Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-571/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, mənəvi zərər, icarə müqaviləsi, müqavilə şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6334/2022 nömrəli mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) ilə 26 noyabr 2014-cü il tarixli icarə müqaviləsi bağlayaraq, cavabdehə məxsus qeyri-yaşayış binasını istifadə olunmaq məqsədi ilə iddiaçıya icarəyə verməsi barədə razılığa gəlmişlər.
2. Həmin müqavilənin 8-ci bəndində İcarəçi hər ay 100 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə görə icarəçi icarəyə götürdüyü binada əsaslı təmir işlərini yalnız icarəyə verənin rəsmi icazəsi ilə apara bilər və əks halda aparılmış əsaslı təmir işlərinə görə çəkdiyi xərclər icarə müqaviləsi pozulan vaxt icarəyə verəndən tələb edə bilməz.
3. İcarə müqaviləsi bağlandıqdan sonra iddiaçı sənədlərini 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmiş və ona15 dekabr 2014- cü il tarixdən 5 il müddətinə Validələr MMC-yə ünvan 1 ünvanında əczaçılıq fəaliyyətini həyata keçirməyə icazə verilmişdir.
4. Daha sonra isə Səhiyyə Nazirliyinə müraciət edərək 5 il müddətinə əczaçılıq fəaliyyətini həyata keçirmək üçün lisenziya almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehdən ona vurulmuş zərərə görə 18900 manat (8900 manat maddi, 10000 manat mənəvi zərərə görə) pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-119/2020 nömrəli iş üzrə 18 iyun 20 20-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 4556,0 manat, mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50 faiz, yəni 15 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 50 faiz, yəni 15 manatının iddiaçıya aid olunması qət edilmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 sentyabr 2022-ci il tarixli, 2(103)-6334/2022 nömrəli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə is ə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materialla rını və kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, Ali Məhkəmənin işi icraata qəbul etmək barədə qərardadı ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılmalıdır.
14. Belə ki, İddiaçı cavabdehə qarşı qanunsuz hərəkətlərə son qoyulması, cavabdehdən ona vurulmuş zərərə görə 18900 manat (8900 manat maddi, 10000 manat mənəvi zərərə görə) pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiyada baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 4556,0 manat, mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, dövlət rüsumunun tutulması məsələsi həll edilmiş və qalan hissəd iddia təmin olunmamışdır. Həmin qətn amədən İddiaçı apellyasiya şikayəti verməmişdir.
15. Cavabdeh apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edimişdir.
17. İddiaçını kassasiya şikayətinin icraata qəbul olunması Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin normaya görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatda n az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
18. İşdən görünür ki, İddiaçı cavabdehdən vurulmuş zərərə görə 8900 manat maddi və mənəvi zərərə görə 10000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 4556,0 manat, mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Cavabdeh apellyasiya şikayəti əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Belə olan halda apellyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində əmlak xarakterli i ddianın qiyməti 4556 manatdır, 500 manat isə qeyri-əmlak xarakterli iddia olmaqla əmlak xarakterli iddiadan irəli gəlir, həmin tələbin təmin ounub-olunmaması əmlak xarakterli iddiaya verilən hüquqi qiymətdən asılıdır. Göründüyü kimi İddiaçı kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Ona görə də icraata qəbul qərardadı ləğv edilməklə iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)6334/2022 nömrəli mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 21 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(103)-6334/2022 saylı mülki iş kasasiya baxışından çıxarılsın və mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.