Məhkəmə qərarları › İş №2(102)-570/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-570/2019

30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2019-cu il İş 2(102)-570/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh və vəkili Sarıyev Musa Kahov oğlunun Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (C.F.İmanov, iş 2(075)524/18) İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın öd ənilməsi tələbi barədə iddiаsının təmin edilməsi, Cavabdeh 5100 manat zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2018-ci il tarixli qətnaməsi ilə (İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli, iş 2(107)-1253/18) Şəki rayon məhkəməsinin 26 fevral 2018-ci il tаrixli qətnaməsi cаvаbdeh Cavabdehnа münаsibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Sarıyev Musa Kahov oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, Cavabdeh üzürsüzsəbə bdənməhkəməiclasınagəlmədiyindənkassasiyakollegiyasıişəonuniştirakıolmadanbaxıl masınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Sarıyev Musa Kahov oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunm amalıdır. İşdə olan Bakı şəhəri, Xətai rayon məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 1(011)-196/2017 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı qarşı dələduzluq edərək, ona 5100 manat maddi ziyan vurması faktı ilə bağlı Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 31 avqust 2013-cü il təvəllüdlü X1 yaşına çatanadək, yəni 31 avqust 2021-ci il tarixədək təxirə salınmışdır. İş materiallarından məlum olur ki, Cavabdeh verdiyi izahatında vurulmuş ziyanı tam şəkildə ödədiyini bildirmiş, iddiaçı ona dəymiş ziyanın heç bir hissəsinin ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 1(103)-1408/2017 saylı qərarından görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 1(011)-196/2017 saylı hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 1(011)-196/2017 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. İşdə olan Ali Məhkəmənin Cinayət Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 1(102)-171/2018 saylı qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 1(103)1408/2017 saylı qərarından zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 1(103)-1408/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni cаvаbdeh Cavabdehnа münаsibətdə düzgün həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həm in şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyul a bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. İş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə da ir işə baxılarkən Cavabdeh vurulmuş ziyanı tam şəkildə ödədiyini bildirmiş, iddiaçı ona dəymiş ziyanın heç bir hissəsinin ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin qəsdi nəticəsində iddiaçıya qarşı dələduzluq edərək ümumilikdə 5100 manat zərərin dəyməsi iddiaçının izahatı ilə yanaşı işdə olan sənədlərlə də öz təsdiqini tapdığından İddiaçı Cavabdeh 5100 manat maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Şəki ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qət namənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 31 may 2018-ci il tarixli, 2(107)-1253/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar