Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5705/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 10 sentyabr 2019-cu il İŞ№2(102) 5705 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinsən çıxarılma, həmin sahənin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair ilkin iddiasına, iddiaçı X1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıq lı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma, həmin sahənin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsinə dair ilkin qismən təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.3 kv/m olan qeyriyaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi; iddiaçı Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia təl əbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019- cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 2 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və sahənin boşaldılaraq ona təhvil verilməsi, əldən çıxmış faydaya görə 21.000 manat, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla İddiaçı arasında Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 10.05.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.3 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 12.05.2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı Müqaviləsinə əsasən satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.3 kv/m olan qeyriyaşayış sahəsi İddiaçı tərəfindən 20.000 manata satın alınmışdır. Alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyət hüququ 11 oktyabr 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəlləyə müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Göründüyü kimi mülki qanunvericilik əqdin etibarsız hesab edilməsi üçün konkret qanuni əsaslar müəyyən edir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.2 və 77.1- ci maddələrinə əsasən həmin halların mövcudluğunu sübut etmək yükü əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Baxılan iş üzrə alğı-satqı müqaviləsini cavabdeh imzalamış, əqdin şərtləri ilə tanış olmuş, imza etməzdən əvvəl öz xətti ilə bununla bağlı xüsusi qeyd etmişdir. Yəni cavabdeh əqdi şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Eyni zamanda Kollegiya nəzərə alır ki, alğı-satqı müqaviləsində əmlakın dəyərinin işə baxıldığı dövrdə mövcud olan bazar dəyərindən aşağı olması faktı özü-özlüyündə əqdin birmənalı etibarsızlığı əsası kimi çıxış etmir. Belə ki, tərəflər mülki hüquq subyektlərinin müqavilə azadlığı prinsipinə əsasən qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini müəyyən etməkdə sərbəstdirlər. Cavabdeh tərəfindən t ələbi təsdiq etmək üçün təqdim edilmiş şahid ifadəsi də tərəflərin şüurlu şəkildə imzaladıqları və notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin mötəbərliyini şübhə altına almaq barədə qənaətə gəlmək üçün yetərli deyil. Nəzərə alınmalıdır ki, iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı cavabdehin dəlillərini qəbul etməmiş, mübahisəli əmlakı real əldə etmək niyyətilə müqavilə bağladığını bildirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin (onların səlahiyyətli nümayəndələrinin) könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından m ühüm əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik borc müqaviləsinin təminatı kimi qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi qaydalarını müəyyən edir. İş materialları əsasında əmlakın satılması ərəfəsində cavabdehin özünəməxsus qeyri-yaşayış sahəsini borc müqaviləsi üzrə ipoteka ilə yüklü etməsinə mane ola biləcək hər hansı halın mövcud olduğu müəyyən edilmir. Bu baxımdan alğı-satqı müqaviləsinin məhz borc müqaviləsi üzrə təminat məqsədilə imzalandığı barədə cavabdehin mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri əsassızdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik yeni mülkiyyətçinin müəyyən müddət öz mülkiyyətinə faktiki sahibliyi həyata keçirməyə başlamamasını əmlakın əldə edilməsinə dair müqavilənin etibarsızlığı əsası kimi nəzərdən keçirmir. İd diaçı isə məhz qarşılıqlı razılıqla, cavabdehin xahişi əsasında əmlaka faktiki sahibliyini həyata keçirmədiyini bildirmidir. Sadalananlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qarşılıqlı iddianın təmin olunması üçün hüquqi əsas olmamışdır. İlkin iddia tələbinə münasibətdə isə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəlləyə müvafiq olaraq mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyət çi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli əmlakı almış və hal-hazırda qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Alğı-satqı müqaviləsində satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad qeyri-yaşayış sahəsini verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hal-hazırda əmlakın mülkiyyətçisi olan iddiaçının qeyriyaşayış sahəsinin boşaldılması barədə tələblərini yerinə yetirməkdən imtina edir. Bu baxımdan cavabdehin qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etməsi iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1ci maddəsinə əsasən qe yd edir ki, cavabdeh qarşılıqlı iddia tələbini irəli sürərkən qanunla müəyyən olunmuş müddəti də ötürmüşdür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5705/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5705/2019
10.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver