Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5706/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh Əliyev Hafiz İslam oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3455/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 13 iyun 2019-c u il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı cavabdeh X2 qarşı iddia qaldıraraq 25000 manat pul məbləğinin, 2300 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehden alınıb ona verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 03 dekabr 2018-ci ıl tarıxlı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 25000 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamədən cavabdeh apellyasıya şikayəti vemişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasıya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsının 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13 may 2019-cu il tarixdə cavabdeh X3 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 may 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı və şikayət vəkıl tərəfındən tərtib edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 tərəfındən verılmış kassasiya şikayəti geri qaytarılmışdır. Yenidən 07 iyun 2019-cu il tarixdə (məhkəməyə daxil olma tarixi 11.06.2019) cavabdeh və vəkili Vəkil tərəfındən Bakı Apellyasıya Məhkəməsinin mülki kollegiyasının 06 mart 2019–cu il tarixli qə tnaməsindən kassasıya şikayəti verilmişdir. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Əliyev Hafiz İslam oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qərardadınin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamdən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir, sadəcə kassasiya şikayəti verərkən order əlavə etmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Sonra şikayətə order əlavə edilməsinə baxmayaraq məhkəmə əsassız olaraq müddətin ötürülməsini göstərərək kassasiya şik ayətini geri qaytarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərə findən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasyia instansiyası məhkəməsinə göndərilməl, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsının 130.3-cü və 408.1.4-cü maddələrinə istinda etməklə apellyasyia instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin surəti Cavabdeh 18.03.2919-cu il tarixdə təqdim edilmiş, lakin o, kassasiya şikayətini 07.06.2019cu il tarixdə, yəni şikayət vermə müddəti bitdikdən 17 gün sonra məhkəməyə göndərmişdir. Kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də daxil olunmamışdır. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsinni surəti Cavabdeh 18 mart 2919-cu il tarixdə təqdim edilmiş, o, həmin qətnamədən verdiyi kassasiya şikayəti 13 may 2019-cu il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin başa çatmasına 5 gün qalmış vermişdir. Həmin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Kassasiya şikayəti geri qaytarılmasına dair 17 may 2019-cu il tarixli qərardadın surəti Cavabdeh 31 may 2019-cu il tarixdə təqdim edilmiş, həmin qərardadda göstərilən nöqsanları aradan qaldıran cavabdeh yenidən 07 iyun 2019-cu il tarixdə 06 mart 2019-cu il tarixli qətnaməsindən kassasıya şikayəti verilmişdir. Göründüyü kimi Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmədən, yəni 13 may 2019-cu il tarixdə kassasiya şikayəti vermişdir ki, bu hal onların kassasiya şikayəti vermək hüququndan istifadə etmələri kimi anlaşılmalıdır. İşin sonrakı mərhələlərində həm məhkəmə, həm də c avabdeh tərəfindən edilmiş hərəkətlərlə, yəni kassasiya şikayətinin məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmadığına görə geri qaytarılması, cavabdehin yenidən kassasiya şikayəti verməsi, bununla əlaqədar vaxt itirməsi kimi hallar kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsi kimi dəyərləndirilə bilməz. Digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən kasasiya şikayəti geri qaytarılan zaman cavabdeh Cavabdeh təkrar kassasiya şikayəti vermək üçün müddət müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onl ar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsi miülki kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin cavabdeh X4 tərəfindən buraxılması qənaətinə gəlməklə prosessual hüquq normalarının təfsiri və tətbiqində səhvə yol vermişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin bu barədə qər ardadı ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasyia instansiyası məhkəməsinə göndərilməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X1nun kassasiya şikayəti qismən təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3455/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apellyasyia instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5706/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5706/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver