Məhkəmə qərarları › İş №2(102)-569/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-569/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-569/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxs XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-569/22 (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs XXXna qarşı “işləmə faktının müəyyən edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1265/2021 saylı, 01.09.2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli, 379 saylı arayışa əsasən, Cəlilabad rayon Kino Birliyinin arxiv sənədləri (əmr və əmək haqqı kitabları) arxivə təhvil verilmədiyindən Ərizəçi işləməsini təsdiq edən heç bir sənəd tapılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 1988-ci ildən 2004-cü ilədək Cəlilabad rayon Kino Birliyində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ərizəçi əmək fəaliyyətinə 11 oktyabr 1972ci il tarixdə başlamış, 01 aprel 1988-ci il tarixdə, 24 saylı əmrlə Cəlilabad rayon X4 kənd kinoqurucusu-kino mexanik vəzifəsinə təyin olunmuş, əmək fəaliyyətini 1996-cı ilə qədər həmin vəzifədə fasiləsiz davam etdirmişdir. Əmək kitabçasında işə qəbul olunması barədə əmr qeyd olunsa da, işdən çıxması barədə qeyd yoxdur. Buna görə də, həmin illər sosial sığorta stajı kimi nəzərə alınmır.

4. İş materiallarında olan əmək kitabçasına əsasən, ərizəçi 01 aprel 1988-ci ildə 24 saylı əmrlə Cəlilabad rayon Qarakazımlı kənd kino qurğusuna kinomexanik vəzifəsinə işə qəbul olunmuşdur. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli, 379 saylı arayışa əsasən, Cəlilabad rayon Kino Birliyinin arxiv sənədləri (əmr və əmək haqqı kitabları) arxivə təhvil verilmədiyindən Ərizəçi işləməsi təsdiq edən heç bir sənəd tapılmamışdır.

5. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1884/2020 nömrəli, 30.0 9.2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) ərizə təmin edilmişdir.

6. Məhkəmə iş üzrə gəldiyi nəticəni işin faktiki halları və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə əsaslandırmışdır.

7. Maraqlı şəxs XXX həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) 2(106)-1265/2021 nömrəli, 01.09.2021-ci il tarixli qətnaməsi maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1884/2020 nömrəli, 30.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizə rədd edilmişdir.

9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instan siya məhkəməsində ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, 01 yanvar 1955-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində doğulmuşdur və hazırda da, həmin kənddə yaşayır. Ərizəçini uzun müddətdir ki, tanıyır. Belə ki, özü 1977-2000-ci illərdə Cəlilabad rayon Kino Birliyində işləmişdir. Ərizəçi 01aprel 1988-ci il tarixdə Cəlilabad rayon Kino Birliyinə kinomexanik işinə qəbul olunmuş və o, özü 2000-ci ildə işdən azad olunan vaxt ərizəçi işləməkdə davam etmişdir. X3 əmək kitabçasının surətindən görünür ki, sonuncu 30 iyul 1977-ci ildə X7 təmir ustası işinə qəbul edilmişdir, lakin işdən çıxması barədə əmək kitabçasında qeyd yoxdur. Ərizəçi X1 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan fakt ının müəyyən edilməsi” barədə ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)2339/2015 nömrəli, 16 noyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin olunaraq ərizəçi X1 1977-2000-ci illərdə Cəlilabad rayon Kino Birliyində işləməsi faktı müəyyən edilmişdir.

10. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, həmin iş üzrə ərizəçi X1 eynilə hazırki iş üzrə olduğu kimi işə girməsi barədə əmək kitabçasında qeyd olsa da, işdən çıxmasını, sonrakı əmək fəaliyyətini əks etdirən qeydlər yoxdur.

11. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsində ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, 1970-ci ildə Cəlilabad şəhərində doğulmuşdur. Ərizəçini uzun müddətdir ki, tanıyır. Belə ki, özü 30 may 1996- cı ildən 2004-cü ilədək Cəlilabad rayon Kino Biriliyində kinomexanik işləmiş və 2004-cü ilədək həmin vəzifədə işləməkdə davam etmişdir. Ərizəçi X6 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-845/2018 nömrəli, 16 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin olunaraq ərizəçi X6 30 may 1996-cı ildən 2004-cü ilədək Cəlilabad rayon Kino Birliyində kinomexanik işləməsi faktı müəyyən edilmişdir.

12. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunmuşdur ki, həmin iş üzrə şahid qismində hazırki iş üzrə ərziəçi Ərizəçi Hacı oğlu dindirilmiş və sonuncu özünün 1988-ci ildən 2004-cü ilədək Kino Birliyində kinomexanik işlədiyini bildirərək, ərizəçinin də 1 996-cı ildən 2004-cü ilədək orada işləməsini təsdiq etmişdir.

13. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilən sorğulara cavab olaraq bildirilmişdir ki, Cəlilabad rayon Kino Birliyinin arxiv sənədləri Mədəniyyət Nazirliyinə təhvil verilməmişdir. Aidiyyəti üzrə X5 İdarəsinə müraciət etmək tövsiyyə olunur.

14. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X5 İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 18 avqust 2021-ci il tarixli 307 saylı cavab məktubunda qeyd edilmişdir ki, idarənin Cəlilabad rayonunda fəaliyyət göstərən müəssisələrində 01 aprel 1988-ci il tarixindən 2004-cü il tarixinədək olan bütün əmr kitabları, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri araşdırılmışdır. Ərizəçi Habil Hacıağa oğlu Gülverdiye vlə bağlı işə qəbul, işdən azadetmə, məzuniyyətə buraxılma və qayıtma, həmçinin göstərilən tarixlər üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanmasına dair hər hansı sənəd aşkar edilməmişdir.

15. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırmalar nəticəsində X7 və Cəlilabad rayonunda fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin tabeliyində olan digər müəssisələrinin arxiv sənədlərinin X5 İdarəsində saxlanıldığı, həmin arxiv sənədləri əsasında aparılmış araşdırmalar nəticəsində isə ərizəçinin adına 01 aprel 1988-ci il tarixdən 2004-cü il tarixinədək olan dövr ərzində işə qəbul, işdən azadetmə, məzuniyyətə buraxılma və qayıtma, göstərilən tarixlər üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanmasına dair hər hansı sənəd aşkar edilməmişdir.

16. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin Cəlilabad rayon Kino Birliyində işləməsi qeyd olunan arxiv araşdırması ilə təsdiqini tapmamışdır. Hüquqi əhəmiyyətli olan fakt isə o zaman məhkəmə qaydasında təsdiq oluna bilər ki, fakt kimi tanınması istənilən hal həqiqətən mövcud olsun, həmin halın mövcudluğunu təsdiq edən lazımi sənədlər ya itirilmiş olsun, həmin sənədlərin bərpası mümkün olmasın, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilməsin. Ərizəçinin Cəlilabad rayon Kino Birliyində işləməsi arxiv sənədlərinə əsasən birmənalı şəkildə inkar olunduğundan, olmayan halın fakt kimi məhkəmə tərəfindən təsdiq edilməsi yolverilməzdir.

17. Ərizəçi qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

18. Ərizəçi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi üzərinə düşən vəzifəni yerinə yetirərək, öz mövqeyini mötəbər dəlillərlə sübuta yetirsə də, məhkəmə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin sözügedən Birlikdə işləmiş olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Məhkəmə əmək kitabçasında işə qəbul əmrini müəyyən etsə də, əsassız olaraq işləmə faktının müəyyən olunmadığı nəticəsinə gəlmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

28. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

29. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə tə sdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

30. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

31. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

32. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

36. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, ərizəçinin əmək kitabça sında 01 aprel 1988-ci ildə 24 saylı əmrlə Cəlilabad rayon Qarakazımlı kənd kino qurğusuna kinomexanik vəzifəsinə işə qəbul olunması barədə qeydlər yazılsa da, arxiv sənədlərində buna dair işə qəbul, azadetmə, məzuniyyətə buraxılma və qayıtma, göstərilən tarixlər üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanmasına dair hər hansı sənəd aşkar edilməmişdir.

37. Apellyasiya məhkəməsi qanuni, əsaslı və ədalətli məhkəmə qətnaməsinin qəbul edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edərək, ərizəçinin işləməsinə dair arxiv sənədlərinin aşkar olunmasına çalışmış, verilmiş sorğulara alına cavabda arxiv sənədlərində müvafiq məlumatlar aşkar olunmamışdır.

38. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin hər ikisinin sözügedən Birlikdə işləməsi məhkəmə qətnamələri ilə müəyyən edilmiş, həmin şəxslərin də əmək kitabçasında sözügedən Birlikdən azad olunmalarına dair qeydlər olmamış, hətta hazırki iş üzrə Ərizəçi həmin şəxslərdən birinin (Qədir Əliyevin) məhkəmə prosesində şahid qismində ifadə vermişdir. Əslində ərizəçinin həmimn işdə şahidliyinin nə dərəcədə mötəbər olması şühəlidir. Çünki şahid həmin vaxt məhkəmə qarşısında ifadə verərəkən onun Cəlilabad rayon Qarakazımlı kənd kino qurğusunda işlşəməsinə dair mötəbər sübut olmamışdır. Yuxarıda qeyd olunduğu kimi ərizəçinin əmək kitabçasında işə qəbulla bağlı qeydlər yazılmışdı.

39. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, şahid qismində dindirilmiş həmin şəxslərin ifadələri mötəbər sübut hesab edilə bilməz.

40. Məhkəmə kollegiası bir məsələni də qeyd e dir ki, ərizəçinin şahid kimi iştirak etmiş olduğu məhkəmə qətnamələri ilə müəyyən edilən hallar hazırkı işə preyudisial əhəmiyyət kəsb etmir. Çünki, ərizəçi həmin işdə tərəf olmamış, onun ifadəsi digər sübutlarla birgə qiymətləndirilmişdir. Onun Cəlilabad rayon Qarakazımlı kənd kino qurğusunda işləməsə belə şahid kimi ifadə verməsini istisna edən hal deyil.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

42. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

43. Həmin maddənin tələblərini rəhbər tutan apellyasiya məhkəməsi lazımi sənədləri məhkəmə sorğusu ilə almağa çalışmış, lakin ərizəçiyə dair lazımi sənədlər (və ya həmin sənədlərin itirilməsi və ya məhv olması) aşkar edilməmişdir.

44. Odur ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesa b edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1265/2021 nömrəli, 01.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar