Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5703/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, çəkilmiş hasarın sökülməsi və mülkiyyət hüquqlarına olan maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X5, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-389/2020 nömrəli iş üzrə xx xxx x 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İsmayıllı kəndi ərazisində yerləşən 0,82 hektar torpaq sahəsi İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 66 saylı qərarı ilə X3, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) onlara məxsus İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,17 hektar kənd təsərrüfatı təyi natlı pay torpaq sahəsindən çıxarılması, çəkilmiş torun sökülməsi və mülkiyyət hüquqlarına olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-823/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Apelyas iya instansiyası məhkəməsi iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək iddia tələbini rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən faktiki olaraq iddiaçı tərəfindən göstərilən, naturada ölçülmüş torpaq sahəsi ilə elektron baza məlumatlarında göstərilən JN-5xx xxx 40719028 nömrəli dövlət aktına əsasən iddiaçı Teymurova (Məmmədova) Mahiyyə Şahbaba qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri arasında uyğunsuzluq vardır. Mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatlarına əsasən elektron kadastr məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, xx xxxxxx 2002-ci il tarixli JN-552 KOD ******* nöm rəli DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Beləliklə iddia tələbi işin halları işin məhkəmə iclasında tədqiqi ekspert rəyi öz təsdiqini tapmır. Bundan əlavə məhkəmə qeyd etmişdir k i, iddiaçı iddianı təsdiq edən hər hansı başqa bir dəlili də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (vəkil X8) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə ekspert rəyinə istinad edərək naturada ölçülmüş mübahisəli torpaq sahəsi ilə elektron baza məlumatlarında göstərilən JN-5xx xxx 40719028 nömrəli dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri arasında uyğunsuzluq olduğu qənaətinə gəlmişdir. Lakin uyğunsuzluğun nədən ibarət olması dəqiq şəkildə göstərilməmişdir. Məhkəmə tərəfindən bu qeyd edilən xüsusatlar araşdırılmamış, iddiaçıya məxsus olan torpaq sahəsinin faktiki yerləşmə koordinatları müəyyən edilməmişdir. Cavabdehlərin torpağa dair mülkiyyət hüququ olmadan iddiaçılara məxsus olan torpaq sahəsini zəbt etmişdirlər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğunu təkzib etmək cavabdehlərin üzərinə düşür. Cavabdehlər isə mübahisəli torpaq sahələrinin onlara məxsus olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdirlər. Həmçinin, məhkəmə araşdırılması zamanı cavabdehlərin mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının olub-olmamasına münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlərin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində ekspert rəyində olan uyğunsuzluqların nədən ibarət olmasının göstərilmədiyi qeyd edilmişdir. Lakin rəydə qeyd edilmişdir ki, mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatlarına əsasən elektron kadastr məlumatları bazasında araşdırılan zaman məlum olmuşdur ki, xx xxxxxx 2002-ci il tarixli JN-552 KOD ******* nömrəli DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüqu quna dair dövlət aktında qeyd edilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. MPM-in 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa iddiaçılar kassasiya şikayətində, hazırki iş üzrə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olduğunu təkzib etmək cavabdehlərin üzərinə düşdüyünü qeyd etmiş, cavabdehlərin isə mübahisəli torpaq sahələrinin onlara məxsus olması barədə məhkəməyə heç bir sənəd təqdim etmədiklərini göstərmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdə iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut etmək yükü iddiaçıların üzərinə düşür. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icra at çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-389/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov