Məhkəmə qərarları › İş №2(102)-569/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-569/2025

04.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-569/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Birgə mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X7 Həsənova (Musayeva) Aygün Rasim qızına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən 1/4 hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(107)-92/2024 nömrəli qətnaməsindən cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********06 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində 0,36 ha torpaq sahəsi üzərində İddiaçı və cavabdehlər X3, X9 və X6 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alınmışdır.

2. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,36 ha olsa da, hazırda cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan sahə 0,32 ha təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X8 cavabdehlər X3, X9, Həsənova (Musayeva) Aygün Rasim qızı və İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Qax rayonu Güllük kəndində 0.36 ha torpaq sahəsi onun və cavabdehlərin birgə mülkiyyətindədir. Ona verilmiş həmin torpaq sahəsini naturada əldə edə b ilmir. Belə ki, cavabdehlərlə öz aralarında razılığa gələ bilmirlər. O həmin torpaq sahəsinin sənədləşmə işlərinə 5.000 manat və əlavə 1.522 manat və 155 manat pul ödəmişdir. Ona görə də hazırda o DƏDRX-nin verdiyi xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən payının naturada ayrılıb verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı izahat verərək göstərmişdir ki, ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onların mülkiyyətində Qax rayonu, Güllük kəndi ərazisində 0.36 ha torpaq sahəsi var. Lakin həmin torpaq sahəsi faktiki olaraq 0.32 ha-dır. İddiaçıya 0.08 ha torpaq sahəsinin verilməs inə etiraz etmir.

6. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsinin İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməsi qət edilmişdir.

7. İddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertin rəyi ilə müəyyən edilmişdir ki, Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi faktiki yerində 0.36 ha yox, 0.3221 ha-dır. 0.3221 ha torpaq sahəsinin 0.09 ha hissəsi bölünərək id diaçıya, yerdə qalan 0.2321 ha torpaq sahəsinin cavabdehlərə verilməsi tərtib olunmuş yerquruluşu sxemində göstərildiyi qaydada mümkündür.

8. Məhkəmə ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin az olmasına baxmayaraq, yenə də torpaq sahəsinin ¼ hissəsini təşkil edən 0,09 ha torpaq sahəsinin bölünməsinin mümkün olması qənaətinə gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1939 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi 0,36 ha yox, 0,3221 ha-dır. 0,3221 ha torpaq sahəsinin 0,09 ha hissəsi bölünərək iddiaçıya, yerdə qalan 0,2321 ha torpaq sahəsinin cavabdehlərə verilməsi tərtib olunmuş yerquruluşu sxemində göstərildiyi qaydada mümkündür. Ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində cavabdehlərə məxsus qaraj yerləşir. Qanunun tələbindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşya onun mülkiyyət hüququndakı payına tənasüb olmalıdır. Halbuki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas g ötürərək iddiaçının paylı mülkiyyətdəki payını onun mülkiyyət hüququndakı payından yəni 1/4 hissədən artıq olaraq naturada ayrılmasını qət etmişdir. Məhkəmə bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış binası (qaraj) olmasını və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasını nəzərə almamışdır. Belə ki, iş üzrə ekspert rəyində iddiaçıya ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində cavabdehlərə məxsus qaraj yerləşməsi qeyd olunmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin qarajla bağlı heç bir münasibət bildirmədən qanunsuz olaraq iddiaçının iddia ərizəsini tam təmin etmişdir. Bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi onun və digər cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehlərdən biri X3 ölməsinə baxmayaraq məhkəmə hüquqi varis müəyyən etməmişdir. Apelyasiya şikayətinə əlavə etdiyi “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, iddiaçının iddia tələbi irəli sürdüyü cavabdehlərdən biri X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Lakin birinci instansiya məhkəməsi, iş üzrə çıxardığı qətnaməsinin işdə iştirak edən tərəflərin hüquq və maraqlarına toxunacağını nəzərə alaraq məhkəmə iclasları barədə tərəflərə məlumat verməli olduğu halda, hətta məhkəmə bildirişlərinin iş üzrə tərəflərə çatması barədə məlumatı olmadığı halda, məhkəmə ölən şəxs barəsində qətnamə qəbul etmişdir. Cavabdeh X1 ölmüş olmasına baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 185.2-ci maddəsinin tələblərini nəzərə almamış, form al olaraq qətnamədə məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verildiyini qeyd etmiş, barəsində mübahisə edilən hüquq münasibətində cavabdeh olan mərhum X1 hüquqi varisini müəyyən etmədən məhkəmə verilmiş tələb əsasında işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Bundan başqa məhkəmə ekspert rəyində qeyd olunan ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində yerləşən cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış binası (qaraj) olmasını və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasını nəzərə almamışdır. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,76 və 88 maddələrinin tələblərini pozmuşdur ki, bu da s on nəticədə qəbul edilmiş qətnamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Qax Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan Mülki Prosessual sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin az olmasına baxmayaraq, yenə də torpaq sahəsinin 1/4 hissəsini təşkil edən 0,09 ha torpaq sahəsinin bölünməsinin mümkün olması qənaətinə gəlmişdir.

11. Apellyasiya instansiyası mərhələsində yenidən ekspertiza təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/2686 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: tərəflərin birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin sənəddə göstərilən koordinatlarını müəyyən etmək mümkün olmamışdır. **********06 reyestr nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyindən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən, naturada ölçü işləri faktiki sərhədlər daxilində aparıldığına görə 0.36 ha torpaq sahəsininn əskiyinin harada yerləşdiyini təyin etmək mümkün deyil. xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, X3, X9 və X6 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin sənəddə göstərilən koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən etmək mümkün olmamışdır. **********06 reyestr nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən, naturada ölçü işləri faktiki sərhədlər daxilində aparıldığına görə 0.36 ha torpaq sahəsininn əskiyinin harada yerləşdiyini təyin etmək mümkün deyil. xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, X3, X9 və X6 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsinin sənəddə göstərilmiş koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-1 də göstərilmişdir. Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-1 də göstərilmişdir. xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, X3, X9 və X6 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36ha olan hissəsindən yerində mövcud olan 0.3221 ha hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.0379ha torpaq sahəsinin harada yerləşməsi, kimin istifadəsində olması, koordinatları və naturada ölçüləri müəyyən etmək mümkün olmamışdır. **********06 reyestr nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyındən. torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən, naturada ölçü işləri faktiki sərhədlər daxilində aparıldığına görə 0.36 ha torpaq sahəsinin əskiyinin harada yerləşdiyini təyin etmək mümkün deyil. xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı, X3, X9 və X6 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsindən iddiaçıya aid ¼ hissə payının naturada ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-2 də göstərilmiş qaydada mümkündür. Ayrılması mümkün olan hissəd ə cavabdehlərə məxsus dəmir konstruksiyalardan ibarət qaraj yerləşir.

12. Şəki Apellyasiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(107)-92/2024 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi vəfat etmiş cavabdeh X2 qarşı iddianın rədd edildiyi hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Zamin Tahirov) 22 oktyabr 2024-cü il tarixli, 2(107)92/2024 nömrəli qətnaməsi ilə cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi qismən ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X9 və Həsənova (Musayeva) Aygün Rasim qızına qarşı hissədə torpaq sahəsindən payının naturada ayrılıb verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsindən İddiaçı ¼ hissə payının naturada ayrılıb ona verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi B.Gülmizliyevin tərtib etdiyi 22 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə ed ilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq koordinatlarının (1) X=646574.2992 Y=4596285.9964, (2) X=646572.4434 Y=4596261.3162, (3) X=646570.4940 Y=4596259.6846, (4) X=646541.6112 Y=4596262.7247, (5) X=646543.9991 Y=4596288.6958 müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının İddiaçı özünə aid edilməsi, 50 manatın isə cavabdehlər X9 və X4 müştərək qaydada alınaraq İddiaçı qaytarılması, Məhkəmə tikintitexniki ekspertizasının cəmi dəyəri olan 100 manatın 50 manatı İddiaçı, digər 50 manatı isə cavabdehlər X9 və X4 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tar ixdə verilmiş **********06 reyestr, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Qax rayonu Güllük kəndində 0.36 ha torpaq torpaq sahəsi İddiaçı, X3, X9 və X6 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı ümumi birgə mülkiyyətində olan torpaq sahəsini naturada əldə edə bilmədiyinə, cavabdehlərlə öz aralarında razılığa gələ bilmədiklərinə istinad edərək, həyətyanı torpaq sahəsindən payının naturada ayrılıb ona verilməsini tələb etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş və məhkəmə xərclərinə aid hissələrdə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

16. Apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlər X9 və Həsənova (Musayeva) Aygün Rasim qızından torpaq sahəsindən payının naturada ayrılıb verilməsini tələb etməkdə haqlı olmasına dair hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab etmişdir ki, birinci instansiya məhkəməsi sənəd üzrə 0.36 ha olmasına baxmayaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin yerində faktiki olaraq 0.3221 ha təşkil etməsini nəzərə almadan, yerində mövcud olan 0.3221 ha torpaq sahəsindən ¼ hissəsinin deyil, 0.09 ha hissəsini ayrılaraq İddiaçı verilməsini qət etməklə, digər ümumi birgə mülkiyyətçilərin mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, həmçinin iddianı buna cavab verməli olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hissədə də təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ümumi birgə mülkiyyətin özünə aid hissəsinin naturada ayrılması məsələsini digər ümumi birgə mülkiyyətçilərlə, həmçinin vəfat etmiş mülkiyyətçinin mülkiyyətə gözləntisi olan vərəsələri ilə müzakirə etməli olduğu halda birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətçisi olmayan və yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əsl cavabdehlərlə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb digər cavabdehlərlə yanaşı iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla, beləliklə iddia tələbini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hissədə də təmin etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə təyin edilərək əldə edilmiş, həmçinin məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş ekspertiza rəyləri ilə mübahisəli torpaq sahəsinin yerində mövcud olan hissəsinin 0.3221 ha təşkil etməsi, 0.36 h a torpaq sahəsinin əskik hissəsinin harada yerləşməsinin isə təyin edilməsinin mümkün olmaması müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyriyaşayış binası (qaraj) olması və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin həmin dəlilləri üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir. Mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16-16/210/2686 nömr əli rəyi üzrə 0.3221 ha torpaq sahəsindən iddiaçıya naturada ayrılıb verilməsi təklif olunan ¼ hissəsi üzərində qaraj adlandırılan dəmir konstruksiya aşkar olunsa da həmin konstruksiyanın daşınmasının, beləliklə apellyator tərəfindən dəmir qarajın oradan götürülməsinin mümkünlüyü müəyyən edilmişdir.

20. Həmçinin mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/2686 nömrəli rəyi üzrə 0.3221 ha torpaq sahəsindən iddiaçıya naturada ayrılıb verilməsi təklif olunan ¼ hissəsinin qarşısında dəmir darvazanın mövcudluğu ilə yanaşı 0.3221 ha torpaq sahəsinə daxil olmaq üçün iddiaçıya ayrılıb verilməsi təklif olunan hissəsindən kənarda da ayrıca giriş qapısının və digər bir dəmir darvazanın da mövcud olması müəy yən edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı təmin etməkdə və yerində tam mövcud olmayan 0.36 ha torpaq sahəsindən, faktiki olaraq isə 0.3221 ha torpaq sahəsindən 0.09 hektarının ayrılaraq iddiaçıya verilməsini qət etməkdə yanlış mövqedən çıxış etmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.5, 214.1, 220.1, 220.2, 220.3, 223.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən MM-nin 220.2, 220.3-cü maddələrinin, MPM-nin 97.1, 14.1, 76, 82.3, 88-ci maddələrinin tələbləri pozulmuşdur. İş üzrə mütəxəssis rəyi və ekspert rəyi sənəd üzrə ölçülər əsasında yox, naturadakı vəziyyətə uyğun faktiki sərhədlər daxilində aparıldığından, həmin rəylərə istinadən əmlakın naturada bölünməsi mümkünsüzdür. Çünki, sənəd üzrə ölçülər müəyyən olunmadığından naturadakı vəziyyətə uyğun faktiki sərhədlər daxilində aparılmış ölçülərə əsasən qeydiyyat orqanı əmlak üzərində hüquqları dövlət qeydiyyatına ala bilməz. Hazırkı vəziyyətdə ölçü işləri sənəd üzrə yox, faktiki ölçülərə görə aparıldığından və faktiki ölçülər əsas götürülməklə qətnamə qəbul edildiyindən cavabdehlər X9 və X6 mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, sənəd üzrə ölçülərə əsasən cavabdehlərə qalan və yaxud naturada iddiaçıya bölünmüş torpaq sahəsi heç cavabdehlərə məxsus torpaq sahəsi olmaya da bilər. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı əsasında tərtib edilmiş TEKUİS xəritələri əsasında tədqiqatın aparılması üçün müvafiq ekspertiza təyin etməmiş və nəticədə hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Belə ki, iş üzrə mütəxəssis rəyi və ekspert rəyi sənəd üzrə ölçülər əsasında yox, naturadakı vəziyyətə uyğun faktiki sərhədlər daxilində aparıldığından apellyasiya instansiyası həmin torpaq sahəsini həmin rəyləri əsas götürməklə bölünmə sinin mümkünlüyü barədə qətnamə qəbul etməməli idi. Hazırkı vəziyyətdə naturada bölünməsi qət edilmiş torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahəsi olub-olmaması sual altında olduğundan, Şəki Apellyasiya Məhkəməsi xüsusi bilik tələb olunan həmin məsələni araşdırdıqdan sonra hazırda mübahisələndirilən qətnaməni qəbul etməli idi. Apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddiaçıların torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda Şəhadətnamə ilə naturada istifadə olunan torpaq sahəsi arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olmasını, yəni Şəhadətnaməyə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahəsinin planı və ölçüsünə uyğun olmamasını nəzərə almadan, iddiaçıların iddia ərizəsində sökülməsini tələb etdikləri köməkçi tikilinin (maşın qarajının) nə vaxt inşa edilməsini və iddiaçılara aid torpaq sahəsində yerləşməsini dəqiq müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, subyektiv mülahizələrə əsaslanmaqla iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Kassasiya şikayətində həmçi nin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş rəydə kəskin ziddiyyətlər vardır və həmin ziddiyyətlər prosessual pozuntuların təsviri hissəsində ətraflı şəkildə qeyd olunmuşdur. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, belə rəylərin predmetinə aid olmayan və rəyin məzmunu ilə tam ziddiyyət təşkil edən, rəy vermiş şəxslərin tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət əsasında müəyyən etmişdir.” Hazırki işdə də işə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhkəməsi ekspert rəyindəki ziddiy yətləri aydınlaşdırmaq üçün ya eksperti (və ya mütəxəssisi) dindirməli, ya da həmin ziddiyyətlərin aradan qaldırılması üçün iş üzrə əlavə (və ya təkrar) ekspertiza təyin etməli idi. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə iddiaçının etirazında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh torpağın naturada bölünərkən hər mülkiyyətçiyə faktiki sahəyə uyğun 0,09 ha əvəzinə, 0,08 ha bölgüsü ilə razılaşdığından iddiaçı da razılaşmışdır. Lakin cavabdeh kassasiya şikayəti verdiyindən artıq 0,08 ha əvəzinə, 0,09 ha sahənin naturada ayrılaraq verilməsini tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mə nsubdur.

27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

29. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

30. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

31. Maddə 220.1. Paylı mülkiyyətdə ola n əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

32. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

34. Maddə 223.3.Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında a yrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

42. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməm işdir.

43. Müəyyən olunur ki, iddiaçı tərəflərin ümumi birgə mülkiyyətində olmuş Qax rayonu, Güllük kəndində yerləşən torpaq sahəsi üzərində məhkəmə tərəfindən payının müəyyən edilməsi və payına düşən hissənin naturada ayrılaraq ona verilməsini (real bölgü) tələb etmişdir.

44. Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.

45. MM-nin 220.1-ci maddəsində mülkiyyətçinin öz payının naturada ayrılmasını tələb etmək hüququ nəzərdə tutulmuş və payın ayrılmasının 2 üsulu müəyyən edilmişdir: ayrılmanın üsulu və şərtləri haqqında mülkiyyətçilər arasında razılaşma, məhkəmə qaydasında ayrılma. Hazırkı halda mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyi üçün iddiaçının bu tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

46. Məhkəmələr payın naturada ayrılması barədə iddia irəli sürüldüyü halda ayrılmanın formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturad a ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı)

47. Hazırkı halda məhkəmə tərəfindən ekspert və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, birgə mülkiyyətdə olan torpağın sahəsi daşınmaz əmlakın dövlət reyestrində 0,36 ha göstərilsə də, yerində ölçmə işləri aparılarkən faktiki olaraq sahə 0,3221 ha təşkil etmişdir. Apellyasiya instansiyası mərhələsində keçirilmiş eksperti zanın rəyi və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, birgə mülkiyyətdə olan, faktiki yerində mövcud olan torpaq sahəsinin 0,0805 ha hissənin naturada ayrılaraq iddiaçıya verilməsi mümkündür. Kassator birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli iclas) 0,08 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçıya verilməsinə etiraz etməmişdir.

48. MM-nin 220.3-cü maddəsində birgə mülkiyyətdə olan əmlakdan payın naturada ayrılmasını istisna edən 2 hal müəyyən edilmişdir: - payın naturada ayrılmasına yol verilməməsi; - payın ayrılmasının ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmaması.

49. İşə baxmış məhkəmə tərəfindən bu halların mövcudluğu müəyyən edilmədiyindən iddia tələbinin qismən təmin edilməsi maddi hüquq normala rının tələblərinə uyğun olmuş, məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilməmişdir.

50. Məhkəmə kassasiya şikayətinin ayrılmış sahənin ölçüsünün sənəd üzrə ayrılmalı olan sahədən az olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qətnamə bu hissədə cavabdehlərin deyil, iddiaçının hüquq və mənafeyinə toxunduğundan iddiaçı tərəfindən mübahisələndirilə bilərdi. İddiaçı ona faktiki ayrılan sahə ilə razılaşaraq bu hissədən kassasiya şikayəti vermədiyindən cavabdehin dəlilləri əsasında qətnamə bu hissədə ləğv edilə və ya dəyişdirilə bilməz.

51. İddiaçıya naturada ayrılmış torpaq sahəsində cavabdehlərə məxsus qarajın yerləşməsi ilə bağlı dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, qaraj dəmir konstruksiyada olduğu ndan onun daşınaraq yerinin dəyişdirilməsi mümkündür.

52. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, qətnamədə şikayətdə qeyd edilmiş pozuntulara yol verilmədiyindən kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(107)92/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar