Məhkəmə qərarları › İş №2(102)-5703/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5703/2021

29.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5703/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, torpaqdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, ziyan tələbi, əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X2, Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(107)137/2021 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Zərdab rayonunun Məlikumudlu Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 25 sentyabr 2007-ci il tarixli icarə müqavilələri ilə 11 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi 25 il müddətinə və 4.0 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmiş, həmin icarə müqavilələri və torpaq sahələri üzərində icarə hüquqları 29 yanvar 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və apellyasiya ins tansiyası məhkəməsi tərəfindən tədqiq edilən videogörüntülərlə müəyyən olunmuşdur ki, İddiaçı əri Tofiq Abdullayevin etiraz etməsinə və sahəni otarmamasını tələb etməsinə baxmayaraq Cavabdeh3 Sarənc oğlu özlərinə məxsus xırdabuynuzlu heyvanları israrla icarə torpağında otarmış, həmçinin Cavabdeh1 və Cavabdeh2 sahədə şum etmək istəyən traktorun qabağını kəsərək, traktorçuya “Tofiq Abdullayevgil buranı qanunsuz istifadə edir, bura bizimdir” deyərək traktorçunu şum etməyə qoymayaraq iddiaçının icarə torpağından çıxarmışlar. Zərdab rayon Dövlət X5 direktoru V.Bayramov tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı icarəsinə verilmiş torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpaq sahəsinin 11,0 ha olduğu, sahənin 4,0 ha hissəsində yonca otunun, qalan hissəsində isə suvarmadan sonra aran zonası üçün xarakterik olan təbii otlağın əmələ gəldiyi, sahənin tamamilə otarıldığı müəyyən edilmişdir. 3-cü çalım yoncanın hər hektardan 60-65 arası ot kipi götürülməsinin mümkünlüyü nəzərə alınmaqla, dəymiş ziyan 780 manat (260 x 3,0 = 780), təbii otlağa dəyən ziyan 180 manat, ümumi dəymiş ziyan 960 manat qiymətləndirilmişdir. Zərdab rayon Dövlət X5 Bitkiçilik sektorunun müdiri S.Rəhimov tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı 11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində buğda bitkisi əkəcəyi təqdirdə məhsul aşağıdakı kimi hesablanmışdır: 2019-cu ildə rayon üzrə orta məhsuldarlığa uyğun olaraq 37-38 ton buğda olmaqla ötən ilki bazar qiyməti ilə 15000 - 16500 manat ekvivalentində qiymətləndirilir. 2020-ci ildə rayon üzrə məhsuldarlığın c üzi olsa da artacağı proqnozlaşdırılır, bu halda məhsul 37,5-38,5 ton buğda olmaqla bazar qiyməti ilə 15500-17000 ekvivalentində qiymətləndirilir. Heyvandarlığın yem bazarında qiymətlərdə artım olduğu üçün buğda samanına ciddi ehtiyac yaranıb. Hər hektardan orta hesabla 150 saman kipi, qiyməti 1,6-1,7 manat olmaqla 2600-2700 manatlıq məhsul qiymətləndirilir. Məhsuldan əldə ediləcək gəlirlər 2020-ci il üçün 18100-19700 manat qiymətləndirilir. Məhsul yetişdirilməsi üçün xərclər gəlirlərdən çıxılmamışdır. Qiymətlər bazar diktəsindən (tələb-təklif) asılı olaraq dəyişə bilər. "xxxx" MMC-nin 17 noyabr 2020-ci il tarixli rəyinə əsasən 1 ha torpaq sahəsində Zərdab rayonu ərazisində buğda əkilib-becərilməsindən əldə edilməsi ehtimal olunan gəlirin məbləği, çəkilən xərclər çıxılmaqla, şərti və nəzər i hesablama yolu ilə təxminən – 1036,00 manat müəyyən edilir. Bu hesabla, İddiaçı istifadəsində olan 11 ha torpaq sahəsində 2019-cu il ərzində buğda əkiləcəyi təqdirdə, əldə edilməsi ehtimal olunan gəlirin məbləği təxminən – 11396,00 manat müəyyən edilir. 72,00 manat tələb edilən xərc nəzərə alınmaqla, iddiaçı X1 istifadəsində olan 1 ha torpaq sahəsində 2019-cu il ərzində 275 ədəd ot presi və 450,50 manat gəlir əldə edilməsi mümkün hesab edilir. Bu hesaba 4 ha torpaq sahəsindən cəmi 1100 ədəd yabani ot presi və 1802,00 manat gəlir əldə olunması mümkün hesab edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneə nəticəsində 20000 manat ziyanın cavabdehlərdən iddiaçının xeyrinə alınması, qanunsuz tikililərin tikilməsinin cavabdehlərə qadağan edilməsi, özbaşına tikililərin cavabdehlərin qüvvə və vəsaitləri hesabına sökülməsi, icarəsinə verilmiş torpaq sahələrindən cavabdehlərin maneə yaradan hərəkətlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğluna qarşı başqa iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Zərdab rayonunun Məlikumudlu kəndində icarəsinə verilmiş torpaq sahəsinə vurduqları ziyana görə 4000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 25 fevral 2020-ci il ta rixli qərardadı ilə iddialar bir icraatda birləşdirilmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçının icarəsinə verilmiş torpaq sahələrindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu tərəfindən yaradılan maneələr nəticəsində vurulmuş maddi zərərə görə cavabdehlərdən 20000 manat, əldən çıxmış faydaya görə 16000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsi ilə (hakim M.T.Qubadov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sarənc oğlundan müştərək qaydada maddi ziyana görə 960 manat, ə ldən çıxmış faydaya (gəlirə) görə 16000 manat, 16960 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər iddiaçının icarəsində olan torpaq sahəsində əkin əkmək məqsədi ilə şum işlərinin aparılmasına qanunsuz olaraq imkan verməməklə, habelə iddiaçıya məxsus əkin sahəsini onun iradəsinə zidd olaraq öz heyvanlarına otarılmaqla, müdaxilə etmələri qanunla qadağan edilən özbaşınalıqdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 24-cü maddəsinin 3-cü, 29-cu maddəsinin 2-ci, 60-cı maddəsinin 1-ci hissələrinə, 71-ci maddəsinə, Mülki Məcəlləsinin 16.1, 17.1, 18, 21, 152.1, 164.1, 560.1, 1096.1, 1096.2, 1097, 1104.1, 1104.2, 1115-ci maddələrinə, Torpaq Məc əlləsinin 84-cü maddəsinin 1-ci, 84-cü maddəsinin 3-cü hissələrin istinad edərək hesab etmişdir ki, iddiaçıya ziyan vurulması məhkəməyə təqdim edilmiş videogörüntülər, şahid ifadələri, məhkəmə tərəfindən prosesdə iştirak etməyə cəlb edilmiş dövlət orqanı – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon Dövlət X5 rəyləri ilə sübuta yetirilmişdir. Cavabdehlər iddiaçının icarəsində olan torpaq sahəsində 2019-2020-ci il mövsümü üçün əkin əkmək məqsədi ilə şum işlərinin aparılmasına qanunsuz olaraq imkan verməməklə, habelə iddiaçıya məxsus otlaq və əkin sahəsini öz heyvanlarına otazdırmaqla iddiaçıya maddi zərər vurduqlarından və iddiaçını gələcək faydadan (gəlirdən) məhrum etmələrinə görə iddiaçı qarşısında müştərək qaydada mülki hüquqi məsuliyyət daşımalıdırlar. b) Apellya siya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sarənc oğlu apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(035)-152/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(107)-137/2021 nömrəli qətnaməsi ilə (hakim A.Vəkil1 sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(035)152/2020 nömrəli qətnaməsinin “əldən çıxmış faydaya (gəlirə) görə 16000 manat, cəmi 16960 manat” məbləğinə münasibətdə dəyişdirilməsi, əldən çıxmış faydanın (gəlirin) məbləğinin 11396 manat, cəminin 12356 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsaslı olmasa da, dəyişdirilməsi üçün əsasdır. Birincisi, işin faktiki hallarından müəyyən olunmuşdur ki, Zərdab rayon Məlikumudlu bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsinə əsasən Zərdab rayonunun Məlikumudlu kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlığın inkişafı üçün 25 il müddətinə 15 ha torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. İcarəyə verilmiş torpaq sahələri X6 kitab ında uçota alınmış, hər iki torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, habelə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya PX, № ******* və Seriya PX, № ******* olan Çıxarışa əsasən icarə hüququ dövlət qeydiyyatından keçirilmişdir. İkincisi, cavabdehlər apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığını, icarə müqaviləsinin saxta olmasını, eləcə də iddiaçıya heç bir maddi ziyan vurmadığını bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyi onların dəlilini təkzib etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının mübahi sələndirdiyi torpaq sahəsi sahiblik və istifadə hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mübаhisəsi gedən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında baş verməmiş və iddiaçı tərəfin iradəsinə uyğun olmamışdır. Göstərilən xüsusatlar və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə sahiblik və istifadə hüququna malik olmaqla cavabdehlərin həmin obyektdən çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Dördüncüsü, apellyasiya instansiyası məhkəməsi iş in obyektiv tədqiqinə çalışmaqla xüsusi bilik tələb olunan məhkəmə əmtəəşünaslıq və aqrotexniki ekspertizası təyin etmiş və bununla bağlı müvafiq rəy verilmişdir. Lakin sonda cavabdehlər həmin rəylə də razılaşmadıqlarını bildirmişlər. Məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq cavabdehlər həmin rəyin qeyri-mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz izahatları ilə əsaslandırmağa çalışmışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin obyektiv həlli və dəymiş ziyanın hesablanması məqsədilə məhkəmə kompleks əmtəəşünaslıq və aqrotexniki ekspertizaları təyin edilmiş və iş üzrə yuxarıda qeyd olunan rəy alınmışdır. Rəydən də göründüyü kimi İddiaçı istifadəsində olan 11 ha torpaq sahəsində 2019-cu il ərzində buğda əkiləcəyi təqdirdə, əldə edilməsi ehtimal olunan gəlirin məbləği təxminən – 11396,00 manat, 72,00 manat tələb edilən xərc nəzərə alınmaqla, iddiaçı X1 istifadəsində olan 1 ha torpaq sahəsində 2019-cu il ərzində 275 ədəd ot presi və 450,50 manat gəlir əldə edilməsi mümkün hesab edilir. Bu hesaba 4 ha torpaq sahəsindən cəmi 1100 ədəd yabani ot presi və 1802,00 manat gəlir əldə olunması mümkün hesab edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) İddiaçı kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(107)-137/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı tələbinin sübutu qismində Zərdab rayon X5 mütəxəssis rəyini vermiş, cavabdehlər həmin rəyi mübahisələndirmədiyi halda isə apellyasiya məhkəməsi əsassız olaraq ekspertiza təyin etmiş və alınan ekspert rəyinə əsasən qətnamə qəbul etmişdir. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(107)-137/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, əsassı z olaraq ekspertiza rəyinə istinad etmişdir. Cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmiş, mübahisəli torpaq sahəsinə iddiaçıya verilmiş çıxarışın heç bir hüquqi əsası olmamış və torpaq sahəsinə dair iddiaçının adına sənədlər qanunsuz verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili X3 iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozu lmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərər in əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsin in 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəylə ri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsinin əsaslı olaraq iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq və aqrotexniki ekspertizasının rəyinə istinad edərək, iddiaçıya vurulmuş ziyanı müəyyən etmişdir. Belə ki, həmin rəy əsaslandırılmış və orada gəlinmiş nəticələrin düzgün olmamasına dair iddiaçı tərəfindən hər hansı əsas gətirilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzrə icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada rə smiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının həmin hüququ mübahisə predmetini təşkil etmir. Əksinə, cavabdehlər mübahisələndirilən torpaq sahəsinə hər hansı hüquqlarını təsdiq edən sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən mübahisələndirilməsinə yol verilmədiyindən, həmin hüquqa müdaxilə nəticəsində vurulmuş real ziyanın və əldən çıxmış faydanın tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 21, 157.8, 1096.1 və 1097.1-ci, habelə Torpaq Məcəlləsinin 84-cü maddələrinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razıl aşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(107)-137/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar