Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5701/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qərardadından ARDNŞ Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019 saylı işi üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı peşə xə stəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev, R.Eyvazov, İş № 2(103)8518/2019) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019 saylı işi üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Tresti tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməsi və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh ARDNŞ Cavabdeh1 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MKnın 21 may 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh ARDNŞ Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tətbiq edilməli qanunu və ya digər normativ hüquqi aktı düzgün tətbiq etməmiş və bir sıra prosessual pozuntuya yol verməklə qərardad çıxarmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nin 21 may 2019-cu il tarixli qərardadının ləğv olunmasını və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkə mə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MKnin 21 may 2019-cu il tarixli qərardadının ləğv olunmasını və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tər əflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin apellyasiya şikayətini vəkil H.Məmmədov imzalamış, lakin sonuncunun mülki prosesdə təmsilçilik səlahiyyətl əri mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Belə ki, SOCAR-m Kompleks Qazma Trestinin baş mühəndisi X3 tərəfindən, trestin adından müvafiq etibarnamələr imzalamaq səlahiyyətini təsdiq edən sənəd (sübut) təqdim etmədən, “xxxx” MMC-yə verilən etibarnamə əsasında sonuncunun direktoru başqa şəxslərə (o cümlədən apellyasiya şikayətini imzalayan şəxsə) etibarnamə vermiş, qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslərin yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxsin işçilərinin və ya vəkillərin təmsil olunmaq səlahiyyətlərinə dair hüquqmüəyyənediei sənədlər təqdim edilməmişdir(iş səh.165-166). Apellyasiya Məhkəməsi qətaməsini Azərbaycan Respublikası Prezidentinin 2 7 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığm aparılmasına dair” təlimatın 19, 20, 24, 25, 31, 46-50, 143, 146, 147, 151 -ci maddələrinə, Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 69, 73, 74, 263, 264, 357.1, 360-366, 402-406-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir. Belə ki, Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarılır. (maddə 363.1.1). İşdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin apellyasiya şikayətini vəkil Vəkil imzalamış, lakin sonuncunun mülki prosesdə təmsilçilik səlahiyyətləri mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq e dilməmişdir. Belə oaln halda apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə apellyasiyanı qeyrimümkün hesab edilməsi və apellyasiya şikayətini mülki işlə birlikdə rayon məhkəməsinə qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: A zərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma Trestinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5701/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5701/2019
11.09.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver