Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-16/2023 saylı, 6 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali M əhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:
1. İş materiallarında olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 370 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonun Maarif kəndində yaşayır.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-158E KOD 50526018 saylı şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 5 saylı qərarı ilə Gədəbəy rayonun Maarif kəndində X1 və onun ailə üzvləri olan X3, X7 və X4 ümumi birgə mülkiyyətinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy Rayon Aqrar İ slahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 5 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair Şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 5 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin yaxın qonşuları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus həyətyanı torpaq sahəsinin bır hissəsini zəbt etmiş, çardaq üçün hörülmüş hörgünü uçurub dağıtmışdır. Eləcə də cavabdehlər onun həmin torpaqda yerləşən evinin arxa hissəsində yağış və qar sularının axını üçün saxlanılan 1 metr 40 santimetr enində torpaq sahəsini də zəbt edərək avtomobil yolu kimi istifadə edirlər. Özü və ailə üzvləri cavabdehlərdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsələr də cavabdehlər buna məhəl qoymurlar. Bununla da onun hüquqları cavabdehlər tərəfindən kobudcasına pozulur. Cavabdehlərin ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi davamlı olaraq mübahisələrə səbəb olur. Həmçinin bildirir ki, o, 2012-ci ildə Cavabdeh1 qarşı “zəbt etdiyi həyətyanı torpaq sahəsinin və evinin arxa hissəsində saxladığı ehtiyat torpaq zolağının özünə qaytarılmaqla çəpərlənməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış, iddiası təmin edilməmişdir. Hazırda yenidən cavabdeh tərəfindən onun torpaq sahəsi zəbt olunmuşdur.
5. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakı n Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli, **********29 nömrəli mütəxəssis rəyindən görünür ki, Ortofoto və DWG faylları və faktiki vəziyyət arasında uyğunsuzluqlar aşkar olunduğu üçün Gədəbəy rayon Aqrar islahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 5 saylı qərarı ilə, JN-185 E KOD 50526018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X1 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.35 ha həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyən etmək və həmin torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən tutulmasını müəyyən etmək mümkün olmadığı üçün qərardadda göstərilən məsələ ilə bağlı rəy vermək mümkün olmamışdır. Belə ki, DWG xəritə faylında X1 adına qeyd olunmuş JN-185 E KOD 50526018 saylı torpağın mül kiyyətə verilməsinə dair şəhadətnamə coğrafi mövqeyi ilə X1 və onun ailə üzvlərinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi üst-üstə düşmür.
6. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-748/2018 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 60 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə Gədəbəy rayonunun Maarif kəndində X1 və onun ailə üzvləri olan X3, X7 və X4 ümumi b irgə mülkiyyətinə 0.35 ha həyətyanı torpaq sahəsi verilmişdir. DWG xəritə faylında X1 adına qeyd olunmuş JN185 E KOD 50526018 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə coğrafi mövqeyi ilə X1 və onun ailə üzvlərinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi üst-üstə düşmür.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə, “Broniovski Polşaya qarşı” işində A vropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin həqiqi hallarına uyğun deyildir. Mütəxəssis tərəfindən iş dərindən araşdırılmamışdır. Məhkəmə isə mütəxəssis rəyini əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə özü mübahisəli əraziyə baxış keçirməmiş, yerində müayinə aparmamışdır. Əgər məhkəmə tərəfindən mübahisəli torpağa baxış keçirilsəydi, rəyin yalan olması bilinərdi. Odur ki, yenidən mütəxəssis dəvət edilməli və ekspertiza keçirilməlidir.
12. Məhkəmə kolle giyasının 2 fevral 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 avqust 2023-cü il tarixli 10/3849 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq verdiyi rəyində aşağıdakılar göstərilir:
13. Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X1 və onun ailə üzvləri olan İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsi müəyyən konfiqurasiya fərqi ilə yerində müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin hüdudları İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə müəyyən hissələrdə üst-üstə düşür.
14. Gədəbəy rayonunun Maarif kə ndində X1 və onun ailə üzvləri olan İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamə”də göstərilən torpaq sahəsi ilə X5 verilmiş **********62-10301 nömrəli Çıxarışda göstərilən torpaq sahəsinin sərhədləri konfiqurasiya fərqi ilə müəyyən hissələrdə üst-üstə düşür.
15. Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X1 və onun ailə üzvləri olan İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
16. Torpağın mülkiyyətə verilməsinə dair JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən, Gədəbəy rayonunun Maarif kəndində X1 və onun ailə üzvləri olan İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsinin koordinatları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır. 17. **********6-10301 nömrəli Çıxarışla faktiki istifadə vəziyyəti və JN-158E Kod 50526018 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhədləri arasında fərqlər mövcuddur. Lakin AzCAD elektron məlumat bazasına əsasən Gədəbəy rayonunun Maarif kəndində X1 və onun ailə üzvləri olan İddiaçı, X7 və X4 ümumi birgə mülkiyyətində olan 0.35 ha həyətyanı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-16/2023 saylı, 6 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov, A.H.Hüseynzadə) Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-748/2018 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertin rəyində iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları bəzi hissələrdə üst üstə düşsə də, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi, cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsin in tutulmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası göstərilən ekspert rəyini mötəbər sübut hesab edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssi tərəfindən mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericliyinin tələblərinə uyğun araşdırılmışdır
20. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 217.3., 21 8.3 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil Nümayəndə İnqilab oğlu) kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-16/2023 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırlmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçıların vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə isə hesab edir ki, məhkəmə işdə olan sübutlara, o cümlədən dəymiş ziyanla bağlı gəl miş olduğu nəticə hər-hansı bir sübuta əsaslanmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən yalnız işdə olan ekspertiza rəyinə, ziyanın məbləğini müəyyən edərkən işdə olan bir necə müqavilədən almış olduğu rəqəmlərə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən həmin rəyin verilməsi üçün əsas olan mütəxəssis rəyi verən İlqar Məmmədova etiraz verilməsinə baxmayaraq rəy həmin şəxs tərəfindən verilmişdir. Halbuki iddiaçı əvvəlcədən bildirmişdir ki, İlqar Məmmədov onun ziyanına rəy verməkdə maraqlıdır və xahiş etmişdi ki, rəy verilməsinə başqa mütəxəssis cəlb edilsin. Eyni zamanda məhkəmədən əraziyə yerli baxış keçirilməsi xahiş olunsa da məhkəmə bunu etməmişdir. Halbuki, bu apellyasiya şikayətinin də əsas dəlili kimi irəl i sürülmüşdür. Ona görə də məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməlidir.
23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9., 14.1., 14.2., 77.1 və 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29, birinci hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
27. Maddə 29, ikinci hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Maddə 29, üç üncü hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllə
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
31. Maddə 111.1.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
32. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya ins tansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-16/2023 saylı, 6 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.