Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(108)170/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları: 1. 30 sentyabr 2023-cü il tarixli sadə yazılı iltizama əsasən Cavabdeh İddiaçı Bəhlul oğluna 15000 manat borclu olduğunu təsdiq etmiş, həmin borcun bir hissəsini 04 oktyabr 2023-cü il tarixədək ona məxsus avtomobili satdıqdan sonra verəcəyini, qalan hissəsini isə 15 dekabr 2023-cü il tarixədək hər ay 1500-2000 manat ödəməklə borcunu tam qaytaracağına dair yazılı öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19000 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 147 manat, cəmi 19147 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Şərur şəhəri, H.Əliyev prospektində yerləşən İnternet və Yeni texnologiyaların tədrisi mərkəzi binasında “Arzu” foto studiyasını işlədir, cavabdehlə əvvəllər hər hansı bir ədavətləri və düşmənçilikləri olmamışdır. Cavabdeh 2022-ci ilin aprel-may aylarında “Arzu” foto studiyasına yeni avadanlıqlar almaq istədiyini bildirmiş, yeni avadanlıqların alınması üçün ona pul verməsini xahiş etmişdir. Borcunun tez bir zamanda qaytarılacağına, cavabdehi tanıdığına və onun səmimiyyətinə inandığına görə iddiaçı heç bir rəsmi sənəd almadan cavabdehə 19000 manat borc pul vermişdir. Lakin, bir ildən artıq vaxt keçməsinə baxmayaq cavabdeh borcunu qaytarmamış, borcunu qaytarmaqdan yayınmışdır. İddiaçı Şərur rayon Polis İdarəsinə müraciət etmiş və cavabdeh 30 sentyabr 2023-cü il tarixdə borcunun bir hissəsini 04 oktyabr 20 23-cü il tarixdə özünə məxsus avtomobili satdıqdan sonra verəcəyini, borcun qalanını isə hər ay 1500-2000 manat aralığında verməklə 2023-cü ilin dekabr ayının 15-dək tam həcmdə ödəyəcəyi barədə yazılı iltizam vermişdir. Həmin vaxtdan bir aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh borc aldığı 19000 manatı qaytarmamış, maddi imkanının yaxşı olmadığını, bu gün həmin pula çox ehtiyacı olduğunu bildirmişdir.
4. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən etiraf etmiş, iddiaçıya 1660 manat borcunun olduğunu, iddiaçıdan 1000 manat faizi ilə pul götürdüyünü, 2023-cü ilin avqust ayında gecə saat 02:00-da ona bir nəfərin zəng vuraraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən olduğunu, Fuada olan 18000 manat borcunun ödənilməsini bildirdiyini, ona hədə-qorxu gəlməyə başladıqlarını, sonradan hədə-qorxu gələnin iddiaçının oğlu olduğunu bildirmişdir. İltizam məsələsinə gəldikdə isə Şərur Rayon Polis İdarəsində ona təzyiq göstərərək iltizama imza atmaqlarını tələb etdiklərini, təzyiq altında imza atdığını, 2023-cü ilin sentyabr ayının 30-da saat 16:00dan 20:00-dək polis idarəsində saxlanıldığını, Polis idarəsində Bayram müəllim iltizama imza çəkmədən gedə bilməyəcəklərini bildirdiyini, fotoqraf işlədiyi üçün restorana getməli olduğunu, ona görə də imza atıb getdiyini, polisdən çəkindiyi üçün polisin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət etmədiyini göstərmişdir.
5. Şərur Rayon Prokurorluğunun 12 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Şərur Rayon Prokurorluğuna Şərur Rayon Polis İdarəsində ona təzyiq göstərilərək borca dair iltiza ma imza atması ilə bağlı şifahi və yazılı müraciəti daxil olmamışdır. Həmçinin Şərur Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı 20 dekabr 2023-cü il tarixdə istintaqa ərizə verərək Cavabdeh onun etibarından istifadə edərək 19000 manat pulunu alaraq qaytarmadığını bildirmiş, bu xüsusatlar istintaq zamanı araşdırılmış və pulun dələduzluq yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmamışdır.
6. Birinci instansiya məhkəməsində iddiaçıya məxsus “Samsung” markalı telefonda iddiaçının istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə cavabdehin istifadəsində olan ********** mobil telefon nömrələrinin whatsapp hesabları arasındakı yazışmaların tədqiqindən müəyyən olunmuşdur ki, tərəflər arasında qeyd olunan nömrələr arasında whatsa pp mesencerində qalan yazışma 11 yanvar 2023-cü il tarixdən 5 avqust 2023-cü il tarixədəkdir. Yazışmalardan iş üçün əhəmiyyətli olmayan şəxsi və dostluq münasibətlərinə aid yazılar vardır. 01 aprel 2023-cü il tarixdə “Fuad 19350 m xx.xx.2022” qeydi il başlayan, 29 aprel 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi il başlayan, 21 iyun 2023-cü il və 5 avqust 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi il başlayan “sonda 19000 manat borc” yazısı olan, tərəflərin cavabdehə məxsus olduğunu təsdiq etdikləri qeyd dəftərinin vərəqinin şəkilləri vardır. Şəkil iddiaçı tərəfindən cavabdehə məxsus qeyd dəftərindən çəkilərək cavabdehin özünə göndərilmişdir. Həmçinin 21 iyun 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə “Sənin borcun 19000 m” yazısı göndərilmişdir. Cavabdeh isə iddiaçıya “kartını mənə at” səsli mesajını göndərmişdir. İddiaçı cavabdehə kart şəkli göndərmişdir. Cavabdeh həmin kart hesabına 200 manat göndərmişdir. Həmçinin cavabdehə məxsus olduğu mübahisələndirilməyən qeyd dəftərindən çəkilmiş həmin fotoşəkillərdə faiz qeydləri yoxdur.
7. Məhkəmə iclasında cavabdehə məxsus qeyd dəftərindəki yazıların tədqiqindən müəyyən olunur ki, dəftərdə xx.xx.2021-ci il tarixdən Fuad 7600 qeydi ilə başlayan, xx.xx.2023-cü il tarixdə 19000 manatla bitən 33 səhifəlik qeydlər var, sonuncu iki vərəq iddiaçının telefonunda olan whatsapp proqramında fotoşəklini çəkib cavabdehə göndərdiyi vərəqdir, sonuncu vərəq dəftərdən qoparılıb, qeydlər qaralanıb, ondan öncəki vərəqlərdə isə əlavə faiz qeydləri əlavə olunub. Həmin vərəqlərin iddiaçının telefonunda olan whatsapp yazışmalarında olan şəkillə rində isə faiz qeydləri yoxdur. Qeydlərin cavabdeh tərəfindən sonradan əlavə olunduğu müəyyən olunur.
8. Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Əliyev) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 15000 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 116,05 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15116,05 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında dəfələrlə şifahi borc müqaviləsi bağlanmış, iddiaçının cavabdehə 5 avqust 2023-cü il tarixdə 19000 manat borcu olduğu hər iki tərəfin təsdiq və qəbul etdiyi şəkildə əlyazma və whatsapp messencerindəki yazışma ilə öz təsdiqini tapmışdır.
10. Bundan so nra tərəflər Şərur rayon Polis İdarəsində iddiaçının şikayəti ilə araşdırma aparılan zaman 30 sentyabr 2023-cü il tarixdə öz aralarında mövcud borcun 15000 manat olmasının təsdiq edilməsinə və ödənilməsinə dair yazılı razılaşma imzalamışlar.
11. Həmin yazılı razılaşmanı tərəflərin imzalaması işin mübahisə edilməyən halıdır.
12. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı həmin vaxt təcili pula ehtiyacı olduğu üçün 19000 deyil, 15000 manata razılaşdığını bildirmişdir. Cavabdeh isə polis tərəfindən təzyiq edildiyi üçün 15000 manat borcu olmasına dair yazılı razılaşmanı imzaladığını bildirmişdir. Lakin borcunun əvvəlcə 1660 manat, son məhkəmə iclasında isə 3000-4000 manat ola biləcəyini bildirmişdir.
13. Cavabdehin iddiaçının faizlə pul verməsi ilə bağlı dediklərinə gəldikdə isə həmin hallar p olis tərəfindən araşdırılmış, iddiaçı bununla bağlı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır.
14. Məhkəmə tədqiq olunmuş bütün sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, tərəflər arasında mövcud borcun bəyanına dair son yazılı iradə ifadəsi məhz 30 sentyabr 2023-cü il tarixdə Şərur rayon Polis İdarəsində tərtib olunmuş, tərəflərin hər ikisi tərəfindən imzalanmış yazılı razılaşmadır. Tərəflərin müxtəlif dəlillər gətirərək həmin razılaşmanı şübhə altına almasını məhkəmə tədqiq edilmiş sübutlar, şahid ifadəsi, verilmiş sorğulara alınmış cavablar əsasında ağlabatan hesab etmir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 389.3, 442, 433.3, 448.1, 739, 882.1, 882.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik 3000 manatdan artıq pul vəsaitinin yazılı müqavilə əsasında borc verilməsi nəzərdə tutmuşdur. İddiaçı ərizəsində 2022-ci ilin aprel-may ayı ərzində guya 19000 manat məbləğində borcun verilməsini iddia etsə də, onlar arasında hər hansı yazılı müqavilə mövcud olmamış, eyni zamanda iddiaçı vermiş olduğu hər məbləğə münasibətdə müəyyən məbləğdə əlavə haqq, gəlir əldə etmişdir. Aralarında rəsmi razılaşma olmasa da, cavabdeh aldığı borc qarşılığında iddiaçıya ə lavə pul ödəməyə məcbur olmuşdur. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilən yeganə sənəd polis şöbəsində imzalanmış iltizam olmuşdur ki, həmin iltizam da polis şöbəsində bilavasitə cavabdehə edilmiş təzyiq sayəsində əldə edilmişdir. Cavabdeh məhkəmə icraatının əvvəllərində iddiaçıya 1600 manat, son hesablamalarında isə 3000-4000 manat məbləğində borcu olduğunu bildirmişdir. Qeyd etdiyi xüsusatlar məhkəmə tərəfindən dəyərləndirilməmiş, cavabdehin mənafeyi nəzərə alınmadan məhkəmə tərəfindən göstərilən prosessual normaların müddəalarının pozulması ilə müşayiət edilən qətnamə qəbul edilmişdir. İddiaçının təqdim etdiyi iltizamda borc məbləğinin 15000 manat olması əks edilmişdir ki, iddiaçının iddia etdiyi məbləğlə təqdim etdiyi sübut arasında ziddiyyət mövcuddur.
18. Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(108)-170/2024 nömrəli qətnaməsi (hakim Ə.K.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.D.Allahverdiyevdən və S.M.Qarayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(110)-481/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində və kollegiyadakı izahatında göstərdiyi qeyd edilən iltizamın polis idarəsində ona zorla, təsir altında imzaladılması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan hallar birinci instansiya məhkəməsində kifayət qədər yoxlanılmış, bundan əlavə məhkəmədə şah id qismində həmin iltizam tərtib edilərkən dindirilmiş Bayram Mustafayev izahatında polis şöbəsində cavabdehə qarşı heç bir təzyiqin göstərilmədiyini, hər iki tərəfin öz aralarında razılaşaraq iltizamı imzaladıqlarını göstərmişdir. Həmçinin, cavabdeh həmin iltizamın ona zorla, təsir altında imzaladılması ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə heç bir orqana müraciət etməmiş və bununla əlaqədar hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir.
20. Apellyasiya şikayətinin digər dəlili olan qeyd dəftərçəsində hesablamaların düzgün aparılmaması və borcun yenidən hesablanmalı olması ilə bağlı tələb və vəsatətlərinin qəbul edilməməsi, qeyd dəftərçəsindəki hesablaşmaların müvafiq mütəxəssis tərəfindən hesablanması ilə bağlı vəsatətlərinə ciddi maliyyə sənədi olmaması səbəbindən hesabl anılmasının məhkəmə tərəfindən zəruri hesab edilməməsinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş və heç bir imza ilə təsdiq olunmayan həmin dəftərdə olan rəqəmlərin mütəxəssis tərəfindən hesablanması ilə əlaqədar vəsatətdə göstərilənlərə birinci instansiya məhkəməsi tərəfindən işdə toplanmış sübutlarla birlikdə hüquqi qiymət verilməsi təmin edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 433.3, 448.1, 739.1, 740, 882.1, 882.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(108)-170/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 26-cı, Mülki Məcəllənin 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə borc müqaviləsi imzalamamış, yazılı iltizamı təzyiq altında vermişdir. Məhkəmə iddianın sübut olmadığı halda, iddianın əsaslı hesab etmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüquq unun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını təl əb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (mübahisəl i hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları i lə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan borc alması yazılı sənədlə təsdiq edildiyi və həmin vəsaitin qaytarılması sübut olunmadığı halda, iddia qismən əsaslıdır.
32. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin verdiyi 30 sentyabr 2023-cü il tarixli yazılı iltizam Mülki Məcəllənin 882.1-ci maddəsi ilə nəzərdə tutulan mövcud borcun etirafı haqqında mücərrəd müqavilə mahiyyətini daşıyır. Belə ki, həmin sənədlə borc öhdəliyinin mövcudluğu yazılı şəkildə etiraf edilmişdir.
34. Cavabdeh iltizamı hədə-qorxu və təzyiq altında imzalamasını göstərməklə, faktiki onun etibarsız olduğunu iddi a etsə də, bu dəlili ətrafında işin faktiki hallarını araşdıran məhkəmələrdə araşdırma aparılmış, müvafiq hüquq-mühafizə orqanlarından məlumatlar alınmış, lakin cavabdehin bu dəlili də öz təsdiqini tapmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(108)-170/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.