisəli torpaq sahəsinin alqı-satqı yolu ilə onlar tərəfindən alınması olmuşdur ki, onlar bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Belə ki, cavabdehlər alqı-satqının şifahi yolla bağlandığını bildirmişlər ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İddiaçıların mübahisəli torpaq sahəsinə mülkiyyət hüq uqları isə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq olunmaqdadır. Buna görə də iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 148.2, 152.1, 157.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1962/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Seymur Zeynalov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. İşlə əl aqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyindən qətnamə ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, torpaq sahəsi üzərində hər hansı bir hüquqa malik olmayan Cavabdeh2 tərəfindən torpaq mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Eyni zamanda, kassasiya məhkəməsi yeni sübutlar qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin işə baxılarkən qüvvədə olan 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə ə sasən isə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından görünür ki, nə birinci, nə də apellyasiya məhkəməsində cavabdehlər torpaq sahəsinin onların mülkiyyətinə keçməsi, alqı-satqısı barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1 962/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.