Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5700/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5700/21 (Açar sözlər: istifadə hüququnun tanınması, mənzilə köçürülmə ) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dai r mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-930/2021 nömrəli, 27 may 2021ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı, 29.01.2016-ci il qeydiyyat tarixli çıxarışla X4 mülkiyyətində olan fərdi yaşayış evinə onun və azyaşlı oğlu X2 istifadə hüququnun tanınması və köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edib.
2. İddia tələbi onunla əsaslandırılıb ki id diaçı Cavabdeh1 ilə 2002-ci ilin oktyabr ayının 6-də nikaha girib. İddiaçı həmin gün Cavabdeh1 atası X1 olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçüb. Həmin vaxt mərhum qayınatası iddiaçıya heç bir müddət vermədən özünə məxsus fərdi yaşayış evinə köçməyinə və əşyalarını həmin mənzilə yerləşdirməyinə razılıq verib. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar.
3. İddiaçının qayınatasıXXX2009-cu ildə vəfat etmişdir. İddiaçının üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişlər. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar.
4. Qayınatasının vəfatından sonra isə iddiaçı 7 il həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evinə mülkiyyət sənədləri 29.01.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpa q sahəsi Cavabdeh2, X3, Cavabdeh3 mülkiyyətində olmuşdur. X5 da 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır.
5. Cavabdehlərin ata və analarına aid olan mirasda yaşamaqala həmin mirası qəbul ediliblər. İddiaçı hazırda da mərhum qayınatasının mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəyir.
6. İddiaçı mərhum qayınatasının əvvəl sahibliyində olan, ölümündən sonra mülkiyyətinə keçirilmiş qeyd olunan fərdi yaşayış evinə mərhum qayınatasının istək və arzusu ilə köçmüş, cehiz əşyalarını bu evə yerləşdirmiş, evə qeydiyyata düşmüşdür.
7. Cavabdeh1 ilə ailə münasib ətləri pozulduğundan, iddiaçı həmin evdə yaşaya bilmir. Bu günə kimi iddiaçının cehiz əşyaları qeydiyyatda olduğu fərdi yaşayış evindədir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Yaşamağa başqa yeri yoxdur. Cavabdehlər evin rəsmi mülkiyyətçisi olmasalar da, onların həmin əmlaka gözlənilən mülkiyyət hüquqları mövcuddur.
8. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz olaraq göstəriblər ki, iddiaçı 2016-cı ildən mərhum atalarına məxsus evdə yaşamır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.01.2016-cı il tarixdə verilmiş Çıxarışa əsasən Yevlax rayonu, Tanrıqulular kəndində fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına tam mülkiyyət hüququ ilə, həmin evin yerləşdiyi 0,2130 torpaq sahəs i isə X4, Cavabdeh2, X3, Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınıb.
10. Yevlax Rayon Məhkəməsinin 2(039)-178/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Günay Cavadova)
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 12 oktyabr 2002-ci il tarixdə rəsmi nikaha giriblər. İddiaçı mübahisəli mənzilə köçən zaman mənzil mərhum Lətif Tağıyevin mülkiyyətində olan əmlak hesab edilirdi. Çünki həmin vaxt Lətif Tağıyevin mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, Lətif Tağıyev “qanuni gözləntiyə” malik olan şəxs olmuşdur. X6 06.03.2008-ci ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 19.04.2017-ci il tarixli qətnaməsi ilə də İddiaç ı Cavabdeh1 ilə nikahı pozulmuşdur
12. Birinci instansiya məhkəməsi işin hallarına əsasən qeyd edib ki, tərəflər arasındakı münasibətlər 2002-cı ilin oktyabr ayında, yəni 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Məcəllənin “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” adlı 228-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. (maddə 228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hü ququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 228.5.).
13. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüququ normasının işin hallarına tətbiqi nəticəsində müəyyən edib ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış mərhum qayınatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. Lakin İddiaçı evə köçərkən onunla Lətif Tağıyev arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xita mı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, cavabdeh İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 152, 157.1,157.2, 157.8, 158.1.2, 158.2 və 228.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının istifadə hüququ qayınatası sağ ikən yaranmışdır; - evin yeni mülkiyyətçiləri həmin evi iddiaçı orada yaşayarkən, əşyaları ilə birgə qəbul etmişlər. Onlara qədər iddiaçı artıq bu evdə yaşayırdı; - məhkəmə maddi və prosessual hüquq normalarını pozub.
17. Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(107)-930/2021 nömrəli 27 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilmədən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov, Ələddin Məcidov)
18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində evin mülkiyyətçisi olmuş mərhum qayınatasının onun evə köçürülməsinə razılığının olduğunu qeyd etsə də, həmin halı sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikay ətinin dəlilləri
19. İddiaçı İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. 23.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kolle giyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifad ə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllə Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir.
27. İddia tələbi evə istifadə hüququnun tanınması və köçürülmə barədədir. İddiaçı tələbinin əsası kim ona istinad edib ki, 2002-ci ilin oktyabrında gəlin kimi köçdüyü ev mərhum qayınatasına məxsus olub.
28. Birinci instansiya məhkəməsi də iddianı rədd edərkən ona istinad edib ki, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış mərhum qayınatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. Lakin Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələrinə uğyun olaraq İddiaçı evə köçərkən onunla Lətif Tağıyev arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, cavabdeh İddiaçı mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
29. Apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır.
30. Göründüyü kimi işin məhkəmə lər tərəfindən müəyyən edilən halına görə, İddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış iddiaçının mərhum qayınatası Lətif Tağıyevin mülkiyyətində olmuşdur. X6 06.03.2008-ci ildə ölmüşdür.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən ölənin arvadı (əri), övladları qanun üzrə 1-ci növbə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.2-1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. V ərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
32. İddiaçı bildirir ki, qayınatasının ölümündən sonra da cavabdeh olan əri Cavabdeh1lə mübahisə predmeti olan evdə yaşamaqda davam ediblər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
34. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr mübahisənin qanuni və əsaslı həllinə təsir edən iddiaçının əri Cavabdeh1 mirası qəbul edib-etməməsi halını araşdırmadan iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişlər.
35. Çünki iddiaçının əri olmuş Cavabdeh1 atasından qalan evi miras kimi qəb ul etməsi halı müəyyən edilərsə, hazırki iddianın həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir və bu zaman mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur. 36. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olub ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması K onstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlə rinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
37. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı evin miras olaraq cavabdehlər tərəfindən qəbul edilməsini göstərsə də, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi işin həmin halına əhəmiyyət verməyib. Halbuki iddianın və apellyasiya şikayətinin bu dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
38. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmə nin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
39. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
40. Bundan əlavə, ape llyasiya məhkəməsi Yevlax Rayon Məhkəməsinin 2(039)178/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxsa da, nəticədə Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etməklə, başqa sözlə, İddiaçı tərəfindən barəsində apellyasiya şikayəti verilməyən qətnamə üzrə qərar qəbul etməklə prosessual hüquq normalarını pozmuşdur.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
42. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-930/2021 nömrəli 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.