Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5691/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 16.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3835/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən cаvаbdеh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materillarından görünür ki, 18.10.2017-ci il tarixli əlyazma ilə Cavabdeh İddiaçı 7 ay müddətinə qaytarmaq şərtilə 20000 ABŞ dolları, 12.04.2018-ci il tarixli əlyazma ilə Cavabdeh İddiaçı 18.09.2018-ci ildə qaytarmaq şərtilə 10000 ABŞ dolları məbləğində borc götürmüşdür. 2. 16.07.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 30000 ABŞ dolları məbləğində borcu var və həmin borcu ayda 1000-1500 ABŞ dolları olmaqla hissəhissə qaytarmağı öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 000 ABŞ dolları məbləğində ( əsas məbləğ) və 5 437 ABŞ dolları məbləğində ( bank uçot faiz i), cəmi 35 447 ABŞ dollar məbləğində pulun AZN məzənnəsi ilə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildən "xxxx" MMC-nın direktoru kimi tanıyır. Həmin MMC aviabiletlərin satışı ilə məşğul olan şirkətdir. Cavabdeh ona bildirmişdir ki aviabiletlərin satışı çox gəlirli bir biznes sahəsidir, ona görə biznesini genişləndirmək niyyətindədir, yeni aviareyslər açmaq istəyir, lakin bunun üçün kifayət qədər pul vəsaitlərinə malik deyil. Ondan borca 20000 ABŞ dolları pul istəmiş və qeyd etmişdir ki, yeni aviareys xətti açandan sonra iri məbləğdə pullar qazanacaq və onun borcunu qaytaracaqdır, həttə əlavə olaraq ona xeyir də verəcəkdir. İlkin olaraq o, bu təklifdən imtina etmiş, lakin sonradan cavabdehin şirkət rəhbəri olduğunu nəzərə alaraq onun etibarlı şəxs olduğuna inanmış və ona 20 000 ABŞ dollar pul vermişdir. Onda inam yaratmaq üçün X borcun təminatı kimi "xxxx" MMC ilə bağladığı müqavilənin əslini və həmin müqavilə üzrə inşa edilmiş mənzilin pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışını ona təqdim etmişdir və belə razılaşmışlar ki cavabdeh borcu qaytara bilmədiyi halda, o müqavilə üzrə adına olan mənzili onun mülkiyyətinə keçirəcəkdir. 2018ci ilin aprel ayında cavabdeh onunla görüşüb işlərinin yaxşı getdiyini bildirmiş, laklin işlərini tamamlamaq üçün əlavə 10000 ABŞ dolları lazım olduğu bildirmişdir. Yenə də cavabdehə inanıb ona əlavə olaraq 10000 ABŞ dolları pul vermişdir. Hər iki halda pulları X onun iş otağında vermiş və pulların təhvil verə rkən bu barədə cavabdehdən yazılı iltizam almışdır. Pulları ələ keçirdikdən sonra cavabdehin həmin pulları hansı məqsədləri üçün istifadə etməsi ona məlum deyil, lakin pulların qeri qaytarmaq üçün müəyyən olunmuş müddət çatdıqda, cavabdeh pulları qaytarmamış və bundan boyun qaçırmışdır. Bu məqsədlə o, müxtəlif yalan vədlər verib vaxt uzatmaqla məşğul olmuş, sonradan isə ondan gizlənməyə başlamışdır. Belə olan halda o, borcun məbləğini sənədlərini “girov” kimi saxladığın mənzilə yönəltmək istəmiş, və bu məqsədlə "xxxx" MMC müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur cavabdehin ona verdiyi sənədlər saxtadır, onun adına heç bir mənzil yoxdur, cavabdehin ona “qirov” kimi təqdim etdiyi rəsmi sənədlər ("xxxx" MMC ilə arasında bağlanılmış 01 dekabr 2008-ci il tarixli müqavilə və "xxxx" MMC tərəfindən verilmiş 107/07 saylı 01 dekabr 2008-ci il tarixli maliyyə arayışı) tam saxta sənədlərdir. Cavabdehin hərəkətlərində dələduzluq cinayət əməlinin əlamətləri olduğu üçün, onun barəsində cinayət işinin başlanması barədə Nəsimi rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayət ərizəsi üzrə polis orqanında araşdırma aparılan zaman, cavabdeh cinayət məsuliyyətindən yayınmaq üçün ona 30 000 ABŞ dollar borclu olduğunu etiraf etmiş, bu barədə şəxsi dəstxətti ilə iltizam yazıb ona təqdim etmişdir və həmin borcu qısa müddətdə qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra işi araşdıran müstəntiq cinayət işinin başlanmasını rədd edilinəsi barədə qərar qəbul etmişdir. Həmin qərarla ona təklif edilmişdir iddia icraatı qayrasında mülki məhkəməyə müraciət etsin. Əgər işə baxan məhk əmə cavabdehin əməllərində cinayət faktı aşkar edib barəsində xüsisi qərardad çıxarıb prokurora məlumat versə, məhkəmənin qərardadı cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olacaqdır. Cavabdeh onun pullarını aldatma yolu ilə ələ keçirdikdən sonra, onları qaytatrmaqdan boyun qaçırmış və öz biznes maraqlarına sərf edərək həmin vəsaitlərdən faydalanmışıdır. Ona görə pulları qanunsuz saxladığı müddət üçun Mərkəzi Bankın müəyyən etdiyi Bank uçot dərəcəsinə müvafiq olaraq cavabdeh əsas borcu qaytarmaqla bərabər əlavə olaraq iddiaçıya faizlər ödəməlidir. Nəzərə alınsa ki, Mərkəzi Bank 31 mart 2020-ci il tarixli qərarı ilə hazırda bank uçot faiz dərəcəsi 7.25 fazi təşkil edər və cavabdeh 2 il 6 ay ərzində pullarını qanunsuz olaraq özündə saxlayıb ondan faydalandığına görə aşağıdakı hesabla mənə 5 437 ABŞ dolları məbləğində faiz ödəməlidir ( 30 000$ * 7.25 %: 100 = 2175$, 2175$ * 2.5 il = 5437$ ).
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)2216/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 30000 ABŞ dolları məbləğində borcun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc olaraq aldığı 30000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməlidir.
7. Əsas borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış borcun tutulması hissəsində iddia tələbi ilə bağlı məhkəmə be lə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 449, 739.1, 740.1, 740.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3835/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(005)-2216/2020 saylı qətnaməsi cavabdehin apellyasi ya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya ins tansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
21. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
22. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
23. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
24. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materi alları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3835/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.