Məhkəmə qərarları › İş №2(102)-5684/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5684/2021

02.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5684/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5684/21 (Açar sözlər: əmlakın naturada bölünməsi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili X2, nümayəndəsi X3 qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1935/2021 nömrəli, 20 may 2021-ci il tarixl i qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar yaxın qohumdurlar (ata və oğul). Cavabdeh isə iddiaçılardan birinin qızı və digərinin birinin bacısdır. İş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 33 sot torpaq sahəsinin 4/6 hissəsi cavabdehə, 1/6 hissə və 1/6 hissə iddiaçılara məxsusdur. Hazırda iddiaçılar torpağın naturada bölünməsini istəyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq, Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsinin paylı (birgə) mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsinin naturada a yrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi belə əsaslandırılmışdır: Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən verilmiş hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrendən Seriya RX ********** nömrəli 22.11.2019-cu il tarixli çıxarışa əsasən Ağdam rayonu Kəlbahüseynli kəndində yerləşən 0.33 ha torpaq sahəsi paylı mülkiyyəti hüququ əsasında ona, oölu İddiaçı2 və cavabdeh Q.İddiaçı1ya məxsusdur. Həmin çıxarışa əsasən paylı mülkiyyət üzrə onun payının 1/6 hissədə müəyyən edildiyini, qızı Q.İddiaçı1 ilə aralarında ciddi narazılıqlar olduğundan hazırki, ərizə ilə məhkəməyə müraciət etdiyini qeyd etməklə iddianın təmin təmin olunmasını xahiş etmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(013)-95/2021 saylı qətnaməsi ilə (sədrlik edə n hakim Mahir Niftəliyev) iddia təmin edilmiş, Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsi Cavabdeh 4/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə paylarına uyğun olaraq naturada bölünməsi, iş üzrə ekspertiza xərcinə görə İddiaçı1, İddiaçı2 və Cavabdeh müştərək qaydada 50 manat tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) ape llyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)24/2019 saylı iş üzrə qəbul etdiyi 28 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti apellyasiya şikayətində qeyd olunanlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, torpağı mərhum anası bütünlüklə ona bağışlamış və bu hala görə hər hansı bölgünün predmeti ola bilməz. Apellyasiya Məhkəməsi mübahisəni həl edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının vəkili X2 və iddiaçının nümayəndəsi X3 qızı kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

18. Maddə. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

19. Maddə. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna mal ikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli, 2(013)-2454/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə Ağdam rayon Aqrar İslahat Komissiyasının 18.12.1999-cu il tarixli, 23 saylı qərarı əsasında və ******* saylı RX seriya Reyestr çıxarışı ilə mülkiyyət hüququ əsasında Cavabdeh və Bəsurə Səfərovaya məxsus Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsinin ½ hissəsinin Cavabdeh mülkiyyət hüququ ilə məxsus olması nəzərə alınmaqla torpaq sahəsinin mərhum Bəsurə Səfərovaya (anaya) aid ½ hissəsi 1/3 paydan olmaqla Cavabdeh, İddiaçı1 və İddiaçı2 payı hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.11.2019-cu il tarixli elektron çıxarışı ilə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsinin 4/6 hissəsi Cavabdeh, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi isə İddiaçı2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2020-ci il tarixli, 10/1414 saylı rəyi ilə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsinin paylara uyğun olaraq mülki işin 10-ci səhifəsinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq, real bölgüsünün naturada aparılmasının mümkünlüyü müəyyən edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi, prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir.

28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1935/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar