Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5702/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı LPO “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı LPO “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, ödəniş gününə olan məzənnə ilə 2298 iki min iki yüz doxsan səkkiz) ABŞ dolları əsas borc, 4 (otuz altı dollar 94 sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2534,94 (iki min,beş yüz otuz dörd dollar 94 sent) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası manatı ilə məzənnədə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx" ASC-yə ödənilməsi, tələb Cavabdeh məxsus “MG 3” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılm ası, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 4,94 (iki min beş yüz otuz dörd dollar 94 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı ilə məzənnədə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) Xətai rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı LPO “xxxx” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya insta nsiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı LPO “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, əsas borc kimi 3.466,04 ABŞ dolları, faiz borcu kimi 1.197.93 ABŞ dolları, cərimə borcu kimi 1.976,03 ABŞ dolları, ümumilikdə 6.640 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı və tutma ipoteka predmeti olan “MG3” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. İşin məhkəmələr tərəfindən nmüəyyən edilmiş hallarından, o cümlədən məhkəməmühasibat ekspertizasının rəyindən müəyyən olunur ki, borc alanın borc verənin qarşısında əsas borc üzrə 2347,39 ABŞ dolları, faiz orcu üzrə 36,94 ABŞ dolları məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstə rişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a
Məhkəmə qərarları › İş №2(102)-5702/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5702/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver