Məhkəmə qərarları › İş №2(102)-5693/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5693/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5693/2020 23.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1764/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh oglu (bundan sonra – cavabdeh) xx xxxxxx 2009-cu il tarxdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahdan sonra iddiaçı cavabdehin yaşadığı, Salyan rayonunun XXX kəndinə yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 k.m, o cümlədən 0,12 ha həyətyanı torpaq sahəsi olan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) gəlin köçmüşdür. Tərəflərin birgə nikahından xx xxxxxx 2010-cu il tarixdə X2 adlı bir uşqları anadan olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ər-arvad münasibətləri əvvəlcə nor mal olmuş, lakin sonradan cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuşdur. Hazırda ayrı-ayrı ünvanlarda yaşayırlar. O, uşağı ilə birlikdə Salyan rayonun XXX kəndində atasına məxsus evdə valideyinləri ilə birlikdə yaşayır. Hazırda gəlin köçdüyü və cehiz əmlakının yerləşdyi Salyan rayonu XXX kəndində yerləşən cavabdehə məxsus evdə yaşamaq istəyir. Atasının evi çox darısqaldır. Onun heç bir yerdə yaşamağa yeri yoxdur. Dəfələrlə gəlin köçdüyü evə köçmək istəmiş, lakin cavabdeh onu evə buraxmamışdır. Cavabdehin iddia tələbinə etirazı ondan ibarətdir ki, 2019-cu il iyun ayında aralarında narazılıq yaranmış və iddiaçının əxlaqsız hərəkətlərini aşkar etdikdən sonra çıxıb getmişdir. O, iddiaçını aldatmamış və evdən çıxarmamışdır. İddiaçının əxlaqsız hərəkətləri olduğu üçün anası tərəfində n evdən aparılmışdır. O, da dərhal xx xxxx 2019-cu il tarixdə aralarındakı nikahın pozulması barədə məhkəməyə ərizə vermiş və hamilə olduğundan boşanma bir il müddətinə təxirə salınmışdır. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(057)282/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin yaşadığı Salyan rayonunun XXX kəndinə gəlin köçmüş və gəlin köçərkən özü ilə həmin evə cehiz əmlakları aparmışdır. Hazırda əmlaklar mübahisəli evdədir. Tərəflərin arasında ər-arvad münasibətləri pisləşdiyindən iddiaçı 2019-cu ilin iyun ayında evdən çıxarılmışdır. Həmin ev hazırda heç kimin adına qeydiyyata alınmamışdır. İd diaçı cavabdehlə birgə təsərrüfat aparmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında ər-arvad münasibətlərinin, həmçinin onların (sonradan övladları ilə birlikdə) mübahisəli evdə yaşamaqlarının xx xxxxxx 2009-cu il tarixdə yaranmasını əsas götürərək mübahisəni məhz həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrinə uyğun həll etmişdir. Məhkəmə xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə, 53-cü maddəsinin 1, 3 və 4-cü hissələrinə, 54-cü madddəsinə istinadla hesab etmişdir ki, iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1764/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci i l tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmə qətnaməsinin qəbul edildiyi xx xxxx 2020-ci il tarixə kimi mübahisəli fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə heç kimin adına qeydiyyata alınmadığını qeyd edərək birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1, 2-ci maddələrinə, Mülki Məcəllənin 27, 158.1, 158.4-cü maddələrinə istinadla hesab etmişdir ki, iddia əsaslıdır, iddiaçının mübahisəli yaşayış sa həsinə köçürülməsini istisna edən hər hansı qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmçinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bu baxımdan birinci instansiya gəldiyi nəticəni əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nət icələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə

43. Heç kəs yaşadı ğı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53 (1-ci hissə). Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa K onvensiyası Maddə

8. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırm amışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1764/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar