Məhkəmə qərarları › İş №2(102)-5683/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5683/2022

05.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5683/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilmədiyi üçün ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)4 331/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 08 avqust 2018-ci il tarixli Əmək müqaviləsi ilə Cavabdeh İddiaçı sürücü vəzifəsinə işə qəbul etmişdir. Həmin əmək müqaviləsinə xitam verilməmişdir. 2. "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 23 sentyabr 2020-ci il tarixli arayışa əsasən, 01 aprel 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinin bildirişi Azərbaycan Respublikası ƏM-in 49-cu maddəsinə əsasən, ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilərkən onun əsas iş yeri üzrə əmək müqaviləsi bildirişi (işəgötürən: Cavabdeh, VÖEN:**********) sistemdə mövcuddur) əsas iş yerinin olması səbəbindən si stemdə qeydiyyata alınmamışdır. Ona görə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında olan 08 avqust 2018-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin məcburi işəgötürən cavabdehin üzərinə qoyularaq, ondan 4400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4430 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş et mişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, təxminən 2018-ci ilin iyul ayının axırlarında iddiaçı qohumu Famil Ələsgərovdan xahiş etmişdir ki, onu özü işlədiyi yerdə işə düzəltsin. Famil bu barədə işəgötürən və adı sonradan ona məlum olan İlhamə xanımla danışıb, onun razı olduğunu bildirmişdir. O, həmin ilin avqust ayının əvvəllərindən “Tekfen” şirkətinin tikinti apardığı ərazidə qaldırıcı kran avtomaşının sürücüsü kimi gecə növbəsində işə başlamışdır. Maaşı iş günləri günə 25 manatdan, bazar günləri isə 40 manatdan hesablanaraq ona verilmişdir. Təxminən 4 ay işlədikdən sonra, gecə növbəsi ləğv olunduğu üçün İlhamə onu işdən azad etmişdir. Sonradan o, digər iş yerində işə düzəlmək istəyərkən məlum olmuşdur ki, İlhamə onları rəsmi olaraq işdən çıxarmamış və formal olaraq dayısı Çingizin işçisi kimi rəsmiləşdirmiş, işlədiyi dövrdə 200 manat məvacib hesablamışdır. Bununla əlaqədar o, 2019-cu yay aylarında İlhaməyə müraciət edərək xahiş etmişdir ki, rəsmi olaraq işdən azad etsin ki, digər yerdə işə düzələ bilsinlər. Lakin sonuncu bildirmişdir ki, iddiaçı dayısının işçisi kimi rəsmiləşdirilmiş və sonuncu onu işdən azad etməlidir. Bundan sonra, o, Cavabdeh eyni xahişlə müraciət etsə də, sonuncu heç kimi indiyə qədər işə götürmədiyini, bu işlərdən onun xəbərinin olmamasını bildirmişdir. Cavabdeh öz hərəkətləri ilə əmək və vergi qanunvericiliyinin müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, onu işdən qeyri-rəsmi azad edərək, bunu qanuna müvafiq qaydada rəsmiləşdirməmiş və nəticədə hüquqları pozularaq, digər yerdə işə düzəlmək hüququndan da məhrum olmuşdur. Bu müddət ərzində o, bir neçə müəssisəyə müraciət edərək işə düzəlmək istəsə də, sistemdə adına aktiv əmək müqaviləsi olduğu üçün bu mümkünsüz olmuşdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)1740/2021 nömrəli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova) iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin cavabdeh (işəgötürən) Cavabdeh həvalə edilməsi, Cavabdeh İddiaçı xeyrinə 4400 manat məbləğində maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qə t edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 12, 288, 292, 300-cı maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusion hüququndan məhrum edilmiş, bu səbəbdən də ona 4400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, hazırki qətnamə icra edilənədək iddiaçı əmək müqaviləsi bağlamaq imkanından məhrum olunduğundan onun maddi zərərə məruz qalması davam edir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-1740/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və H.Ü.Həmidovun iştirakı ilə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)1740/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Həmi n məktubda bildirilmişdir ki, onun şikayəti ilə bağlı fiziki şəxs Cavabdeh qeydiyyatda olduğu ünvana məktub göndərilməsinə baxmayaraq, fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmamışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən məktub əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmaması faktını təsdiq etsə də, iddiaçının həqiqətən də iş dən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olmasını təsdiq etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının həqiqətən də işdən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olması məsələsini araşdırmamışdır.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə istinad etsə də, həmin normanı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrind ən biridir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi İşəgötürən tərəfindən təmin edilməlidir. Qeyd edilən normanın mahiyyətindən görünür ki, həmin norma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin daxil edilməsini ehtiva edir. Başqa sözlə, bildirişin sistemə daxil edilməsi əmək münasibətlərinə xitam vermənin son mərhələsi olub, daha əvvəl əmək müqaviləsinə xitam verilməsini və işdən çıxarılma barədə əmrin mövcudluğunu şərtləndir ir. Lakin, iş materiallarında və məhkəmə prosesində araşdırma zamanı iddiaçının işdən çıxarılmasını göstərən əmr aşkar edilmir.

12. Birinci instansiya məhkəməsi iddiaçının işlən çıxarılması barədə əmrinin olubolmamasını araşdırmadan, yəni mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iddiaçının cavabdehlə əmək münasibətinin olmasına əsaslanaraq əmək münasibətinə xitam verilməsinə dair bildirişin sistemə daxil edilməli olmasına dair nəticəyə gəlmişdir. Halbuki, məhkəmə əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemə daxil edilməsi üçün əmək müqaviləsinin olmasına deyil, əmək müqaviləsinə xitam verilməsinə əsaslanmalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 7-ci və 12-ci, Mülki Prosessual Məcəlləsinin 9, 88, 135.3, 372-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən, birinci instansiya məhkəməsi tərəfindən yalnız əmək müqaviləsinə xitam verilib-verilməməsinin araşdırılmamasını əsas gətirərək, iddiaçını faktiki olaraq əmək hüququndan məhrum etmişdir. Belə ki, nə qədər ki, cavabdeh rəsmi olaraq işəgötürən qismində əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil etməyibsə, iddiaçı hər hansı bir quruma rəsmi olaraq işə düzələ bilməz. Birinci instansiya məhkəməsində araşdırma zamanı və işin materiallarında olan cavabdehin müxtəlif instansiyalara yazdığı şikayət ərizəsindən də bəlli olmuşdur ki, cavabdehin bacısı qızı İlhamə onun adından elektron sistemə bildiriş daxil etməklə müxtəlif şəxsləri rəsmi işə götürmüş, lakin buna dair tərəflər arasında hər hansı yazılı əmək müqaviləsi imzalanmamışdır. Məhkəmə işin hallarını tam araşdırmamış, iddiaçının apellyasiya məhkəməsində iştirakını təmin etməmişdir.

15. Kassasiya şikayətinə Azərbay can Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fak tiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.... İV. Əmək müqavilələri sərbəst bağlanılı r. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. … Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın....

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;... Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla);... Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv e dilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.... Maddə

154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.... Maddə

191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.... Maddə

192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vuru lmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anla yışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə mə hkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır.... Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə i şə baxılmasını təxirə salır.... Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;... 23. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitu siya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilm əməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab e dilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfl i, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

26. Məhkəmə ilk olaraq iddiaçının apellyasiya məhkəməsində iştirakının təmin edilməməsinə dair kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, həmin dəlili əsassız hesab edir.

27. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının rəsmi qeydiyyatda olduğu və özünün də iddia ərizəsində istinad etdiyi ünvana məhkəmə bildirişi, həmçinin mobil telefon nömrəsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə SMS bildiriş göndərilmiş, lakin iddiaçı məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376-cı maddəsinə istinad edərək, işə iddiaçının iştirakı olma dan baxılmasını mümkün hesab etmişdir.

28. İşin mahiyyəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh arasında qüvvədə olan əmək müqaviləsinin mövcudluğu və həmin əmək müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması işin müəyyən olunmuş halıdır.

29. Belə ki, cavabdeh apellyasiya şikayətində işəgötürən olmamasını, cavabdehi tanımamasını göstərsə də, apellyasiya məhkəməsi tərəflər arasında olan əmək müqaviləsinin xitamına dair əmrinin mövcud olmamasına istinad etməklə iddianı rədd etmişdir.

30. İşdə olan sənədlərlə isə Cavabdeh fərdi sahibkar olması (VOEN **********) və iddiaçıya münasibətdə işəgötürən olması müəyyən olunur.

31. Məhkəmə kollegiyası iddianın iddiaçı və cavabdeh arasında olan 08 avqust 2018-c i il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin məcburi işəgötürən cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

32. Belə ki, qeyd olunduğu kimi, tərəflər arasında əmək müqaviləsi qüvvədədir. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsində qeyd olunmuş əsaslarla xitam verilə bilər ki, hazırki işdə bu əsasların hər hansı birinin baş verməsi (o cümlədən Məcəllənin 69-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə qanunvericiliklə müəyyən o lunmuş qaydada müraciət etməsi) müəyyən olunmur. Əmək müqaviləsinə xitam verilmədiyi və verilməsi üçün əsaslar mövcud olmadığı halda isə bununla bağlı bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə yerləşdirilməsinə dair tələb təmin oluna bilməz.

33. Lakin iddianın ikinci tələbi – 4400 manat ziyanın tutulması ilə bağlı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır.

34. Belə ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə bildiriş elektron sistemə yerləşdirmədiyi üçün, o, başqa işəgötürənlərlə yeni əmək müqaviləsi bağlamaq imkanından məhrum olunmuş, bunun nəticəsinə əmək hüquqları pozulmuş, əmək haqqı almayaraq ziyana məruz qalmışdır. İddiaçı həmin tələbinin sü butu qismində "xxxx" MMCnin 23 sentyabr 2020-ci il tarixli arayışını təqdim etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əmək hüququ konstitusion hüquq olmaqla, fərdi və ictimai rifahın əsasını təşkil edir. Hər hansı səbəbdən bu hüquqdan məhrum olunması, şübhəsiz ki, müəyyən zərərə səbəb olur. Belə şəxs əmək fəaliyyəti ilə məşğul olmaq və əmək haqqı almaq imkanından məhrum olunur.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə eh tiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

37. Hazırki işdə apellyasiya məhkəməsi iddianı rədd edərkən, yalnız iddianın birinci tələbinə hüquqi qiymət vermişdir. Lakin ziyan tələbi üzrə apellyasiya məhkəməsi tərəfindən hər hansı hüquqi dəyərləndirmə aparılmamış və bununla da, Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, iddiaçının cavabdehlə əmək münasibətlərinin qüvvədə olduğu dövrdə onun müqavilə ilə nəzərdə tutulmuş əmək haqqının alıb-almaması, almadığı halda isə buna görə cavabdehin işəgötürən kimi iddiaçı qarşısında Əmək Məcəlləsinin 191-ci və Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin tələblərinə uyğun mülki məsuliyyət daşıması, həmin məsuliyyətin hədləri və əsasları araşdırılmalı idi.

38. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzr ə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

41. Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya maddi ziyanın vurumasının müəyyən edilməsi tələbinə hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən, qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

42. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-c ü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsi qismən, iddianın maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnamə si mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar