Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-571/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı reqress pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyi icra etmiş zaminin borcluya qarşı reqres pul tələbi, zaminin reqres tələbinə qarşı borclunun kreditora qarşı olan etirazlarını irəli sürmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2374/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları "xxxx" ASC-nin 12 sentyabr 2018-ci il tarixli Z-176GTKR7600624AA saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20.000 manat məbləğində kredit müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür. 01.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 11217,66 (on bir min iki yüz on yeddi manat, altmış altı qəpik) manat mələğində zamin olaraq Cavabdeh adına olan kredit borcunu Kapital Bank ASC-nin Yasamal filialına tam ödəmişdir. "xxxx" ASC-nin Nizami filialından verilmiş 05 fevral 2021-ci il tarixli 24/21 saylı arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin Astara filialından 12 sentyabr 2018-ci il tarixli 176GTKR7600624AA nömrəli müqavilə ilə 20,000 (iyirmi min) manat kreditə zamin durmuşdur. 176GTKR7600624AA nömrəli kredit müqaviləsinə əsasən zamin İddiaçı əmək haqqı kartı hesabından zamin durduğu 176GTKR7600624AA nömrəli kreditə ümumilikdə 7834,62 (yeddi min səkkiz yüz otuz dörd manat altmış iki qəpik) tutularaq köçürülmüşdür. 01.02.2021-ci il tarixli, 23-Y-l -0-181-21 saylı kredit müqaviləsindən görünür ki, "xxxx"ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 18% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Astara rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh onun "xxxx" ASC ilə arasında 12.09.2018-ci il tarixdə bağlanmış 17GTKR7600624AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi üçün ödədiyi 19052,28 manat, 12.09.2 018-ci il tarixli 17GTKR7600624AA nömrəli kredit müqaviləsi üzrə cavabdehin borcunu ödəmək məqsədilə 01.02.2021-ci il tarixdə 23-Y-l -0-181-21 saylı müqaviləyə əsasən "xxxx" ASC-dən 18%-lə götürdüyü 10000 AZN kredit borcuna 24 ay müddətində qaytaracağı 1981,78 manat faiz borcunu, iddian ın verilməsi üçün ödədiyi 30 manat, 05.02.2021-ci il tarixdə "xxxx" ASC-nin Nizami filialından aldığı 24/21 saylı arayışa görə ödədiyi 20 manat olmaqla, ümumilikdə 21084,06 (iyirmi bir min səksən dörd manat, altı qəpik) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2018-ci il tarixdə iş üzrə Cavabdeh ilə "xxxx" ASC-i arasında bağlanmış 17GTKR 7600624AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi ü çün onunla bank arasında həmin tarixdə Z-17GTKR 7600624AA nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə ödənilməli olan borc məbləği, yəni icra edilməli olan öhdəlik onun tərəfindən tam şəkildə icra olunmuşdur. Belə ki, cavabdehin 12 sentyabr 2018-ci il tarixli, 17GTKR 7600624AA nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan kredit borcuna görə tərəfindən 01 fevral 2021-ci il tarixdə 23-Y-l -0-181-21 saylı müqaviləyə əsasən 24 ay müddətinə 'Yelo Bank” ASC-dən 10000 AZN kredit götürülüb üzərinə 1217,66 AZN əlavə edilməklə həmin tarixdə də “Kapital Bank" ASC-yə nağd şəkildə 11217,66 manat ödəmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən cavabdehin qeyd olunan kredit borcuna görə əmək haqqı kartından 7834,62 man at pul tutulmuşdur. Beləliklə, iddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış 17GTKR 7600624AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi üçün ümumilikdə 19052,28 manat ödənilmişdir. Lakin, indiyədək Cavabdeh onun kredit borcu üçün ödədiyi pulları geri qaytarmamışdır. Dəfələrlə ödədiyi pulla əlaqədar cavabdehə müraciət etsə də, onun pulunu qaytarmaqdan qəti olaraq imtina edir. Baxmayaraq ki, krediti cavabdeh götürüb, o isə ona ancaq zamin qalmışdır. Hesab edir ki, Cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış 17GTKR 7600624AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi üçün ödədiyi 19052,28 manatdan əlavə onun həmin kredit borcunu ödəmək məqsədilə 01.02.2021-ci il tarixdə 23-Y-l -0-181- 21 saylı müqaviləyə əsasən "xxxx" ASC-dən 18%-l ə götürdüyü 10000 AZN kredit borcuna 24 ay müddətində qaytaracağı 1981,78 manat faiz borcunu da ödəməlidir. Bundan əlavə cavabdehdən iddianın verilməsi üçün ödədiyi 30 manat və 05.02.2021-ci il tarixdə "xxxx" ASC-nin Nizami filialından aldığı 24/21 saylı arayışa görə ödədiyi 20 manat vəsaitlər də tutularaq ona qaytarılmalıdır. Astara rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 15 aprel 2021-ci il tarixli 2(018)481/2021 nömrəli qətnaməsi ilə İddiaçı tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh XXXndan 19052,28 (on doqquz min əlli iki manat, iyirmi səkkiz qəpik) manat pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 20 (iyirmi) manat "xxxx" ASC-nin Nizami filialından aldığı arayış üçün ödədiyi rüsumu, cəmi 19102,28 (on doqquz min yüz iki manat, iyirmi səkkiz qəpik) pul alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Belə olduğu halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin öhdəlik üzrə hüquqları onun banka ödədiyi pul həcmində, yəni 19052,28 (on doqquz min əlli iki manat, iyirmi səkkiz qəpik) manat həcmində keçmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472 və 475-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı iddianın təmin olunmamış hissəsindən, Cavabdeh isə iddianın təmin edilən hissəsind ən apelyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 15 aprel 2021 -ci il tarixli, 2(018)-481 /2021 saylı qətnaməsi ilə onun iddia tələbi 12.09.2018-ci il tarixli 17GTKR7600624AA nömrəli kredit müqaviləsi üzrə cavabdehin borcunu ödəmək məqsədilə 01.02.2021 -ci il tarixdə 23-Y-1 -0-181-21 saylı müqaviləyə əsasən "xxxx" ASC-dən 18% ilə götürdüyü 10000 AZN kredit borcuna görə 24 ay müddətində qaytarmalı olduğu 1981,78 manat faiz borcunun tutulması hissəsində təmin olunmamışdır. İddiaçı bildirir ki, 1981,78 manat faiz borcunun cavabdehdən tutulması qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(018)-481/2021 saylı qətnamə si əsassız və qeyri-obyektiv olaraq çıxarılmışdır. Belə ki, həmin qətnamə şəxsi mülahizələr və yoxlanılmamış dəlillər əsasında qəbul edildiyindən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Birinci instansiya məhkəməsi tərəfindən onun məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır. Bu da cavabdehin müdafiə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla yanaşı, yaranmış kredit borcu ilə bağlı hesablamalar aparılarkən "xxxx" ASC tərəfindən ciddi nöqsanlara yol verilmiş, kredit borcunun əsas məbləğinə faizlər və dəbbə pulu hesablanarkən artıq məbləğlər qeyd olunmuşdur. İddiaçı bunu mübahisələndirmək və mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, o, bu hüquqlarından istifadə et məmişdir. Odur ki, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 15 aprel 2021 -ci il tarixli, 2(018)-481 /2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Samir Mayılov sədrlik edən və məruzəçi, İlham Əsədov və Nüsrət Mirzəyev) 2(106)-2374/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 15 aprel 2021-ci il tarixli 2(018)-481/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nə ticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı tərəfindən 01.02.2021-ci il tarixli, 23-Y-1-0- 181-21 saylı kredit müqaviləsi ilə "xxxx" ASC-dən 24 ay müddətinə illik 18% olmaqla, 10000 manat məbləğində kredit götürüb "xxxx" ASC-dən Cavabdeh götürdüyü kredit üzrə borcu ödəməklə, yalnız borclunun deyil, həm də öz öhdəliyini icra etmişdir. Çünki zaminlik müqaviləsi üzrə İddiaçı cavabdehlə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Ona görə də, iddiaçının həmin müqavilə üzrə hesablanmış faiz borcunun ödənilməsinə dair iddia tələbi əsassızdır. Apellyasiya məhkəməsi həmçinin cavabdehin apelyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, kreditorun tələblərinə qarşı zaminin etirazı spesifik xarakter daşıyır. Zaminin etirazının spesifikliyi ondadır ki, kreditorun tələblərinə qarşı etiraz etmək hü ququna malik olan borclu ilə yanaşı, onun məsuliyyətini öz üzərinə götürmüş ikinci bir şəxs - zamin meydana gəlir. Həmçinin zaminin bu hüququ borclunun həmin tələblərə qarşı münasibətindən asılı deyildir. Lakin nəzərə almaq lazımdır ki, zaminlə yanaşı, borclunun da kreditorun tələblərinə qarşı etiraz etmək hüququ vardır. Bu halda isə öz hüququndan istifadə etməyən borclunun zaminin reqres qaydasında pul tələbinə qarşı “zaminin etiraz etmək hüququndan istifadə etməməsinə görə tələbinin rədd edilməsi” arqumenti absurd xarakter daşıyır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Astara rayon Məhkəməsinin 15 aprel 2021- ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qət naməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.2, 475.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh XXX kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki 2(106)2374/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh XXX kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddaçı İddiaçı cavabdehə qa rşı iddia olunan məbləği, kreditor "xxxx" ASC-nə ödəyərkən həmin məbləğə daxil olan faizlər və dəbbə puluna etiraz etməmiş və həmin məbləğləri də ödəmişdir. Qanunvericilik qeyd edir ki, zaminlə yanaşı borclunun da kreditorun tələblərinə qarşı etiraz etmək hüququ vardır. Bununla da, İddiaçı cavabdeh Vüsalə Abıyevanın verilmiş kredit borcunun əsas məbləğinə hesablanmış faiz və dəbbə puluna etiraz etmək hüququnu məhdudlaşdırmışdır. Cavabdeh qeyd etmişdir ki, İddiaçı qeyd olunan kredit borcu üzrə hesablanmış məbləği ödəyərkən ona heç bir məlumat verməmişdir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabehin iştirakı təmin olunmadığına görə o, öz sübut və etirazlarını məhkəməyə təqdim edə bilməmiş və nəticə qanunvericiliyin tələbi olan çəkişmə prinsipi pozulmuşdur. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(106)-2374/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 474.1, 474.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Maddə 474.3. Zamin bu Məcəllənin 474.2-c i maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu nu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 474.2 və 474.3-cü maddəsinin tələbləri nəzərə alınmamış, kreditorun tələbini ödəyənədək zaminin borclunu xəbərdar etmə vəzfəsini icra edib-etmədiyi, etmədiyi halda isə bunun hüquqi nəticəsi olaraq borclunun zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürmək hüququ oduğuna görə, həmin etirazlar üzrə hər hansı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu maddi hüq uq normalarının mübahisəyə tətbiq edilməməsi cavabdehin ədalətli araşdırma hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, iş həmin hissədə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2374/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin. Hə min hissədə iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.