Məhkəmə qərarları › İş №2(102)-5697/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5697/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5697/2021 27.09.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh1” X6 verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar X2, X1 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X5, Cavabdeh2nə və Cavabdeh3 Hüseyinovnaya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh1” X7 kassasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, həmin kassasiya şikayətinin icraata qəbul ol unmasından imtina edilməlidir. Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Cavabdeh “Cavabdeh1” X6 kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sənəd, habelə dövlət rüsumundan azad edilmə barədə məlumat və sübutlar əlavə edilməmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, cavabdeh “Cavabdeh1” X6 kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh1” X6 verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar