Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5702/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tutulmuş tikilidən məcburi çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1040/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2000-cu il tarixli AA 031236 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh5 1958-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. xx.xx.2000-ci il tarixli AA 031242 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh1 1958-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. xx.xx.2003-cü il tarixli AA 078790 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh2 1981-ci ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. xx.xx.2006-cı il tarixli AA 148588 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Cavabdeh4 1983-cü ildə Laçın şəhərində anadan olmuş, Ağdaş şəhərində məskunlaşmışdır. Ağdaş RPŞ-nin xx.xx.2010-cu il tarixli AZE 0******* saylı ş əxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il tarixdə Ağdaş rayonu Mürsəl kəndində anadan olmuş, Ağdaş rayonu Qarasuqumlaq kəndində qeydiyyatdadır. Ağdaş RİHB-ın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 38 saylı arayışdan görünür ki, iddiaçı Ağdaş rayon Qarasuqumlaq kəndində yaşayır və qeydiyyatdadır. Ağdaş RİHB-ın Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 37 saylı arayışdan görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş Laçın rayonundan məcburi köçkün olan Cavabdeh5 Ağdaş rayonu Qarasuqumlaq kəndində yaşayır və ailə tərkibi arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı X3, qızı Cavabdeh4 ibarətdir. Hər bir ailə üzvü Laçın rayonundan məburi kö çkündür. Ağdaş rayon Qarasuqumlaq bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən tikinti altında olan torpaq üçün 332000 manat kassaya mədaxil edilmişdir. Ağdaş rayon Qarasuqumlaq Bələdiyyəsi tərəfindən verilmiş 2006-cı il tarixli Aktdan görünür ki, Ağdaş rayon Qumlax kənd sakinəsi iddiaçınınərizəsinə və Qarasuqumlaq Bələdiyyəsinin qərarına əsasən, Qumlaq kənd sakini İddiaçı Məhəmmədəli qızına X1 kəndindən K.P.İ. Fondu torpaqlarından 0,05 hektar həyətyanı torpaq sahəsi ayrılması üçün yer seçilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2004-cü il tarixli 220 saylı məktubdan görünür ki, tikiliyə və müəssisəyə mülkiyyət hüququ başqa şəxsə keçərkən, onların y erləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə keçir. Qumlaq kənd aqrar islahat komissiyasının xx xxxx 2001-ci il tarixli qərarı ilə yardımçı əmlak payı kimi iddiaçıya verilmiş süd emalı otaqları altındakı torpaq sahəsi də, ya birdəfəlik satılma ilə və ya icarə ilə iddiaçıya verilməlidir. Ağdaş rayon Qarasuqumlaq Bələdiyyəsi üzvlərinin xx xxxxxx 2005-ci il tarixli ümumi iclasının 13 saylı protokolundan çıxarışın surətindən görünür ki, Qumlaq kənd sakini iddiaçıya düşən əmlak payının yerləşdiyi torpaq sahəsi ilə bərabər 0.04 hektar torpaq sahəsinin şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə dövlət komitəsinin Ağdaş Rayon Məhkəməsinə göndərdiyi xx xxxx 2019-cu il tarixli 585 saylı məktubdan görünür ki, Laçın rayonundan məcburi kö çkünlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 1995-ci ildən hal-hazıradək Ağdaş rayon Qarasuqumlaq kəndi Ferma binasında müvəqqəti qeydiyyatdadırlar. Hal-hazırda həmin ərazidə yaşayırlar. X10 Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” 65 saylı Aktdan görünür ki, Qumlaq kəndində yaşayan pasport seriyası İV JQ 732740 saylı, Əmlak payı almaq hüququna malik olan iddiaçının şəxsində bu təsərrüfatdan dəyəri 5220 manat məbləğində 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin əmlak payı haqqı olaraq verilməsi haqqında Akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, Ağdaş rayonu Qarasuqumlaq kə ndində məskunlaşmış cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 (bundan sonra cavabdeh və ya Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Familə Cavadova və Cavabdeh4) Azərbaycan Respublikası X10 Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində ona verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, islahat zamanı X10 Komissiyasının xx xxxxxx 1998ci il tarixli 10 saylı qərarı ilə Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində yerləşən 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin binası əmlak payı almaq hüququnun olduğundan əmlak payı kimi ona veril mişdir. Cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi həmin kəndin ərazisində ona verilmiş obyektin qonşuluğunda məskunlaşmışlar. Həmin vaxt əmlak payı kimi ona verilmiş süd emalı şöbəsindən istifadə etmədiyinə görə cavabdehlərlə qarşlıqlı razılaşma əsasında həmin obyekti müvəqqəti istifadə etmək üçün onların istifadəsinə vermişdir. Sonralar həmin obyekti və onun yerləşdiyi torpaq sahəsini mülkiyyəti və istifadə hüququ əsasında öz adına qeydə aldırmağı ilə bağlı müvafiq orqana müraciət etmişdir. Həmin orqanın mütəxəssisləri həmin obyektə baxış keçirərək müəyyən inventarlaşdırma işləri aparmaq istəyən zaman cavabdehlər guya həmin obyekti ondan aldıqlarını onlara bildirməklə inventarlaşdırma işlərinin aparılmasına maneçiliklər yaratmışlar. Cavabdehlərin belə qanunsuz hərəktlərindən sonra onların həmin obyekti boşaldaraq oradan çıxmalarını dəfələrlə xahiş və tələb etməyinə baxmayaraq məcburi köçkünlərin məskunlaşdığı yerdən çıxarılmamaları barədə Prezidentin müvafiq sərəncamı olduğunu bildirərək həmin obyektən çıxmamışlar. Cavabdehlər ona əmlak payı kimi verilmiş yardımçı otaqlardan deyil, onunla qonşuluqda yerləşən otaqlarda və tövlədə məskunlaşmışlar. Hazırda o, əmlak payı kimi ona verilmiş həmin obyekti mülkiyyət və istifadə hüququ əsasında adına qeydə aldıraraq oradan istəyinə uyğun olaraq istifadə etmək istəyir. Cavabdehlər isə həmin obyekti boşaldaraq könüllü olaraq oradan çıxmaq istəmədiklərinə görə onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh5 iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində yerləşən 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin binasında Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışlar. Orada özlərinə məxsus tikinti işləri aparmış və həmin yeri təmizləyib düzəltdirmişlər. Məcburi köçkünlərin məskunlaşdığı yerdən çıxarılmamaları barədə Prezidentin müvafiq sərəncamı olduğunu bildirmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh5 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tаrixli 2(014)-1112/2019 nömrəli qətnaməsi ilə (hakim Niza m Əliyev) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Elçin Hüseynov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Apelyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd etmişdir ki, iddianın predmetinə aid olan X10 Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə əmlak payı kimi Ağdaş rayonu Qarasuqumlaq kəndi (keçmiş Qumlaq kəndi) ərazisində iddiaçıya verilmiş 3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsinin üzərində iddiaçının mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, X10 Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə” 65 saylı Akt ilə həmin daşınmaz əmlakın iddiaçının mülkiyyətinə verilməsi mübahisələndirilməyən haldır. Həmin əmlak payının yerləşdiyi torpaq sahəsi də Qarasıqumlaq bələdiyyəsinin qərarı i lə iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən əmlakın barəsində iddiaçının ən azı “qanuni gözləntiləri” vardır. İşin mahiyyətindən göründüyü kimi, həmin daşınmaz əmlakların Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasına məhz cavabdehlərin qanunsuz hərəkətləri mane olmuşdur. Həmin əmlaklardan (3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsindən) cavabdehlər hazırda qanunsuz olaraq istifadə edirlər, eyni zamanda mülkiyyətçinin öz əmlakında hər hansı iş görməsinə mane olurlar. Deməli, iddia tərəfinin sözügedən əmlaklar üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protoko lun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. Sözügedən əmlakların iddia tərəfinin mülkiyyətində olması (mövcudluğu) və həmin əmlaklardan cavabdehlərin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən əmlaklar (3 nömrəli tövlənin yardımçı süd emalı şöbəsi) üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrindən, Avropa İnsan Hüquqları Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətində olan əmlakdan cavabd ehlərin çıxarılması barədə iddiası qanuni və əsaslıdır, birinci instansiya məhkəməsiiddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgə lər yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İstinad olunan qanunvericilik normasından göründüyü kimi, məcburi köçkünlər yalnız o halda müstəqil olaraq məskunlaşa bilərlər ki, belə məskunlaşma digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məcburi köçkünlərin müstəqil məskunlaşması digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozduğu halda (hazırda baxılan mübahisədə məhz belə hal baş vermişdir) müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünl ərin başqa yaşayış sahəsi ilə təmin edilərək ora köçürülməsini təmin etməlidirlər. Göründüyü kimi, qanunvericilik birmənalı olaraq məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsini fiziki və ya hüquqi şəxslərin deyil, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi kimi təsbit etmişdir. Belə olan halda, hazırkı iddia tələbi təmin ediləcəyi halda, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçını öz mülkiyyətində olan əmlakdan faktiki olaraq məhrum etmişlər, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur.Deməli, iddiaçı özünə məxsus olan əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə h aqlıdır. Birinci instansiya məhkəməsi mülki mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh5 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməs i nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. O, məcburi köçkün kimi 1992-ci il tarixdən həmin ərazidə məskunlaşmışdır. Onun İddiaçı qarşı heç bir iddiası yoxdur. Mülkiyyətində heç bir torpaq sahəsi, ev və ya mülk yoxdur. Köçüb başqa yerə getməyə imkanı yoxdur. Özü yaxşı bilir ki, həmin torpaq sahəsində müvəqqəti məskunlaşmışdır. 1992-ci il tarixdə Qumlaq kəndində məskunlaşdıqları vaxt həmin tikili mövcud idi. Göründüyü kimi, işə baxan məhkəmə qeyd etdiyi iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməyərək özünün qanunsuz qətnaməsini çıxarmaqla onun vəziyyətini ağırlaşdırmış və onun qorunan hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icra atı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxslərin nümayəndələri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət dövlət mülki yyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanhüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olması n. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyası: Maddə
6. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəmə si “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007ci il tarixli qərarı: “1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsinin həmin qərarında formalaşdırdığı mövqeyə görə, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin tələblərinə ciddi riayət edilməlidir. Həmin qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən m ühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxs lərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarı: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarl a yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə ar aşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh Nizami Cavabdeov tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətin də göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1040/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov