Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhəri 51 nömrəli Notariat Kontoruna və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət, apellyasiyada yeni sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhəri 51 nömrəli Notariat Kontoruna və X3 qarşı borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5117/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə X5 arasında 16 may 2014-cü il tarixdə notariat qaydada imzalanmış borcun etirafı müqaviləsində X2 145.780 ABŞ dolları məbləğində pulu iddiaçıya borc verdiyi, iddiaçının göstərilən məbləği 30.10.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürdüyü qeyd olunmuşdur. Müqavilə Cavabdeh1 təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1na (bundan sonra - Notariat Kontoru) və X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2014-cü il ta rixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan cavabdeh ona qarşı borc tələbi barədə iddia ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə məhkəmənin gedişatı zamanı, cavabdeh iddia tələbinin dəlili olaraq, Notariat Kontoru tərəfindən təsdiq edilmiş 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsini məhkəməyə təqdim etməklə, guya ona 145.780 manat pul borclu olduğunu bəyan etmişdir. Göstərilən müqavilə barədə əvvəllər onun hər hansı məlumatı olmamış və həmin müqavilə barədə o, yalnız Şamaxı Rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat alaraq müqavilənin surətini əldə edə bilmişdir. Müqavilədəki imzanın ona ümumiyyə tlə aidiyyətı yoxdur. Cavabdehi cəmi bir dəfə Bakı şəhərində təsadüfən görmüş və qısa tanışlıqları olmuşdur. Onunla hər hansı şəxsi işgüzar münasibətləri olmamışdır. Tanımadığı adamın ona belə yüksək məbləğdə borc verməsi real deyildir. Əgər belə bir hal olsaydı, tərəflər arasında borc müqaviləsi rəsmiləşdirilmiş olardı. Borc münasibətləri olmadığından, ortada borc müqaviləsi də heç bir vaxt olmamışdır. Çünki, borc müqaviləsinin bağlanması zamanı müqavilə predmetini təşkil edən borc məbləğinin ortada real olması vacibdir. Ortada real pul olmadan, müqavilənin formal rəsmiləşdirilməsi mümkünsüzdür. Belə olan halda, cavabdeh, onun xəbəri və iradəsi olmadan, hansısa yolla real olmayan və formal xarakter daşıyan borc etirafı müqaviləsinin tərtib və təsdiq edilməsinə nail olmuşdur. Borcun etiraf ı müqaviləsi, onun iradə ifadəsi olmadan qanunvericiliyin tələblərinə zidd formada bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Notariat Kontorunun nümayəndəsi X4 iddianı qəbul qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, tərəflər arasında olan borc münasibətləri 16.05.2014-cti il tarixli borcun etirafı müqaviləsi ilə təsdiq olunur. İddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia etsə də, keçirilmiş ekspertiza nəticəsində mübahisələndirilən müqavilənin məhz iddiaçı tərəfindən imzalanması müəyyən edilmişdir. Müqavilənin etibarsız olması barədə məhkəməyə başqa hər hansı mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda, notarial qaydada təsdiq edilmiş müqavilə iddiaç ının mülahizələrinə əsasən qeyri-mötəbər hesab oluna bilməz. Bundan başqa, artıq 3 ildən artıq müddətdir ki, tərəflər arasında məhkəmə mübahisələri gedir. Belə ki, 07.10.2016-cı il tarixdə Cavabdeh2 iddiaçıya qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə işə baxılarkən hazırkı iş üzrə iddiaçı müqavilədə göstərilən pulu Cavabdeh2 aldığını inkar etsə də, sözügedən müqaviləni bağladığını və müqavilənin Notariat Kontorunda təsdiq edildiyini bildirmişdir. Hazırkı işdə isə o, ümumiyyətlə, müqavilənin bağlanmasını da inkar edir. Göründüyü kimi, iddiaçı öz izahatlarında və mövqeyində ardıcıl deyil, irəli sürdüyü dəlillər isə əsassız və qeyri-səmimidir. Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçıdan 145.780 ABŞ dolları məbləğində pulunxxxxx verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən hazırkı iddia qaldırılmış və iddiaçının vəsatəti əsasında bu iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək həmin iş üzrə apellyasiya icraatı dayandırılmışdır. Hazırkı iddianın irəli sürülməsi məhz Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işin uzadılmasına, yekun məhkəmə aktının qəbulunun və icraya göndərilməsinin yubadılmasına yönəlmişdir. Nümayəndə, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi əqd - “borcun etirafı müqaviləsi” 16.05.2014-cü il tarixdə bağlanmışdır. Bununla yanaşı sözügedən əqdlə bağlı tərəflər arasında üç ildən çoxdur ki, məhkəm ə mübahisələri gedir. Göründüyü kimi, iddiaçı hazırkı iddianı müqavilənin bağlanmasından 5 il, XXXin borc tələbinə dair Şamaxı Rayon Məhkəməsinə müraciət etməsindən isə 3 il keçdikdən sonra vermiş və qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 3M-472 nömrəli notariat işinin 3-cü vərəqəsində 16 may 2014-cü il tarixli 3M-472 reyestr nömrəli borcun etirafı müqaviləsində “İddiaçı xxxx oğlu” qrafasında “xxxx” yazısı və həmin yazının qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-769/2019 nömrə li iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iki əsasla rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinə əsasən borcverən X5 145.780 ABŞ dollar məbləğində pulu iddiaçıya borc vermiş, iddiaçı göstərilən məbləği 30.10.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı müqavilə barədə əvvəllər onun hər hansı məlumatının olmamasını, həmin müqavilə barədə yalnız Şamaxı Rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat alaraq müqavilənin surətini əldə edə bilməsini göstərsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2019-cu il tarixli ekspert rəyi ilə borcun etirafı müqaviləsindəki imza nın iddiaçı tərəfindən icra olunması təsdiq olunmuşdur. Beləliklə, iddiaçı iddia ərizəsində göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Eyni zamanda, əqdin bağlandığı tarix (16 may 2014-cü il) iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı hazırkı iddia tələbi ilə həmin tarixdən 5 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, borc müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəyə həm də iddia müddəti tətbiq edilməklə iddia tələbi həmin əsasla da rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bun dan sonra – Mülki Məcəllə) 337.1-337.5, 339.1-339.5, 340.2, 354.1, 354.2, 372.1, 375.2, 376, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehi ümumiyyətlə tanımır, onunla heç bir işgüzar və sair münasibəti olmamışdır. Dövlət Sərhəd Xidmətindən alınmış müvafiq sorğuya cavabdan da məlum olur ki, cavabdeh Azərbaycanda cəmi bir gün olmuşdur. Buradan da məlum olur ki, birinci instansiya məhkəməsi onun ölkə ərazisində cəmi bir gün olan şəxslə 145.780 ABŞ dolları məbləğində hüquq münasibətində olmağı barədə iş üzrə düzgün olmayan nəticəyə gə lmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, əvvəllər onun Türkiyə Respublikasında fəaliyyət göstərən “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə işgüzar münasibətləri olmuşdur. “X1 Dış. Tic. A.Ş.” ilə “Elvin-G MMC” arasında 05.05.2013-cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilə əsasında o, göndərilən malları-oyuncaqları qeyd edilən firmadan alaraq, Azərbaycanda satışını təşkil etmişdir. Həmin vaxt şirkətdə xxxxbəy və xxx bəy adlı şəxsləri tanımışdır, cavabdehi ümumiyyətlə tanımır. Bir müddət sonra şirkətdən xxxx bəy ona zəng edərək malların verilməsi üçün bir nəfərin gələcəyini, onunla formal bir sənədi imzalamalı olduğunu qeyd etmiş, o da on lara inanaraq razılaşmışdır. Bundan sonra həmin şəxs bir günlük Azərbaycana gəlmiş və onlar 16.05.2014-cü il tarixdə borcun etirafına dair hazırkı müqaviləni bağlamışlar. Həmin müqaviləni “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə olan işgüzar münasibətinə görə görünüş üçün bağlamış, həmin müqavilənin heç bir əhəmiyyəti yoxdur, nə müqavilə bağlananda, nə də ondan əvvəl onun Cavabdeh2 adlı şəxslə heç bir əlaqəsi, danışığı olmamışdır. Sonradan həmin şirkət fəaliyyətini dayandırmış, məlum olmuşdur ki, “FETÖ” ilə onların əlaqəsi olmuş, şirkət rəhbərləri isə Amerikaya qaçmış, cavabdehin də axtarışda olduğunu, Kaliforniya ştatına qaçdığını eşitmişdir. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq qeyd etmişdir ki, hazırkı əqd uydurma əqddir. Nümayəndə iddiaçının “X1 Dış. Tic. A.Ş.” (Yumu rcak dünyası) şirkəti ilə olan işgüzar münasibətini təsdiq edən 05.05.2013-cü il tarixli müqaviləni, “Elvin-G MMC”-nin malların götürülməsini iddiaçıya həvalə etməsi barədə 14.01.2013-cü il tarixli etibarnaməni, faktura sənədlərini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, belə bir borc münasibəti olmadığından, ortada borc müqaviləsi də heç bir vaxt mövcud olmamışdır. Çünki borc müqaviləsinin bağlanması zamanı müqavilə predmetini təşkil edən borc məbləğinin ortada real olması vacibdir, hazırkı müqavilə isə həmin şirkətin gələcəkdə göndərəcəyi malların təminatı kimi bağlanmışdır. Məhkəmə iclasında cavabdehin vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflərin arasında borcun etirafına dair notarial qaydada təsdiq edilmiş müqavilə vardır, bu səbəbdən apellyasiya şika yəti əsassızdır, eyni zamanda, tərəflər arasında işgüzar münasibətlərin olmasına dair hazırkı müqavilədən başqa sübut yoxdur. İşin apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 28.02.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Türkiyə vətəndaşı Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti 16.05.2014-cü il tarixdə çıxış istiqamətində olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş “Elvin-G MMC” (alıcı) ilə “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (satıcı) arasında bağlanmış 05.05.2013-cü il tarixli müqaviləyə əsasən, satıcı müəyyən malı göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin məbləği dollar olaraq müəyyən edilmiş, tərəflər arasında baş verə biləcək mübahisələr Azərbaycan Respubli kasının Qanunlarına əsasən həll ediləcəkdir. Tədqiq edilmiş “Elvin-G MMC”-nin Bakı Baş Gömrük İdarəsinin rəisi V.Novruzova ünvanladığı 14.01.2013-cü il tarixli etibarnamədə qeyd olunmuşdur ki, onların ünvanına daxil olan bütün yüklərin, sənədlərin götürülməsi, sənədləşdirilməsi, boşaldılması iddiaçıya etibar olunmuşdur. Yük Sığortası haqqında 01.07.2013-cü il tarixli şəhadətnamədə qeyd olunmuşdur ki, “Elvin-G MMC”-yə məxsus 3076,03 manat sığorta məbləği və 4693,31 manat sığorta məbləği sığortalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi bir sıra digər sənədlərdə (24.06.2013-cü il tarixli, 26.06.2013-cü il tarixli və sair) “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti (göndərən) tərəfindən “Elvin-G MMC”-yə (alıcı) göndərilmiş malların invoysu (invoice) qeyd edilmişdir. Apellyasiya məhkə məsi müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2018 saylı, 01.10.2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə icraat hazırkı işlə əlaqədar olaraq dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12245/2019 nömrəli iş üzrə 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi təmin edilmişdir. İşə apellyasiya qaydasında baxan m əhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunmuşdur, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qeyd etmişdir ki, hər hansı əqdin etibarsız, xüsusən də uydurma əqd olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırkı halda iddiaçı cavabdehlə aralarında bağlanmış 16.05.2014-cü il tarixli müqavilənin görünüş üçün bağlanmış uydurma əqd olduğunu iddia edir. Məhkəmə iclasında iddiaçı “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə işgüzar münasibətlərinin olduğunu, Cavabdeh2 adlı şəxsi tanımadığını, hazırkı müqaviləni məhz həmin şirkətin istəyi nəticəsində bağladığını qeyd etmiş, bununla bağlı həmin şirkətlə aralarında olan i şgüzar münasibətləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Biri-birini tanımayan və heç vaxt hər hansı münasibəti və ünsiyyəti olmayan şəxslərin (bir an içində) bağladığı hazırkı müqavilənin onların həqiqi niyyətinə uyğun olması da ağlabatan və inandırıcı görünmür. Dövlət Sərhəd Xidmətinin 28.02.2019-cu il tarixli məktubundan Türkiyə vətəndaşı Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkətinin 16.05.2014-cü il tarixdə çıxış istiqamətində olması iddiaçının həmin dəlilini təsdiq edir. Cavabdehin vəkili iddiaya qarşı etirazında yalnız müqavilənin notariat qaydasında bağlanmasına və tərəfin müqaviləni hər hansı təsir və təzyiq olmadan şəxsən imzalanması halına istinad etmiş, tərəflərin arasında olan işgüzar münasibətlərə dair heç bir sübut olmadığını qeyd etmişdir. Cavabdehin ist inad etdiyi hər iki hal mübahisəsizdir, lakin bu halların mövcudluğu həmin əqdin uydurma əqd olmasını istisna etmir. Belə ki, hər hansı əqdin uydurma (yalan) əqd olması qətiyyən onun forma və məzmunu ilə bağlı deyildir. Əqddə iştirak edən tərəfin müqaviləni şəxsən, həm də könüllü olaraq imzalaması, eləcə də həmin müqavilənin notariat qaydasında təsdiqlənməsi belə, həmin əqdin etibarlı olması üçün yetərli deyildir. Əqdin etibarlı olması üçün həm də və mütləq qaydada tərəflərin onun nəticələrinə yönələn həqiqi iradəsinin mövcud olması vacibdir. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış həmin müqavilə görünüş üçün bağlanmış uydurma (puç) əqddir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanun əhəmiyyətsiz əqdlərlə bağlı nəzərdə t utulan bir illik müddətin axımını onun icrasına başlandığı günlə əlaqələndirmişdir (Mülki Məcəllənin 354.1-ci maddəsi). Başqa sözlə, iddiaçı əhəmiyyətsiz əqdlə bağlı iddianı, onun icrasına başlandığı gündən hesablanmaqla bir il ərzində irəli sürə bilər. Həm də bu müddət kəsici müddətdir, yəni qarşı tərəfin bununla bağlı ərizə verməsi tələb olunmur. Məhkəmə hesab etmişdir ki, hazırkı halda həmin maddədə müəyyən edilən müddət buraxılmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 329.1, 329.2, 331.1, 337.1-337.4, 340.1, 354.1, 404.1, 404.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolleg iyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-515/2020 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 01 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılarkən tələbinin faktiki əsası kimi yalnız mübahisələndirilən müqaviləni imzalamadığına istinad etmiş və onun bu dəlili ekspert rəyi ilə təkzib edilmişdir. Apellyasiya məhkəməsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, həmin müqavilənin “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə olan işgüzar münasibətinə görə görünüş üçün bağlandığını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni sübutlar təqdim etmişdir. İddiaçı birinci və apellyasiya instansiyalarında biri-birinə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, əksinə, MPM-in 371.1-ci maddəsinin ziddinə olaraq iddiaçının təqdim etdiyi yeni sübutları qəbul edib, onlara qiymət verməklə iddianı təmin etmişdir. Halbuki yeni sübutları apellyasiya instansiyası məhkəməsi o halda qəbul etməlidir ki, işdə iştirak edən şəxs həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan as ılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işdə isə apellyasiya instansiyası iddiaçının qeyd edilən sübutları özündən asılı olmayan hansı səbəblərə görə birinci instansiya məhkəməsinə təqdim etməməsini müəyyən etmədən, həmin sübutları qəbul etməklə, prosessual hüquq normasını pozmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş, tərəflərin biri-birini tanımamasına istinad etsə də, Şamaxı Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsində iddiaçının cavabdehi tanımasına dair izahatını araşdırmadan kənarda saxlamış, “Elvin-G MMC” ilə “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti arasında bağlanmış 05.05.2013-cü il tarixli müqavilənin ha zırkı işin tərəfləri arasında olan hüquq münasibəti ilə nə dərəcədə əlaqəli olduğunu qətnamədə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi mübahisələndirilən əqdə müddətin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, müddətin ötürülməməsini qeyd etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, iddiaçının Notariat Kontoruna və Cavabdeh2 qarşı 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair analoji iddiasının baxılmamış saxlanılması barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadına müddətin axımı kontekstində qiymət verməmişdir. Beləliklə, apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi və prosessual hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun deyil. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5117/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. İşə təkrar baxan apellyasiya instansiyası m əhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin icraatında olan iş üzrə verdiyi izahatında cavabdeh XXXlə birlikdə işləməsini, onunla 2014-cü ildə müqavilə bağlamasını, müqaviləni notariusda təsdiq etdirməsini, lakin pulu almadığını qeyd etmişdir. Bundan əvvəlki apellyasiya mərhələsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, həmin müqavilənin “X1 Dış.Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə olan işgüzar münasibətinə görə görünüş üçün bağlandığını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni sübutlar təqdim etmişdir. İddiaçının əvvəlki apellyasiya mərhələsində “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə bağlı təqdim etdiyi sübutlar MPM-in 371.1-ci maddəsinə əsasən yeni s übutlar olduğu üçün qəbul oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsi və qətnamədən apellyasiya şikayəti verərkən, yeni sübutlara istinad etməmiş, həmin sübutların vaxtında təqdim olunmamasının üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının Notariat Kontoruna və Cavabdeh2 qarşı 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair analoji iddiasının baxılmamış saxlanması barədə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadı olmuşdur. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə, iddiaçının iddiası baxılmamış saxlandığından, müddətin axımı k ontekstindən yanaşdıqda da, iddiaçı əqdi mübahisələndirmək üçün 1 illik kəsici müddəti ötürmüşdür. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 Azərbaycanda cəmi bir gün olması əqdin etibarsızlığına dəlalət etmir. Ekspert rəyi isə digər sübutlarla birlikdə tədqiq edilərək, mötəbər sübut kimi qəbul olunmuşdur. İddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillər i ilə eynidir. İddiaçı şikayətində əlavə olaraq qeyd etmişdir ki, işin həqiqi halları ilə bağlı dəlillərini birinci instansiya məhkəməsində şifahi olaraq irəli sürmüşdür, lakin ondan asılı olmayan bir çox səbəblərlə əlaqədar (şirkət fəaliyyətini dayandırmış, sorğu edərək sənədləri əldə etmək mümkünsüz olmuşdur) sənədlər vaxtında əlində olmadığına görə təqdim edə bilməmiş və yalnız işin apellyasiya icraatı zamanı əldə edə bildiyindən həmin məhkəməyə təqdim etmişdir. Cavabdehin məhkəmədə şəxsən iştirakının təmin olunması və qeyd olunan hallara aydınlıq gətirməsi barədə məhkəmədə vəsatət qaldırsa da, məhkəmə cavabdehin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmamış, çəkişmə prinsipinə əməl etməmiş, onun məhkəmədə iştirakını təm in etməmiş, tam, hərtərəfli, obyektiv araşdırma aparmayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Şikayətə görə, məhkəmə Mülki Məcəllənin 337.1, 337.3, 337.4-cü, MPM-in 14.1, 69.1. 88, 106.1-ci maddələrini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasınd a baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassa siya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5117/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-570/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-570/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver