Məhkəmə qərarları › İş №2(102)-5698/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5698/2019

08.08.2019 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5698/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-07/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (ha kim A.Mirzəzadə) 04.10.2018-ci il tarixli, 2(004)-5251/2018 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh 23298 ABŞ dolları əsas və 615.3 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23913.3 ABŞ dollarının tutularaq İddiaçı MMC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, Cavabdeh İddiaçı MMCyə qarşı “lizinq və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, V1saylı mənzilə dair 11.11.2015-ci il tarixdə İddiaçı MMC ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və 11.11.2015-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış D012 saylı lizinq müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı “Çıxarış”ın ləğv edilməsi, Cavabdeh iddiaçıya borcu üzrə tutmanın V1saylı mənzilə yönəldilərək, mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində cavabdeh və onun ailə üzvlərinin yaşayış sahəsini təkr etmələri, mənzilin hərracda ilkin satış qiymətinin qətnamənin icra mərhələsində müəyyən edilməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-07/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Əliyev, F.Talışinski, R.Eyvazov) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfin dən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli, 2(004)-5251/2018 saylı qətnaməsinin Cavabdeh tutulan borcun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə borc məbləğinin 20095.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2015-ci il tarixli, D012 saylı X5 ləğv edilməsi, Cavabdeh V1saylı mənzildən çıxarılaraq mənzilin İddiaçı MMC-yə qaytarılması, lizinq məbləği üzrə 23298 ABŞ dollarının, faiz məbləği üzrə 2645 ABŞ dollarının və 2912 ABŞ dolları hesablanmış cərimənin, ümumilikdə 28855 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan məzənnəyə uyğun olaraq manat ekvivalentinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı “lizinq və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və 11.11.2015-ci il tarixli, D012 saylı və Əlavə-1 X5 etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi X4 qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X10 ioğlu məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 11.11.2015-ci il tarixli, D012 s aylı və Əlavə-1 X5 və V1saylı mənzilin alqı-satqısına dair 11.1.2015-ci il tarixli, AN-İ No ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin mənzilin İddiaçı MMC-nin mülkiyyətinə keçməsinə dair DƏDRX-dən verilmiş çıxarışın ləğv edilməsi və mənzilə ilkin mülkiyyətçisi X1 adına mülkiyyət hüququna dair dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işi tam araşdırmamış və qətnaməni yalnız borc məbləği hissəsində yoxlamışdır. Mübahis ə predmetinin bu şəkildə bölünməsi və ayrı predmet kimi qiymətləndirilməsi ciddi prosessual pozuntudur. Əlavə olaraq, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, müddət axının hesablanması ilk iddianın verildiyi tarixdən hesablanmalıdır. Halbuki, qarşılıqlı iddianın da məzmunundan aydın olur ki, cavabdeh və onun əri öz əmlaklarını lizinqə verməklə pul əldə etmək niyyəti güdmüşlər. Belə olan halda əqdin etibarsızlığına səbəb olan halların yalnız onlara qarşı iddia qaldırıldıqdan sonra məlum olması fikri yanlışdır. Həmçinin apellyasiya baxışı iddiaçının iştirakı olmadan keçirilmiş, məhkəmə borc məbləğini ekspert rəyinə istinad etməklə müəyyən etmiş, ekspert rəyini tərələrin iştirakı ilə araşdırmamış və tərəflərin münasib ətini öyrənməmişdir. Ekspert rəyi düzgün olmamışdır və təkrar ekspertizanın keçirilməsinə zərurət vardır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)-07/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyən edilmiş işin hallarından görünür ki, 11.11.2015-ci il tarixdə Cavabdeh əri * ilə İddiaçı MMC arasında mənzilin alqı-satqısı, həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında Daxili lizinq müqaviləsi bağlansa da, birinci instansiya məhkəməsi həmin müqavilələri etibarsız saymış, tərəflər arasında əslində borc müqaviləsinin bağlandığı nəti cəsinə gəlmiş və qətnamənin həmin hissələri mübahisələndirilməmişdir. Belə olan halda apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı MMC, icra vaxtı çatmış və ödənilməmiş borc məbləğinin Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bununla belə, C avabdeh ondan tutulan borcun məbləği ilə razı olmamış və apellyasiya şikayətində məhz bu halı mübahisələndirmişdir. Həmin hal xüsusi bilik tələb edən sualın cavablandırılması ilə bağlı olduğundan və birinci instansiya məhkəməsi müvafiq ekspertiza keçirmədiyindən, apellyasiya baxışında borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekpertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2019-cu il tarixli, 3325 saylı rəyinə əsasən, 11.11.2015-ci il tarixli, D012 saylı Daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə müqavilə müddəti bitən tarixə, yəni 10.11.2017-ci il tarixə ödənilməli olan borcu - (müqavilə müddəti ərzində qrafik üzrə ödənilməli olan məbləğ 36.656,0 ABŞ dollar çıxılsın faktiki cəmi ödənilmiş məbləğ 16.560,69 ABŞ dolları) 20.095,31 ABŞ do lları təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya, mübahisənin bu hissəsinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertiza rəyi əsasında tutulmalı olan borcun 20.095,31 ABŞ dolları məbləğində olması qənaətinə gəlmişdir. Çünki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, tərəflərin iştirakının təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş, məhk əmə baxışı zamanı əldə edilmiş ekspert rəyinin mötəbərliyini şübhə altında qoyan sübut iş materiallarında mövcud olmadığı üçün ekspert rəyinə istinad etməklə borc məbləğini müəyyən etmişdir. Hazırki halda kassatorun ekspert rəyini hər hansı sübuta istinad etmədən əsassız hesab etməsi və təkrar ekspertiza təyin edilməli olduğu qənaətində olması apellyasiya kollegiyası tərəfindən qəbul edilmiş qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətb iq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabde h İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(103)07/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar